Barselona nın Bakıda açılacaq akademiyası ilə bağlı işlər yekunlaşmaq üzrədir
Icma.az, Oxu.az portalına istinadən məlumat yayır.
İspaniyanın "Barselona" futbol klubunun Bakıda açılacaq akademiyası ilə bağlı işlərin son mərhələsi icra olunur.
"AzFar" şirkətinin nümayəndəsi Şövqi Babayev məsələ ilə bağlı Oxu.Az-a məlumat verib.
Bildirilib ki, əsas meydançada süni qazon örtüyü üzrə işlər tamamlanmaq üzrədir. Ərazidə bina fasadı və köməkçi sahələrdə təmir-bərpa və abadlıq işləri davam etdirilir. İnzibati binanın daxilində isə kompleks şəkildə elektromexanik və incə işlər icra olunur.
Bununla yanaşı, meydançada işıqlandırmanın yaxşılaşdırılması istiqamətində tədbirlər görülür - köhnə işıqlandırma qurğuları demontaj edilir və onların əvəzinə yeniləri quraşdırılır.
Həmçinin tribunalar və məhəccərlərdə bərpa işləri davam etdirilir.
Xatırladaq ki, "ASK Arena" oktyabr ayının sonları - noyabr ayının əvvələrində təhvil veriləcək.
Qeyd edək ki, stadionun yenidənqurma işlərinə iyul ayının 9-da start verilib.
Daha çox foto burada: PhotoStock.az
Anar Həsənov
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:110
Bu xəbər 02 Sentyabr 2025 17:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















