Icma.az
close
up
RU
Baş ağrısının əsas səbəbi budur

Baş ağrısının əsas səbəbi budur

Icma.az bildirir, Saglamolun portalına istinadən.

Baş ağrısı çox vaxt stress və gərginlik nəticəsində yaransa da, ağır xəstəlik sindromu da ola bilər.

Aparılan statistik təhlillər nəticəsində insanların 60-70 faizinin baş ağrısından əziyyət çəkdiyi məlum olub. Rejimin və şəraitin dəyişməsi, əsəbilik, gərginlik, hətta hava da ağrılara səbəb ola bilər. Mütəxəssislərin fikrincə, baş ağrısı bəzi adamlarda nadir hallarda, bəzilərində isə tez-tez rast gəlinir. Ağrılar səbəbindən asılı olaraq müxtəlif olur və müddətinə görə fərqlənir.

Həkim-terapevt Solmaz Musayeva AZƏRTAC-a deyib: "Baş ağrılarının birincili və ikincili formaları var. Birincili baş ağrılarına miqren, gərginlik tipli və klaster baş ağrıları aid edilir. Bu ağrılar o qədər də təhlükəli hesab olunmur. İkincili baş ağrıları daha təhlükəli hesab olunur, çünki orqanizmdə olan daha ciddi xəstəliklərin bir siqnalıdır.

Məsələn, insulin, beyin şişləri, beyin qanamaları və yaxud ağır anemiya, ağır qan xəstəliyi, ağır böyrək və s. kimi digər daxili orqan xəstəliklərinin xəbərdarlığı kimi özünü göstərə bilər. Ağrıya təsir edən faktorlar çoxdur. Həmin faktorlar arasında stress əsas yerlərdən birini tutur. Bundan başqa parlaq işıq miqren ağrılarını gücləndirə bilər. Yay fəslində parlaq günəş işığının miqren ağrılarını artırması triqer faktoru sayılır".

Həkim-terapevtin dediyinə görə, müayinə zamanı ağrının intensivliyi, başın hansı nahiyəsində olduğu, davametmə müddəti araşdırılır və diaqnoz qoyulur.

"Ağrını azaldan faktorlardan biri də serotonindir və onun çatmadığı vaxtlarda depressiya, əsəbilik və s. hallar yaranır. Bəzən baş ağrıları daha dözülməz və daha ağrılı olur. Bu baxımdan əsəb sistemi ağrılarının baş ağrısında rolu böyükdür.

Baş ağrıları ayda dörd-beş dəfədən çox baş verirsə və xəstənin həyat fəaliyyətinə təsir edirsə, iş fəaliyyətini pozursa, şiddətli təsir edirsə, nitqində, yerişində problem, nevroloji qüsur, epileptik tutmalarla müşayiət olunursa, vaxt itirmədən həkimə müraciət etmək lazımdır", - deyə həkim-terapevt əlavə edib.

Onun verdiyi məlumata görə, baş ağrıları zamanı qidalanmanın rolu var. Məsələn, sitrus meyvələri, şokolad, pendir, kakao, tünd çay və tünd kofe qəbul etmək məsləhət görülmür, lakin bu, daha çox fərdi yanaşma zamanı aşkar olunur. Çoxlu maye qəbul etmək, xüsusən yayda bol miqdarda su içmək məsləhətdir.

Saglamolun.Az


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:186
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 15 Noyabr 2024 12:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Salam və bəli deyil telefon zənginə necə cavab vermək olar

20 Avqust 2026 14:26see361

MİDA komplekslərdən çəkilir? Sakinlərdən NARAZILIQ

20 Avqust 2026 15:48see331

UEFA Konfrans Liqası pley off mərhələsi: Qarabağ səfərdə Tvente ni məğlub edib

20 Avqust 2026 23:59see302

İsveçrənin Alp dağlarında milyarderlərin pullarını qorumaq üçün gizli saxlanc yerləri tikilir

21 Avqust 2026 07:56see228

Məmməd Musayevin qardaşı oğlunun şirkəti fəaliyyətini dayandırdı KONKRET

21 Avqust 2026 11:00see221

2027 ci ildə ikon statusu qazanacağı gözlənilən 8 vintaj çanta (FOTO)

20 Avqust 2026 19:04see215

Qarabağ Niderlandda Tvente ni məğlub etdi

20 Avqust 2026 23:55see200

“TikTok” şəxsi mesajlar vasitəsilə pul köçürmələrinə başlaya bilər

20 Avqust 2026 07:42see194

UEFA Konfrans Liqası: Qarabağ Tvente yə qarşı

20 Avqust 2026 08:45see170

Süni intellektin yeni dövrü üçün vacib olan beş metal müəyyən edilib

20 Avqust 2026 21:49see162

Pensiya yaşı ilə bağlı SON DƏQİQƏ İxtisara düşsəniz...

21 Avqust 2026 06:07see162

Avro və rubl bahalaşdı

20 Avqust 2026 09:13see161

Salyanda 16 yaşlı qızın toyunun qarşısı alınıb

21 Avqust 2026 04:41see158

Qarayara ilə bağlı rəsmi məlumat

21 Avqust 2026 14:12see157

Çayı belə içmək ÖLDÜRÜR ŞOK XƏBƏRDARLIQ

21 Avqust 2026 07:08see155

Böyük Qayıdış: verilən vəd və görülən işlər

20 Avqust 2026 13:23see155

Fransada yanğınsöndürənlər və xilasedicilər sentyabrın 26 dan müddətsiz tətilə başlayırlar

20 Avqust 2026 08:34see154

“Dərədə moruq dər, döşdə çiyələk...”

21 Avqust 2026 03:00see153

FTB cinsi təcavüzdə ittiham olunan keçmiş konqresmen Svalvellin evinə basqın edib

20 Avqust 2026 21:53see152

Vens ABŞ nin İrana qarşı iqtisadi təzyiq kampaniyasının dəqiq müddətinin olmadığını bildirib

21 Avqust 2026 07:11see145
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri