Icma.az
close
up
RU
Baş nazir Dini Liderlərin Qlobal Sammitinin iştirakçıları ilə görüşüb

Baş nazir Dini Liderlərin Qlobal Sammitinin iştirakçıları ilə görüşüb

Xalq qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Noyabrın 5-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov COP29 çərçivəsində “Dünya dinləri yaşıl planet uğrunda” şüarı altında Bakıda keçirilən Dini Liderlərin Qlobal Sammitində iştirak edən Türk Dövlətləri Təşkilatına üzv və müşahidəçi dövlətlərin, Rusiya Federasiyasının və Misir Ərəb Respublikasının dini rəhbərlərindən ibarət nümayəndə heyətləri, həmçinin BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsi Migel Anxel Moratinos və Vatikan Dinlərarası dialoq Dikasteriyasının Şərq kilsələri üzrə prefekti kardinal Klaudio Qucerotti ilə ayrı-ayrı görüşlər keçirib.

Görüşlərdə Dini Liderlərin Qlobal Sammitinin keçirilməsinin əhəmiyyəti vurğulanıb. Yaşıl gündəliyin təşviqində dinlərarası dialoqun, milli-mədəni dəyərlərin və multikulturalizm ənənələrinin rolunun inkişafının, iqlim dəyişikliyi ilə mübarizədə dinlərin və inancların potensialından daha səmərəli istifadənin vacibliyi qeyd olunub. Bildirilib ki, tarixən mədəniyyətlərin qovuşduğu məkan olan və zəngin tolerantlıq ənənələrinə malik Azərbaycan dinlərarası dialoqun inkişafına böyük önəm verir və onun təşviqinə sadiqdir.

Vurğulanıb ki, əsrlər boyu Azərbaycanda müxtəlif etnik qrupların və dinlərin təmsilçiləri dinc şəraitdə, bir ailə kimi yaşayıblar. 

Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan dövlət-din münasibətləri barədə məlumat verən Ə.Əsədov bu siyasətin bu gün müasir dövrün çağırışları nəzərə alınmaqla Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirib. Deyib ki, dövlətimizin başçısı tərəfindən multikulturalizmin Azərbaycanın dövlət siyasəti və həyat tərzi olduğu bəyan edilib.

Cari ilin mayında Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun keçirildiyi xatırlanaraq “Bakı Prosesi”nin tərkib hissəsi olan bu tədbirin dünya miqyasında mədəniyyətlərarası dialoqun müzakirəsinə həsr olunan mühüm beynəlxalq platforma kimi qəbul edildiyi diqqətə çatdırılıb.

Azərbaycanda müxtəlif din və inanclara aid məbədlərin mövcud olduğu, onların dövlət tərəfindən qorunduğu, mütəmadi olaraq əsaslı təmir edildiyi və ya yenidən tikildiyi bildirilib.

O cümlədən, ölkəmizin işğaldan azad edilmiş ərazilərində çoxlu sayda mədəni-tarixi və dini abidələrin yerləşdiyi vurğulandı, 30 illik işğal dövründə bu abidələrin Ermənistan tərəfindən dağıdıldığı və talan edildiyi qeyd olunub. Diqqətə çatdırılıb ki, bu ərazilərdə bütün şəhər və kəndlər yerlə-yeksan edilib, o cümlədən, fəaliyyət göstərən 67 məsciddən 65-i dağıdılıb.

Həmçinin bu gün Qarabağ və Şərqi Zəngəzurda icra olunan “Böyük Qayıdış” Proqramı barədə məlumat verilib, məhv edilmiş irsin bərpası istiqamətində mühüm işlərin görüldüyü vurğulanıb.

Görüşlərdə dini liderlər arasında əməkdaşlığın həyata keçirilməsinin önəmi qeyd edilib, dünyamızın daha yaşıl gələcəyə doğru inamla irəliləməsi üçün din xadimlərinin öz dəstəyini əsirgəməyəcəyinə ümidvarlıq ifadə olunub.

XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:105
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 06 Noyabr 2024 11:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu qurum vətəndaşa qanunsuz borc yazdı ŞİKAYƏT

24 Sentyabr 2026 09:41see312

Əli İskəndərli Avropa çempionatında bürünc medal qazandı

23 Sentyabr 2026 19:47see307

Ceyhun Bayramov kiprli həmkarı ilə Cənubi Qafqazda sülh prosesini müzakirə etdi

24 Sentyabr 2026 02:52see265

Psixoloqlara görə, birinin sizi qısqandığını göstərən 2 kəlməlik cümlə

24 Sentyabr 2026 03:04see223

Sensasion kəşf: Qalaktikamızın ən təhlükəli yerində su tapıldı

24 Sentyabr 2026 00:23see220

Ceyhun Bayramov: TRIPP regionda yeni imkanlar yaradacaq

24 Sentyabr 2026 03:00see217

Bu heyətlə çempionluq Ay qədər uzaqdır “Yunayted”in əfsanəsi

24 Sentyabr 2026 00:33see215

Ərdoğan: BTC və TANAP etibarlı dəhlizlərdir

24 Sentyabr 2026 03:03see215

Millimiz Kəpəz lə qarşılaşacaq

23 Sentyabr 2026 20:52see215

Beş il sonra nə baş verəcək? Süni intellektlə bağlı ciddi XƏBƏRDARLIQ

24 Sentyabr 2026 03:36see211

BBC: Britaniya hərbi məqsədlərlə digər ölkələrin peyklərinin fəaliyyətinə mane olur

24 Sentyabr 2026 03:56see211

Türkiyədə autizm diaqnozu qoyuldu, müayinələr fərqli həqiqəti üzə çıxardı VİDEO

24 Sentyabr 2026 07:01see208

Gürcüstan XİN rəhbəri: Bakı və İrəvanın sülh prosesində irəliləyişləri bütövlükdə region üçün önəmlidir

24 Sentyabr 2026 21:20see197

Moldova NATO ya üzvlüklə bağlı qərarını AÇIQLADI

24 Sentyabr 2026 21:46see193

Prezident İlham Əliyev bu qanunu GERİ QAYTARDI

24 Sentyabr 2026 18:12see188

Bu sülh prosesi Cənubi Qafqaz üçün vacibdir Boçorişvili

24 Sentyabr 2026 21:21see188

Albaniyanın Qəzza ilə bağlı qərarı: Qanun layihəsi təsdiqləndi

24 Sentyabr 2026 21:46see179

Macarıstan parlamenti baş nazirin toxunulmazlığını ləğv etməyi planlaşdırır

24 Sentyabr 2026 21:38see176

Əraqçi Uitkofla görüş qərarını özbaşına verib, icazə almayıb?

24 Sentyabr 2026 21:35see175

London konsertinə hazırlıq başladı

24 Sentyabr 2026 14:36see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri