Icma.az
close
up
RU
Baş nazir Milli Məclisdə vəd verdi: “Gələn il iqtisadiyyatımız üçün uğurlu olacaq”

Baş nazir Milli Məclisdə vəd verdi: “Gələn il iqtisadiyyatımız üçün uğurlu olacaq”

Ayna saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Əli Əsədov parlamentdə iqtisadi vəziyyətdən danışıb, hökumətin 2025-ci il üçün planlarını açıqlayıb

Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin üçüncü oxunuşda müzakirə olunub. İclasda iştirak edən Baş nazir Əli Əsədov ölkəmizin iqtisadi göstəriciləri və qarşıda duran plan və vəzifələr barədə danışıb. Baş nazir deyib ki, bu ilin 11 ayında Azərbaycanda iqtisadi artım 4,1 faiz olub, o cümlədən qeyri-neft sektorumuz 6.4 faiz artıb.

Ə.Əsədov Azərbaycanın strateji valyuta ehtiyatlarımızın 72 milyard dolları keçdiyini vurğulayıb: “Birbaşa xarici dövlət borcumuz ÜDM-in cəmi 7.3 faizini təşkil edir. Profisitli tədiyə balansı şəraitində valyuta bazarında tarazlığın qorunması, manatın nominal effektiv məzənnəsinin möhkəmlənməsi və bunun idxal qiymətlərinə azaldıcı təsiri inflyasiyanın aşağı səviyyədə qalmasını şərtləndirib”.

Baş nazir: “Bu büdcə müasir Azərbaycan tarixində ən böyük büdcədir”

“2025-ci ildə dövlət büdcəsinin gəlirləri təxminən 38,4 milyard manat, xərcləri isə 41,4 milyard manat proqnozlaşdırılır. Dövlət büdcəsi kəsirinin ÜDM-ə nisbəti 2,4 faizdir. Bu büdcə müasir Azərbaycan tarixində ən böyük büdcədir. Makroiqtisadi proqnozlara əsasən 2025-ci ildə Ümumi Daxili Məhsulun 3,5 faizi qeyri-neft sektoru üzrə 4,9 faiz real artım tempi proqnozlaşdırılır. Ölkənin əsas maliyyə sənədi olan “2025-ci il dövlət və icmal büdcə layihələri” ilə bağlı Milli Məclisin plenar iclaslarında müzakirələr yüksək səviyyədə təşkil olunub və layihələr qəbul edilib.  Buna görə hörmətli spiker Sahibə xanım başda olmaqla Milli Məclisin rəhbərliyinə öz adımdan və hökumət üzvləri adından təşəkkür edirəm. Sentyabrın 26-da cənab Prezidentin sədrliyi ilə keçirilən iqtisadi məsələlərə həsr olunmuş müşavirədə dövlət başçısının qeyd etdiyi kimi “ilin əvvəlindən iqtisadi inkişaf gözlənilən səviyyədədir və gələn il iqtisadiyyatımız üçün uğurlu olacaq. İlin əvvəlindən əldə edilmiş nəticələr və iqtisadi göstəricilər də bunu təsdiqləyir”, - Ə.Əsədov vurğulayıb.

“Tədbirlər Planının icrası da anti-inflyasiya tədbirlərinə öz töhfəsini verib”

Baş nazir deyib ki, hökumət tərəfindən təsdiq edilmiş müvafiq Tədbirlər Planının icrası da anti-inflyasiya tədbirlərinə öz töhfəsini verib: "Dünya ərzaq qiymətlərinin nisbətən bahalaşmasına, əsas ticarət tərəfdaşlarında yüksək inflyasiyaya baxmayaraq, 2024-cü ilin 11 ayında Azərbaycanda orta illik inflyasiya 2.0 faiz, illik inflyasiya isə 4.4 faiz olub. Hazırda dünyada və regionda davam edən geosiyasi gərginliklərə, iqlim dəyişikliklərinə, əmtəə bazarlarında qiymətlərin volatilliyinə baxmayaraq ölkəmizdə makroiqtisadi və maliyyə sabitliyi təmin olunub”.

“Büdcə vəsaitlərinin qənaətli və təyinatı üzrə istifadəsinə nəzarət və effektivlik artırılacaq”

Baş nazir hökumətin gələn il üçün nəzərdə tutulan planlarını da açıqlayıb. Ə.Əsədov qeyd edib ki, Milli Məclisin istər plenar, istərsə də müxtəlif komitə iclaslarında büdcə layihələrinin müzakirələri zamanı qaldırılan məsələlər aidiyyəti qurumların rəhbərləri tərəfindən cavablandırılıb: “Büdcə şəffaflığının və hesabatlılığın artırılması istiqamətində görülən tədbirlər nəticəsində “Açıq Büdcə İndeksi-2023” hesabatında Azərbaycanın mövqeyi kifayət qədər yaxşılaşmış (125 ölkə arasında 23-cü yerdədir) və adekvat büdcə açıqlığına malik ölkələr qrupuna daxil olmuşdur. Yeni büdcə mexanizminin tətbiqi ilə bağlı mövcud qanunvericilik sisteminin təkmilləşdirilməsi istiqamətində işlər davam etdirilir.  Ortamüddətli Xərclər Çərçivəsinin tətbiqinə, proqram və nəticə əsaslı büdcə mexanizminə keçidlə bağlı islahatlara 2025-2028-ci illər ərzində əlavə sosial-humanitar bölmələrin də cəlb edilməsi nəzərdə tutulur. Publik hüquqi şəxslərin sahəvi sayının və strukturunun optimallaşdırılması və əməkhaqqı sisteminin vahid yanaşma əsasında təkmilləşdirilməsi nəzərdə tutulur. Bir sözlə büdcə vəsaitlərinin qənaətli və təyinatı üzrə istifadəsinə nəzarət və effektivlik artırılacaq. Makro-fiskal proqnozlarda risklərin baza, optimist və pessimist ssenarilərdə qiymətləndirilməsi aparılır və qarşısının alınması üçün tədbirlər nəzərdə tutulur”.

“Büdcə qaydası makroiqtisadi dayanıqlığı, büdcə intizamını, Dövlət Neft Fondunun aktivlərinin dayanıqlı səviyyədə qorunmasını təmin edir və onun illik əməliyyat hədəflərinə İqtisadi Şurada büdcə müzakirəsi zamanı baxılır. Ümumiyyətlə, qaldırılan bir çox sosial-iqtisadi, monetar və fiskal siyasət, dövlət borcu, makroiqtisadi siyasətin koordinasiyası və digər məsələlərə İqtisadi Şuranın illik Fəaliyyət Planına uyğun olaraq baxılır, müvafiq qərarlar qəbul olunur və aidiyyəti üzrə razılaşdırılır.   Növbəti ildə də Hökumətin əsas vəzifələrindən biri “balanslaşdırılmış büdcə, dayanıqlı iqtisadi artım üçün makroiqtisadi sabitliyin və inflyasiyanın birrəqəmli səviyyəsinin” təmin edilməsi olacaq”, - deyə Əsədov əlavə edib.

Dövlət büdcəsi və DSMF-nin büdcəsi qəbul edilib

Daha sonra deputatlar “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsini üçüncü oxunuşda qəbul ediblər. Milli Məclisin birinci və ikinci oxunuşda qəbul etdiyi layihəyə əsasən, 2025-ci ildə dövlət büdcəsinin gəlirləri 38 milyard 316 milyon manat, xərcləri isə 41 milyard 367,6 milyon manat nəzərdə tutulmuşdu. Parlamentdə üçüncü oxunuşda müzakirəyə çıxarılan layihəyə əsasən isə, 2025-ci ildə dövlət büdcəsinin gəlirləri 38 milyard 356 milyon manat, xərcləri isə 41 milyard 407,6 milyon manat olacaq. Beləliklə, dövlət büdcəsinin proqnozlaşdırılan gəlir və xərcləri 40 milyon manat artırılıb.

İclasda həmçinin Milli Məclis Dövlət Sosial Müdafiə Fondunun (DSMF) 2025-ci il büdcəsi haqqında qanun layihəsini üçüncü oxunuşda qəbul olunub. Qanun layihəsinə əsasən, Dövlət Sosial Müdafiə Fondunun 2025-ci il büdcəsinin gəlir və xərcləri 7 milyard 676 milyon 420 min manat məbləğində proqnozlaşdırılır.

Gələn il yaşayış minimumu 285 manat olacaq

2025-ci il üçün yaşayış minimumu haqqında qanun layihəsi də üçüncü oxunuşda təsdiqlənib. Layihəyə əsasən, 2025-ci il üçün yaşayış minimumu ölkə üzrə 285 manat, əmək qabiliyyətli əhali üçün 305 manat, pensiyaçılar üçün 232 manat, uşaqlar üçün 246 manat məbləğində müəyyən edilib.

Həmçinin Milli Məclis Azərbaycan Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 16-cı bəndinə əsasən gələn il üçün ehtiyac meyarının həddi ilə bağlı qanun layihəsini üçüncü oxunuşda təsdiqləyib. Qanun layihəsinə görə, ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə 2025-ci il üçün ehtiyac meyarının həddi 285 manat məbləğində müəyyənləşdirilir. Bu Qanun 2025-cü il yanvarın 1-dən qüvvəyə minir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:124
embedMənbə:https://ayna.az
archiveBu xəbər 16 Dekabr 2024 13:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see279

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see263

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see241

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see211

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see182

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see171

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see162

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see157

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see152

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see148

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see145

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see145

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see141

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see138

Yeni dünya nizamı: “Biz artıq gücün hüququna şahidlik etməkdəyik”

16 Yanvar 2026 15:00see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri