Icma.az
close
up
RU
Baş Prokuror: Cinayət yolu ilə əldə edilmiş əmlaklar ölkələrin maliyyə sisteminin sabitliyinə ciddi təhlükə törədir

Baş Prokuror: Cinayət yolu ilə əldə edilmiş əmlaklar ölkələrin maliyyə sisteminin sabitliyinə ciddi təhlükə törədir

Icma.az, Azertag saytına istinadən bildirir.

Bakı, 9 oktyabr, AZƏRTAC

Baş prokuror Kamran Əliyev Səudiyyə Ərəbistanı Krallığına rəsmi səfər çərçivəsində bu ölkənin Nəzarət və Korrupsiyaya Qarşı Mübarizə qurumunun (Nazaha) dəstəyi ilə təşkil edilmiş Yaxın Şərq və Şimali Afrika regionu (MENA) üzrə cinayət yolu ilə əldə edilmiş əmlakın bərpası sahəsində fəaliyyət göstərən qurumların şəbəkəsinin təsis konfransında iştirak edib.

Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, 30-dan artıq yurisdiksiyanı təmsil edən 200-dən artıq nümayəndənin qatıldığı tədbir zamanı çıxış edən Baş prokuror mütəşəkkil cinayətkarlıqla mübarizə sahəsində Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə qətiyyətlə həyata keçirilən ardıcıl tədbirləri, o cümlədən qanunvericilik bazasının təkmilləşdirilməsini, hüquq-mühafizə sistemində aparılmış genişmiqyaslı islahatları, cinayətkarlığın bütün növ və formalarına, mütəşəkkil cinayətkarlığın təhlükələrinə qarşı görülmüş işləri xüsusi vurğulayıb. Qeyd olunub ki, cinayət yolu ilə əldə edilmiş əmlaklar ölkələrin maliyyə sisteminin sabitliyinə ciddi təhlükə törədir və təhdidə qarşı mübarizədə qlobal səylərin birləşdirilməsi vacibdir. Baş prokuror, eyni zamanda, bu istiqamətdə prokurorluq orqanları tərəfindən həyata keçirilmiş tədbirlər barədə də tədbir iştirakçılarını məlumatlandırıb.

Səfər zamanı Baş prokuror tərəfindən xarici həmkarlarla ikitərəfli görüşlər də keçirilib.

BMT-nin Baş katibinin müavini, Narkotiklər və Cinayətkarlıq üzrə İdarənin icraçı direktoru və Vyana ofisinin rəhbəri Qada Vali ilə keçirilmiş ikitərəfli görüşdə ölkəmizlə qurum arasında həm ikitərəfli, həm də beynəlxalq təşkilatlar çərçivəsində münasibətlərin yüksək səviyyədə olması qeyd edilərək birgə əməkdaşlıq formasında həyata keçirilmiş tədbirlər, o cümlədən ötən il noyabrın 13-də COP29 çərçivəsində Azərbaycanın Baş Prokurorluğu, BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə idarəsi (BMTNCİ) tərəfindən təşkil olunan, həmçinin, Birləşmiş Ərəb Əmirliklərinin Daxili İşlər Nazirliyi tərəfindən həmsədrlik edilən "İqlim dəyişikliyi ilə mübarizədə hüquq mühafizə orqanlarının səfərbər olunması" adlı yüksək səviyyəli sessiyanın, cari ilin may ayında Bakı şəhərində BMT-nin Korrupsiyaya qarşı mübarizə aparan qurumların qlobal əməliyyat şəbəkəsinin (GlobE) 6-cı iclasının yüksək səviyyədə təşkili xatırlanıb və buna görə ev sahibi kimi ölkəmizə təşəkkür bildirilib.

Həmçinin qarşılıqlı münasibətlərin möhkəmləndirilməsi və ikitərəfli əməkdaşlığın əhəmiyyətini vurğulayaraq, tərəflər gələcəkdə birgə həyata keçirilməsi nəzərdə tutulan digər layihələr barədə fikir mübadiləsi aparılıb.

Bununla yanaşı, Misirin Baş prokuroru Şevki Fethi Ayadla keçirilmiş görüş zamanı ölkələrimiz arasında mövcud dostluq və qardaşlıq münasibətləri qeyd edilərək hüquqi əməkdaşlıq və təcrübə mübadiləsi sahəsində konkret təkliflər müzakirə edilib.

Bəhreynin Baş prokuroru Ali Fadl Al-Buainain ilə görüş zamanı qurumlar arasında uzunmüddətli və məhsuldar əməkdaşlıq əlaqələri xatırlanaraq, həmçinin regional layihələr çərçivəsində yeni təşəbbüslər ətrafında fikir mübadiləsi aparılıb.

İraqın Baş prokuroru Nacm Abdullah Əhmədlə görüşdə iki ölkənin prokurorluq orqanları arasında əlaqələrin qurulması, qarşılıqlı əməkdaşlığın perspektiv sahələri qeyd edilib.

Bundan əlavə, Mərakeşin Korrupsiyaya qsrşı mübarizə üzrə milli idarəsinin rəhbəri Məhəmməd Benalilou və Pakistanın ixtisaslaşmış korrupsiyaya qarşı mübarizə qurumu olan Milli Hesabatlılıq Bürosunun sədri Nazir Əhməd Butt ilə də ikitərəfli görüşlər keçirilib. Görüşlərdə ölkələrimiz arasında yüksək səviyyəli münasibətlər, hüquq-mühafizə orqanlarının əməkdaşlığı, eləcə də beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstəyin davam etdirilməsi məsələləri müzakirə olunub. Tərəflər, həmçinin transsərhəd cinayətkarlıq və digər çağırışlarla mübarizədə birgə fəaliyyətin gücləndirilməsinin vacibliyini vurğulayıblar.

İkitərəfli görüşlər zamanı cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım, ekstradisiya, cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması, korrupsiya cinayətləri və qarşılıqlı maraq doğuran digər mövzular ətrafında da səmərəli fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, görüşlərdə Azərbaycanın Səudiyyə Ərəbistanı Krallığındakı fövqəladə və səlahiyyətli səfiri Şahin Abdullayev də iştirak edib.

Baş prokuror Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyətinin səfəri başa çatıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:101
embedMənbə:https://azertag.az
archiveBu xəbər 09 Oktyabr 2025 16:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see738

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see224

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see207

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see194

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see194

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see169

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see168

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see164

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see151

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see151

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see150

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see143

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see142

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see139

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see135

XIX turun oyun proqramı məlum olub

07 Yanvar 2026 14:28see134

ABŞ də miqrasiya işçiləri onların keçidinə mane olmağa çalışan qadını güllələdi

07 Yanvar 2026 23:46see134

Davamlı inkişaf, milli güc və strateji baxışın təntənəsi

07 Yanvar 2026 14:27see133

“O, bizim üçün fundamental oyunçudur” Xabi Alonso Vinisius haqqında

08 Yanvar 2026 00:22see132

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri