Icma.az
close
up
RU
Baş prokuror Mərakeşdədir Fotolar

Baş prokuror Mərakeşdədir Fotolar

Icma.az, Qafqazinfo portalına istinadən məlumat yayır.

Baş prokuror Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti mərakeşli həmkarı Hicham El Blaouinin dəvəti ilə Rabat şəhərində işgüzar səfərdədir.

“Qafqazinfo” xəbər verir ki, səfər çərçivəsində, Baş prokuror Kamran Əliyev ölkəmizin Mərakeş Krallığında səfirliyini ziyarət edərək Ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül qoyaraq xatirəsini yad edib.

Səfirliyin heyəti ilə görüşdə ölkələrimiz arasında müxtəlif sahələrdə əlaqələrin və əməkdaşlığın gücləndirilməsi barədə barədə fikir mübadiləsi aparıb.

Mərakeş Krallığının Prokurorluğunda keçirilmiş görüşdə Baş prokuror Kamran Əliyev dəvətə görə təşəkkürünü bildirərək qeyd edib ki, Mərakeş Krallığı ortaq dəyərləri paylaşdığımız Azərbaycan üçün dost ölkədir və beynəlxalq platformalarda mütəmadi olaraq ölkəmizlə həmrəy mövqe nümayiş etdirib.

Xüsusilə son illərdə ölkələrimiz arasında qarşılıqlı əlaqələr dövlət başçıları Prezident cənab İlham Əliyev və əlahəzrət Kral VI Məhəmmədin uzaqgörən siyasəti və səyləri nəticəsində daha da dərinləşib. Dövlət rəhbərləri arasında mövcud səmimi münasibətlər isə qurumlar arasında əməkdaşlığın inkişafına rəvac verir.

Öz növbəsində, Hicham El Blaoui qurumlararası tərəfdaşlıq münasibətlərinin inkişafından məmnunluğunu ifadə edib. Mərakeş Krallığı Prokurorluğunun fəaliyyəti barədə məlumat verən ev sahibi son illərdə Azərbaycan Prokurorluğuda həyata keçirilmiş köklü islahatlar və tətbiq edilmiş yeni institutlar nəticəsində fəaliyyətin səmərəliliyinin artırılması barədə məlumatlı olduqlarını qeyd edib, ölkəmizin təcrübəsinin, xüsusilə prokurorluq orqanlarının fəaliyyətinin elektronlaşdırılması və cinayət təqibinin rəqəmsallaşdırılması ilə bağlı görülən işlərin onların üçün xüsusi maraq kəsb etməsini və təcrübə mübadiləsinin həyata keçirilməsini istədiklərini bildirib.

Görüşdə cinayətkarlığın müxtəlif formalarına qarşı mübarizə, o cümlədən transmilli cinayətlər və maliyyə cinayətlərinin istintaqı, ekstradisiya və cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım sahələrində praktiki əməkdaşlıq məsələləri, həmçinin hüquqi və institusional əməkdaşlığın ikitərəfli və beynəlxalq platformalar çərçivəsində genişləndirilməsi perspektivləri, eləcə də qarşılıqlı təlim səfərlərinin təşkili və təcrübə mübadiləsi ətrafında fikir mübadiləsi aparılıb.

Sonra nümayəndə heyəti Mərakeş Prokurorluğunun fəaliyyəti ilə yaxından tanış olub, ailə və uşaq hüquqlarının qorunması, mülki işlərdə dövlət maraqlarının müdafiəsində prokurorluğun rolu, korrupsiya hallarına qarşı mübarizə tədbirləri, o cümlədən müvafiq Çağrı Mərkəzinin fəaliyyəti ilə bağlı Mərakeş Prokurorluğunun təcrübəsi barədə məlumat verilib.

Görüş zamanı gələcəkdə qurumlar arasında əməkdaşlığa dair Anlaşma Memorandumunun imzalanması ətrafında müzakirə aparılaraq razılıq əldə edilib.

Görüşdə ölkəmizin Mərakeş Krallığındakı fövqəladə və səlahiyyətli səfiri Nazim Səfərov da iştirak edib.

Nümayəndə heyətinin səfəri davam edir, digər dövlət qurumlarının rəhbərləri ilə də görüşlərin keçirilməsi nəzərdə tutulub.






Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:114
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 28 Aprel 2026 17:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sahibkar ABB dən şikayət etdi

02 Oktyabr 2026 08:29see675

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

02 Oktyabr 2026 09:27see371

Vüqar Bayramov: Növbəti ildən etibarən minimum əməkhaqqı məsələsinə hər il baxıla bilər

02 Oktyabr 2026 15:29see225

Daşkəsəndə yaşıl enerji mövzusunda tədbir keçirilib

02 Oktyabr 2026 15:35see204

Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin nümayəndə heyəti ictimai səhiyyə üzrə elmi praktik konfransda iştirak edib

01 Oktyabr 2026 16:45see181

Toyuq bahalaşmada mal əti “yoluyla gedir”: Üstəlik də tapılmır

02 Oktyabr 2026 12:43see179

İnfrastruktur quruldu, növbə biznesindir: Qarabağda hansı sahələr daha çox qazandırır?

01 Oktyabr 2026 21:16see177

İlk səma şahinimiz

02 Oktyabr 2026 11:58see177

Müğənni Ayaz tanınmış bloqerlə sevgilidir? (Video)

02 Oktyabr 2026 12:50see176

Bayden iqtisadiyyatı çökdürüb Tramp

01 Oktyabr 2026 18:12see174

Rubio bu ay üç ölkəyə səfərə çıxır

02 Oktyabr 2026 03:22see171

ABŞ nin qara siyahı sındakılar

02 Oktyabr 2026 00:35see171

Tramp: İranın işləri yaxşı getmir

03 Oktyabr 2026 02:02see170

İlk görüşdə tez soyuyan 4 bürc: Bir cümlə belə hər şeyi dəyişə bilər

03 Oktyabr 2026 03:54see169

İranla bağlı Trampdan növbəti açıqlama

02 Oktyabr 2026 00:09see168

Fransa millisinin Zidanla “quru” seriyası başa çatdı

03 Oktyabr 2026 01:55see165

Fransada Mbappenin PSJ ilə bağlı şikayətinə xitam verildi

03 Oktyabr 2026 02:43see164

Əl yumaq üçün hansı sabun daha yaxşıdır?

02 Oktyabr 2026 17:53see160

Levandovski yeddi ildən sonra Polşa millisində het trik etdi

03 Oktyabr 2026 01:39see156

Tramp administrasiyası 250 mindən çox vizanı ləğv etdi

01 Oktyabr 2026 20:59see156
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri