Icma.az
close
up
RU
Baş Prokurorliq QHT sədrlərinin əməlləri haqda məlumat yaydı ADLAR

Baş Prokurorliq QHT sədrlərinin əməlləri haqda məlumat yaydı ADLAR

Icma.az, Modern.az portalına istinadən məlumatı açıqlayır.

Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının vəzifəli şəxslərinin qanunsuz əməlləri barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanaraq ibtidai istintaq aparılıb.

Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən Modern.az-a verilən məlumatda bildirilib.

Qeyd edilib ki, ibtidai istintaqla “Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri” İctimai Birliyinin sədri Mehdi Mehdiyev, “Azərbaycan Vətən Müharibəsi Veteranları” İctimai Birliyinin sədri Füzuli Rzaquliyev və “Beynəlmiləlçi Əlil Döyüşçülər” Fondunun prezidenti Sərraf Orucovun səlahiyyətləri olmadığı halda, təsis etdikləri müxtəlif adda medal və döş nişanlarını pul müqabilində və şəxsi münasibətlərə görə çoxsaylı şəxslərə təqdim etməklə, dövlət orqanları tərəfindən müvafiq xidmətlərinə görə vətəndaşlara verilən orden və medallara münasibətdə cəmiyyətdə yanlış təsəvvür və çaşqınlıq yaratmalarına əsaslı şübhələr müəyyən edilib.

Belə ki, qanunvericilikdə, o cümlədən "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında" Qanunda orden və medalların vətəndaşlara xüsusi xidmətlərə görə dövlət tərəfindən verilən dövlət təltifi olması, digər normativ hüquqi aktlarda orden və medalların (o cümlədən orden və ya medal ifadəsindən hər hansı mənada istifadə edilməklə) təltif növü kimi təsis olunmasının qadağan edilməsi, “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Qanunda isə QHT-lərin nizamnamələrində dövlət və yerli özünüidarə orqanlarının səlahiyyətlərinin mənimsənilməsinin yolverilməzliyinin təsbit edilməsinə baxmayaraq, sözügedən vəzifəli şəxslər tərəfindən bu tələblər kobud şəkildə pozulub.

Toplanmış sübutlar əsasında Mehdi Mehdiyev, Füzuli Rzaquliyev və Sərraf Orucov Cinayət Məcəlləsinin 309.1-ci (vəzifə səlahiyyətlərini aşma) maddəsilə təqsirləndirilən şəxs qismində cəlb edilib, barələrində istintaq orqanının qərarı ilə polisin nəzarəti altına vermə növündə qətimkan tədbirləri seçilib və iş üzrə ibtidai istintaq tamamlanaraq baxılması üçün aidiyyəti üzrə məhkəmələrə göndərilib.

Bundan başqa “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Azərbaycan Respublikası Qanununa əsasən ictimai birliklər dövlət qeydiyyatına alındıqdan sonra 30 gün müddətində üzvlərinin reyestrinin aparılmasını təmin etməli olduğu halda, “Qarabağ Əlillərinə Qayğı”, “Şəhid Ailələri, Əlillər və Müharibə Veteranlarının Müdafiəsi”, “Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı”, “Sabitlik və İnkişaf Mərkəzi” İctimai Birlikləri və “Dədə Qorqud” Xeyriyyə Fondu qanunvericiliyin tələblərini pozaraq üzvlərinin reyestrini aparmayıb və nizamnamələrinə uyğun fəaliyyət göstərməyiblər.

Sadalanan faktlarla bağlı müvafiq təşkilatlar və onların rəhbərləri barəsində Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində İnzibati Xətalar Məcəlləsinin 579-cu (qeyri-hökumət təşkilatları haqqında qanunvericiliyin pozulması) maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraatlar başlanaraq baxılması üçün aidiyyəti üzrə məhkəmələrə və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə göndərilib.

Eyni zamanda, QHT-lərin (ictimai birliklər və fondlar) qeydiyyata alınması, həmin təşkilatların müvafiq istiqamətlərə uyğun fəaliyyət göstərməsi və qeyd edilən qurumlardan daxil olan müraciətlərə baxılması zamanı cəmiyyətin və dövlətin qanunla qorunan mənafelərinin nəzərə alınması, yeni qeydiyyat üçün müraciət edən və əvvəllər qeydiyyata alınmış təşkilatların nizamnamələrinin qanunvericiliyə uyğun olub-olmamasının yoxlanılması və bu sahədə nəzarətin gücləndirilməsi üçün müvafiq tədbirlərin görülməsi barədə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə müraciət edilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:57
embedMənbə:https://modern.az
archiveBu xəbər 12 Yanvar 2026 15:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see186

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see185

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see180

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see162

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see159

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see154

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see153

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see149

Sınmış ventilyatora görə milyonlar qazandı

11 Yanvar 2026 23:17see148

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see148

Ucuz ev almağın YOLLARI: Sosial mənzil mexanizmləri necə işləyir?

11 Yanvar 2026 17:29see147

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see146

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see144

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see139

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see138

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see137

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see136

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see135

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see134

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri