Icma.az
close
up
RU
Bayden barəsində kitab yazan müəllifləri döyə biləcəyini deyib

Bayden barəsində kitab yazan müəllifləri döyə biləcəyini deyib

Bizimyol saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

ABŞ-ın keçmiş prezidenti Co Bayden zarafatla bildirib ki, onun fiziki və zehni vəziyyətinin pisləşməsindən bəhs edən kitabın müəlliflərini döymək istəyərdi.

Bizimyol.info xəbər verir ki, nəşrdə Baydenin 2023–2024-cü illərdə səhhətində ciddi geriləmələrin olduğu iddia olunur.

Söhbət “Əsl günah: Prezident Baydenin tənəzzülü, bunun gizlədilməsi və yenidən namizəd olmağı ilə bağlı fəlakətli qərarı” (Original Sin: President Biden's Decline, Its Cover-up, and His Disastrous Choice to Run Again) adlı kitabdan gedir.

Delaver ştatında jurnalistlərin suallarını cavablandıran Bayden istehzayla deyib: “Görürsünüz ki, mən guya zehni cəhətdən qüsurluyam və yeriyə bilmirəm. Amma hələ də o iki müəllifi döyüb yarımcan edə bilərəm”.

Bayden, həmçinin prostat vəzi xərçəngi ilə mübarizəsində nikbin olduğunu bildirib: “Proqnozlar yaxşıdır. Biz bunun üzərində işləyirik. Özümü yaxşı hiss edirəm. Ümid edirik ki, bu xəstəliyə qalib gələcəyik”, – deyə vurğulayıb və əlavə edib ki, lazım olan dərmanları qəbul edir.

Bundan əvvəl Nümayəndələr Palatasının Nəzarət və Hökumət İslahatları Komitəsinin sədri, respublikaçı Ceyms Komer, Baydenin Kapitoli təhqiqat komissiyasına ifadə verməyə çağırılmasını istisna etməmişdi. Ağ Evin mətbuat katibi Kerolayn Livitt də Baydenin səhhəti və sağlamlıq durumuna dair şəhadətlər verməsinin vacib olduğunu, eyni zamanda həyat yoldaşı Cill Baydenin də bu mövzuda məlumat təqdim etməsinin məqsədəuyğun ola biləcəyini bildirmişdi.

18 may tarixində Baydenin ofisi onun 82 yaşında prostat vəzi xərçənginin sümüyə metastaz vermiş aqressiv formasına tutulduğunu açıqlayıb. ABŞ-ın hazırkı prezidenti Donald Tramp isə bu diaqnozun yalnız indi elan olunmasına şübhə ilə yanaşaraq, mümkün məlumat gizlədilməsinə işarə edib.

Qadir, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:241
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 31 May 2025 08:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see355

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see347

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see305

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see282

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see271

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see270

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see255

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see231

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see231

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see223

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see213

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see211

Başı ağrıyan kişinin gözündən bitki toxumu çıxarıldı

30 Oktyabr 2026 21:37see210

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see210

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see199

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see199

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see194

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see193

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see187

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri