Icma.az
close
up
RU
Menu

Lerikdə iki nəfər arasında pul davası cinayətlə nəticələndi TƏFƏRRÜAT

Qabon hökuməti Obameyanqa və milliyə qarşı sanksiyaları ləğv etdi

Ermənistan İrana düşmən qüvvələrin fəaliyyət mərkəzinə çevrilib İran səfiri

“Dövlət qurumlarında AI əsaslı səsli agentlərin tətbiqi doğru yanaşmadır” REAKSİYA

Süni intellektlə səsləndirilən xalq mahnılarında müəllif hüququ məsələsi necə tənzimlənir? ŞƏRH EDİLDİ

ABB nin biznes kreditləri portfelində daha sürətli artım olub

Rostova dron hücumu edilib: Çoxmərtəbəli binalar və sənaye müəssisəsi yanğına məruz qalıb.

Kadırov səhhəti ilə bağlı yayılan şayiələrə belə cavab verdi

31 manat ödəyib, xidmət almırlar: Xətai rayonunda üç gündür sakinlər KATV dən internet ala bilmirlər

Qida Təhlükəsizliyi Agentliyi sahibkarları narazı salıb: “Balaca bir obyektimiz var, nə istəyirlər bizdən?”

“Araz Naxçıvan”ın rəsmisi: “Hazırda transfer planlarımız yoxdur”

İranın Gələcəyi Kimdən Keçir? Pəhləvi Nicatdır, Yoxsa Məhv Ssenarisi?

Xankəndi təcrübəli futbolçusu ilə yollarını ayırıb

Dövlət Agentliyi süni intellekt tərəfindən yaradılan əsərlərin müəlliflik hüququna aydınlıq gətirdi

İranda vəziyyət kritik həddə çatdı: İslam respublikası ölür

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

Bakıda 41 yaşlı kişi çörək pulu üstündə arvadını döydü TƏFƏRRÜAT

Bu BÜRCLƏR onları əbədi dəyişdirəcək sevgi ilə qarşılaşacaqlar

Mirzoyan və Rubio Tramp marşrutu ilə bağlı birgə bəyanatı təsdiqləyiblər

İspaniyada həkimlər etiraz aksiyasına başlayıb, Həmkarlar dəstək verdi Görəsən AHİK belə hallarda hansı addımı atar?

BAYDEN VƏ TRAMPIN YAXŞI POLİS, PİS POLİS OYUNU... Rusiya vaxtilə Qarabağda qurduğu tələyə indi Ukraynada düşür

BAYDEN VƏ TRAMPIN YAXŞI POLİS, PİS POLİS OYUNU... Rusiya vaxtilə Qarabağda qurduğu tələyə indi Ukraynada düşür

Icma.az bildirir, Hurriyyet saytına əsaslanaraq.

ABŞ həm Ukraynanın, həm də Rusiya sərvətlərini ələ keçirir

Namiq Bilal

Aylar öncə yazmışdıq: Rusiya-Ukrayna müharibəsi çox böyük təbii sərvətləri ələ keçirmək üçün anqlosaks ittifaqının yönəltdiyi geopolitik oyundur (˝Ukraynalıların və rusların qanı üzərində sərvət savaşı˝.).

Rusiya XİN rəhbəri Lavrovun sözlərinə görə, İstanbul danışıqları zamanı Moskva və Kiyev sülhə yaxın olublar, lakin Boris Conson Zelenski ilə görüşərək razılaşmanı əngəlləyib. Sərvət müharibəsi ilə bağlı deyilənlər təsdiqlənir. Təsdiqləyənlər də ABŞ-nin, Rusiyanın və Ukraynanın prezidentləridir. Tramp Ukraynadan nadir torpaq elementlərini tələb edir, Putin isə Sibirin alüminium qaynaqlarını və Ukraynanın faydalı qazıntı mədənlərini amerikalılarla birgə işlətməyə razılıq verir. Deməli, Birləşmiş Ştatlar addım-addım istəklərinə nail olur.

Oyunun necə yonləndirildiyinə baxaq. Kənardan elə görünür ki, Ukrayna müharibəsinə münasibətdə C.Baydenin və D.Trampın apardıqları siyasət daban-dabana ziddir. Bayden Ukrayna dostu və Rusiya düşməni idi, Kiyevə hər cür yardım edirdi, Zelenski Vaşinqtonda ayaq üstə alqışlanırdı. Tramp isə tam tərsinə, Ukraynanı “gözümçıxdıya salıb”, Zelenskini diktator adlandırır və Rusiya dostu olur. Yalnız ˝banan respublikalarında˝ ölkənin prezidenti dəyişəndə xarici siyasət də kökündən dəyişə bilir. ABŞ banan respublikası deyil...

Əslində, Bayden administrasiyasının və bütövlükdə Qərbin Ukrayna ilə dostluğu hər zaman müəmmalı olub. Müharibəni maksimum uzadıb, Rusiyanı zəiflətmək üçün Ukraynaya lazım olan qədər silahı heç zaman verməyiblər. Bütün tərəflər, o cümlədən Rusiya tərəfi də qəbul edirdi ki, Qərb istəsə ukraynalılara çox böyük miqdarda silah verib Ukrayna torpaqlarının geri qaytarılmasını təmin edə bilərdi. 

Putinin özü də etiraf edib ki, nüvə silahı nəzərə alınmasa, adi silahlarda və hərbi texnologiyalarda Qərb Rusiyadan qat-qat üstündür. Amma Kiyevə gərəkli miqdarda silah verilmədi. Trampın gəlişi və sərgilədiyi siyasət hamının bildiyi Rusiya-Ukrayna müharibəsi ˝sirrini˝ çılpaqlığı ilə ortalığa çıxardı.

Ər-Riyadda amerikalılar və ruslar bağlı qapılar arxasında danışıqlar aparır. Həmin danışıqlardan sonra V.Putin təbii sərvətlər məsələsini gündəmə gətirdi. 

Qərb mətbuatında Putinə istinadla belə məlumatlar göründü: ˝Amerikalılar hər zaman Sibir sərvətlərinin istismarında rus şirkətləri ilə birgə çalışıblar. Bu işbirliyi yenidən bərpa oluna bilər˝.

Üstəlik, Rusiya Prezidenti televiziyadakı canlı yayında Krasnoyarsk alüminium təsislərinin və Donbasdakı nadir torpaq elementləri qaynaqlarının amerikalılarla ortaq istismarı perspektivini gündəmə gətirdi.

Hadisələrin qısa xronologiyasına diqqət yetirək. Rusiya Ukraynaya qarşı müharibəyə girir, Bayden Kiyevə verilən silahın miqdarı ilə manipulyasiya edərək müharibəni dərinləşdirir, Conson danışıqları pozaraq sülhü əngəlləyir və estafet Trampa ötürülür. Tramp da həm Ukrayna, həm Rusiya sərvətlərini trampsayağı ˝reket˝ üslubunda tələb edir.

ABŞ-nin müharibəni uzatma və hər iki tərəfi tükəndirmə siyasəti nəticə vermiş kimi görünür. Nə Rusiyanın, nə də Ukraynanın qəti qələbə qazanma şansı yoxdur. Deməli, təbii sərvət tələblərini irəli sürmənin tam zamanıdır. Birləşmiş Ştatların əlində hər iki tərəfi sərvət razılaşmasına məcbur edəcək cox ciddi kart var. Bu, Ukraynaya göstərilən hərbi yardımların miqdarıdır. Ukrayna bu yardımdan həyati dərəcədə asılıdır və Zelenski, yumşaldılmış şəkildə də olsa Trampla sərvət bölgüsünə razılaşdı.

Rusiya da Ağ Evin ˝silah təchizatı˝ kartından tam asılı vəziyyətə düşüb. V.Putin Vaşinqtonun tələblərini qulaqardına vursa, ˝dəlisov˝ Trampın Ukraynaya təyyarələrdən tutmuş uzaqvuran raketlərə qədər ən müasir silahları çox böyük miqdarda verərək Rusiyanı ağılagəlməz dərəcədə ciddi problemlərə soxa bilər. Bu bir reallıqdır və tərəflərin hamısı bu reallığı görür.

Bayden və Tramp ABŞ-ni ikiyə bölən və daxili siyasətdə biri-birini bitirməyə çalışan iki böyük qruplaşmanın təmsilçiləridir. Ukrayna müharibəsinə münasibətdə isə səhnə önündə ziddiyyətli rollar oynasalar da, pərdə arxasında eyni nöqtəyə vururlar. Hollivud filmlərində olduğu kimi, Bayden ˝Ukrayna üçün yaxşı polis, Rusiya üçün pis polis˝ idi. Tramp isə ˝Rusiya üçün yaxşı polis, Ukrayna üçün pis polis˝ rolundadır. Oyunun nəticəsi göz önündədir. Həm Ukrayna, həm də Rusiya sərvətlərini ABŞ ilə bölüşməyə razılıq verirlər.

Amma böyük siyasətdə hansısa razılığın əldə olunması bu razılığın sona qədər işləyəcəyini təmin edə bilməz. Qarantiyalar lazımdır. Beynəlxalq siyasətdəki ən böyük qarantiya isə qarşı tərəfi daim asılılıqda saxlamaqdır. Birləşmiş Ştatlar buna nail olur. Müharibənin bitməməsi və hansısa formada dinamik atəşkəsin əldə olunması həm Ukraynanı, Həm də Rusiyanı Amerikanın ˝qarmağında˝ saxlayacaq. Necə ki, Rusiya Qarabağ müharibəsində nisbi atəşkəsi zorunlu edərək həm Azərbaycanı, həm də Ermənistanı öz asılılığında saxlaya bilirdi. İndi vaxtilə Qafqazda qurduğu tələyə Rusiyanın özü Ukraynada düşüb. Hazırkı mərhələdə bu tələdən qurtulmağa nə Ukraynanın, nə də Rusiyanın taqəti yoxdur.

AzPolitika.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:110
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 28 Fevral 2025 12:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lerikdə iki nəfər arasında pul davası cinayətlə nəticələndi TƏFƏRRÜAT

14 Yanvar 2026 11:17see242

Qabon hökuməti Obameyanqa və milliyə qarşı sanksiyaları ləğv etdi

14 Yanvar 2026 08:24see228

Ermənistan İrana düşmən qüvvələrin fəaliyyət mərkəzinə çevrilib İran səfiri

14 Yanvar 2026 13:34see225

“Dövlət qurumlarında AI əsaslı səsli agentlərin tətbiqi doğru yanaşmadır” REAKSİYA

14 Yanvar 2026 15:58see223

Süni intellektlə səsləndirilən xalq mahnılarında müəllif hüququ məsələsi necə tənzimlənir? ŞƏRH EDİLDİ

13 Yanvar 2026 11:49see189

ABB nin biznes kreditləri portfelində daha sürətli artım olub

13 Yanvar 2026 17:20see182

Rostova dron hücumu edilib: Çoxmərtəbəli binalar və sənaye müəssisəsi yanğına məruz qalıb.

14 Yanvar 2026 08:10see169

Kadırov səhhəti ilə bağlı yayılan şayiələrə belə cavab verdi

14 Yanvar 2026 19:33see166

31 manat ödəyib, xidmət almırlar: Xətai rayonunda üç gündür sakinlər KATV dən internet ala bilmirlər

13 Yanvar 2026 11:16see162

Qida Təhlükəsizliyi Agentliyi sahibkarları narazı salıb: “Balaca bir obyektimiz var, nə istəyirlər bizdən?”

13 Yanvar 2026 13:48see161

“Araz Naxçıvan”ın rəsmisi: “Hazırda transfer planlarımız yoxdur”

13 Yanvar 2026 14:11see161

İranın Gələcəyi Kimdən Keçir? Pəhləvi Nicatdır, Yoxsa Məhv Ssenarisi?

13 Yanvar 2026 16:19see155

Xankəndi təcrübəli futbolçusu ilə yollarını ayırıb

14 Yanvar 2026 09:41see155

Dövlət Agentliyi süni intellekt tərəfindən yaradılan əsərlərin müəlliflik hüququna aydınlıq gətirdi

13 Yanvar 2026 17:21see154

İranda vəziyyət kritik həddə çatdı: İslam respublikası ölür

14 Yanvar 2026 03:34see152

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

15 Yanvar 2026 00:45see149

Bakıda 41 yaşlı kişi çörək pulu üstündə arvadını döydü TƏFƏRRÜAT

13 Yanvar 2026 18:46see146

Bu BÜRCLƏR onları əbədi dəyişdirəcək sevgi ilə qarşılaşacaqlar

14 Yanvar 2026 19:11see141

Mirzoyan və Rubio Tramp marşrutu ilə bağlı birgə bəyanatı təsdiqləyiblər

13 Yanvar 2026 23:31see139

İspaniyada həkimlər etiraz aksiyasına başlayıb, Həmkarlar dəstək verdi Görəsən AHİK belə hallarda hansı addımı atar?

14 Yanvar 2026 16:47see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri