BDU da qızılı stafilokok bakteriyasına qarşı müqavimət mexanizmlərinə dair araşdırma aparılır
Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Bakı, 11 iyun, AZƏRTAC
Bakı Dövlət Universitetinin (BDU) Biologiya fakültəsinin Biotibbi materiallar kafedrasında “Staphylococcus aureus: müasir tibbin qarşısında dayanan ciddi təhlükə” mövzusunda elmi seminar keçirilib.
Bu barədə AZƏRTAC-a BDU-dan məlumat verilib.
Məruzəçi, kafedranın müəllimi Aygün İsrayılova bildirib ki, qızılı stafilokok (staphylococcus aureus) bakteriyası hazırda insan sağlamlığı, qlobal səhiyyə üçün ən ciddi təhlükələrdən biri hesab olunur. Geniş spektrli infeksiyalara səbəb olan bu patogen antibiotiklərə qarşı davamlılığı ilə seçilir. Aparılan tədqiqatlara əsasən, S. aureus-un antibiotiklərə qarşı müqaviməti β-laktamazaların sintezi, metisillinə davamlılıqla (MRSA) əlaqəli olan mecA geninin əldə olunması, ribosomal RNT və ya DNT-dəki mutasiyalar nəticəsində hədəf sahələrinin dəyişməsi, eləcə də antibiotiklərin enzimatik inaktivasiyası kimi mexanizmlər vasitəsilə formalaşır.
Məruzəçi, həmçinin bakteriya membranının strukturunda baş verən dəyişikliklərin daptomisin kimi güclü antimikrob agentlərə qarşı müqavimətin yaranmasına səbəb olduğunu deyib. Qeyd edib ki, bu kompleks rezistentlik mexanizmləri S. aureus-un müalicəsini çətinləşdirir və yeni, effektiv antimikrob strategiyaların inkişafını zəruri edir. Eyni zamanda, bu cür davamlı və rezistent ştamların sürətlə yayılması ictimai sağlamlıq üçün təhlükə yaradır və davamlı epidemioloji nəzarətin əhəmiyyətini bir daha gündəmə gətirir.
Seminarda daha sonra antibiotiklərin düzgün istifadəsi və elmi əsaslı yanaşmaların tətbiqinin infeksiyaların qarşısının alınmasındakı rolu müzakirə edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:84
Bu xəbər 11 İyun 2025 15:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















