Icma.az
close
up
RU
BDU nun üç komandası “Tələbələrin təşəbbüslərinə dəstək layihələr vernisajı” yarışmasının finalında

BDU nun üç komandası “Tələbələrin təşəbbüslərinə dəstək layihələr vernisajı” yarışmasının finalında

Icma.az bildirir, Azertag portalına istinadən.

Bakı, 30 sentyabr, AZƏRTAC

Bakı Dövlət Universitetinin (BDU) üç komandası BDU və DOST Agentliyinin “Tələbələrin təşəbbüslərinə dəstək – layihələr vernisajı” adlı yarışmasının finalına vəsiqə qazanıb.

BDU-dan AZƏRTAC-a bildirilib ki, layihə çərçivəsində ölkə universitetləri üzrə sosial sahədə rəqəmsal, innovativ və yaradıcı ideyaya sahib 43 komanda yarışıb, bu komandalardan 9-u yarışmanın final mərhələsinə vəsiqə qazanıb.

Universitetin Sosial elmlər və psixologiya fakültəsinin psixologiya ixtisasının II kurs tələbəsi Fatimə Şirəliyeva tərəfindən təqdim edilən “ÜFÜQ - Ünsiyyət, Fərqindəlik, Ümid və Qayğı” layihəsinin məqsədi ruhi sağlamlıqla bağlı çətinlik yaşayan gənclərin anonim, təhlükəsiz və rəqəmsal mühitdə öz hisslərini ifadə edə, dəstək və motivasiya ala bildikləri bir platformanın yaradılmasıdır.

Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin informasiya təhlükəsizliyi ixtisasının III kurs tələbəsi Cəmil Cəfərli tərəfindən təqdim edilən “NeuroScreen” layihəsinin məqsədi iflicli xəstələrin beyin siqnallarının oxunması və filtrlənməsi nəticəsində müxtəlif IoT əsaslı ağıllı ev texnologiyalarının, rəqəmsal vasitələrin və robot əsaslı orqanların idarəsinin təmini, xəstənin sağlamlıq vəziyyətinin ani monitorinqi və süni intellekt əsasında təyinidir.

Sosial elmlər və psixologiya fakültəsinin psixologiya ixtisasının II kurs tələbəsi Gülgün Şəfiyeva tərəfindən təqdim edilən “SƏS – Səssizlərin Səsi” layihəsinin əsas məqsədi isə süni intellekt əsaslı mobil və veb-platforma vasitəsilə eşitmə məhdudiyyətli gənclər üçün əlçatan, öyrədici və gəlir gətirən bir rəqəmsal məkanın yaradılmasıdır. Bu platforma onların yalnız məlumat əldə etməsi üçün deyil, öz bacarıqlarını cəmiyyətə təqdim etməsi və bunun vasitəsilə gəlir qazanması üçün dizayn olunub.

Yarışmanın final mərhələsinə yüksələn tələbələr öz layihələrini oktyabrın 24-də Bakıda keçiriləcək “SOCGOV 2025: Süni intellekt insan və transformasiya üçün” adlı beynəlxalq konfransda təqdim etmək imkanı qazanıblar.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:43
embedMənbə:https://azertag.az
archiveBu xəbər 30 Sentyabr 2025 17:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see267

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see228

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see202

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see184

2026 cı ildə Bakıda hansı infrastruktur layihələri REALLAŞDIRILACAQ?

30 Dekabr 2025 14:16see180

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see172

Süni intellekt 2026 cı ildə əmək bazarını dəyişə bilər

31 Dekabr 2025 10:29see157

Birmarketdən növbəti böyük hədiyyə: Kia K5 Sport qalibə təqdim olundu

30 Dekabr 2025 19:53see154

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see149

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see146

Yolka ağacları artıq dronlar və süni intellekt vasitəsilə yetişdirilir...

31 Dekabr 2025 04:27see144

Ukrayna Xersona hücum etdi

31 Dekabr 2025 03:13see142

Zəngəzur dəhlizi sayəsində türk dövlətlərinə birbaşa çıxış yolu təmin edəcəyik Uraloğlu

31 Dekabr 2025 02:51see137

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see137

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see135

AYB Sayman Aruzla bağlı qərara aydınlıq gətirib

30 Dekabr 2025 18:30see134

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see132

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see132

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see131

Əfqanıstanlı kişi Britaniya xəstəxanasında 5 nəfəri yaraladı

31 Dekabr 2025 06:46see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri