Icma.az
close
up
RU
BDYPİ rəhbərliyi İdarənin əsas rəhbər şəxsləri kimlərdir?

BDYPİ rəhbərliyi İdarənin əsas rəhbər şəxsləri kimlərdir?

Hurriyyet portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Baş Dövlət Yol Polisi İdarəsi Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə nəzarəti həyata keçirən əsas dövlət qurumudur. İdarə Daxili İşlər Nazirliyinin strukturuna daxildir və ölkə üzrə yol hərəkətinin təşkili, nəqliyyat axınının tənzimlənməsi, qayda pozuntularının qarşısının alınması, sürücülərin maarifləndirilməsi, eləcə də avtomobillərin qeydiyyatı və sürücülük vəsiqələrinin verilməsi kimi funksiyaları icra edir. BDYPİ həmçinin yol-nəqliyyat hadisələrinin təhqiqatı və profilaktik tədbirlərin görülməsi ilə məşğuldur.

Yol Polisi Sisteminin Əsas İdarəçiləri aşağıdakılardır:

Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, polis general mayoru Zeynalov Ramiz Məhəmmədəli oğlu

Ramiz Məhəmmədəli oğlu Zeynalov 1951-ci il fevralın 19-da Tovuz rayonunun Qovlar qəsəbəsində anadan olub. 1976-cı ildə daxili işlər orqanlarında işə qəbul edilib. 1976-cı ildən Azərbaycan SSR Daxili İşlər Nazirliyində inspektor, Cinayət Axtarışı İdarəsində əməliyyat müvəkkili, baş əməliyyat müvəkkili, bölmə rəisi, şöbə rəisi, Baş Nəqliyyat Polis İdarəsi rəisinin əməliyyat üzrə müavini, həmin idarənin rəisi, DİN Xüsusi İnspeksiyasının rəisi işləyib. 1994-cü il 2 avqustdan – yəni artıq 31-ci ildir ki, Baş Dövlət Yol Polisi İdarəsinin rəisidir.

30 iyun 2003-cü ildə “polis general-mayoru” rütbəsi alıb, 1995-ci ildə "İgidliyə görə" medalı, 2006-cı ildə isə "Vətən uğrunda" medalı ilə təltif edilib.

Baş Dövlət Yol Polisi İdarəsinin rəis müavini, polis polkovniki Səfərəliyev Pərvin Müstəcəb oğlu

Pərvin Müstəcəb oğlu Səfərəliyev Bakı şəhərində anadan olub, əslən Qərbi Azərbaycanın Vedi rayonundandır. O, ali məktəblərə qəbul imtahanında 3-cü ixtisas qrupu üzrə qəbul olduğu il ölkə üzrə ən yüksək nəticəni göstərərək Bakı Dövlət Universitetinin Hüquqşünaslıq fakültəsinə qəbul olunub.

Universiteti bitirdikdən sonra əmək fəaliyyətinə hüquq-mühafizə orqanlarında başlayıb. 2022-ci ildən etibarən Pərvin Səfərəliyev Baş Dövlət Yol Polisi İdarəsinin rəis müavini vəzifəsinə təyin olunub və hazırda da bu vəzifədə fəaliyyət göstərir. Pərvin Səfərəliyev peşəkarlığı, təcrübəsi və idarəçilik keyfiyyətləri ilə Azərbaycan hüquq-mühafizə sistemində öz sözünü deyən kadrlar sırasında yer alır.

Baş Dövlət Yol Polisi İdarəsinin rəis müavini polis polkovnik-leytenantı Xasıyev Elçin Oqtay oğlu

Elçin Oqtay oğlu Xasiyev 2024-ci ildən Baş Dövlət Yol Polisi İdarəsinin rəis müavini təyin edilib. E.Xasiyev bu təyinata qədər Baş Dövlət Yol Polisi İdarəsinin Mərkəzi Məlumat Xidmətinin rəisi vəzifəsini icra edib. 

Baş Dövlət Yol Polisi İdarəsinin rəis müavini, Yol Patrul Xidməti Alayının komandiri polis polkovniki Mayılov Fuad Tarix oğlu

Fuad Tarix oğlu Mayılov 2020-ci ildən Baş Dövlət Yol Polisi İdarəsinin rəis müavini, Yol Patrul Xidməti Alayının komandiri təyin edilib. Fuad Mayılov bu vəzifəyə qədər Sumqayıt Qeydiyyat-İmtahan və Texniki Baxış Şöbəsinin (“MERO”) rəisi olub.

Göründüyü kimi, ölkənin əhəmiyyətli qurumlarından biri olan  Baş Dövlət Yol Polisi İdarəsinə kifayət qədər peşəkar və təcrübəli  şəxslər rəhbərlik edir. Bu, qurum Daxili İşlər NAzirliyinin digər bölmə və strukturları kimi  sutkanın 24 saatı vətəndaşlara xidmət edir.

Hazırladı: Miri Məcidli

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:125
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 29 Noyabr 2025 19:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABŞ Venesueladan icazəsiz çıxan bütün tankerləri ələ keçirəcək

13 Yanvar 2026 00:04see229

İcra başçısının nümayəndəliyi möhürü itirdi

13 Yanvar 2026 02:27see200

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see174

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see171

Qızılın qiyməti BAHALAŞDI

12 Yanvar 2026 09:52see146

“Azərbaycan sülhdə möhkəmdir”

12 Yanvar 2026 21:45see146

31 manat ödəyib, xidmət almırlar: Xətai rayonunda üç gündür sakinlər KATV dən internet ala bilmirlər

13 Yanvar 2026 11:16see144

Tramp İran nümayəndələri ilə görüşə bilər

12 Yanvar 2026 07:39see142

“Araz Naxçıvan”ın rəsmisi: “Hazırda transfer planlarımız yoxdur”

13 Yanvar 2026 14:11see140

PUA ların dövriyyəsinə xüsusi icazə və dövlət qeydiyyatı artıq “mygov”da

12 Yanvar 2026 10:10see139

Səhranın qumlu səthi üzərində gələcəyin enerjisi: Zafranın hekayəsi...

12 Yanvar 2026 20:53see135

Qida Təhlükəsizliyi Agentliyi sahibkarları narazı salıb: “Balaca bir obyektimiz var, nə istəyirlər bizdən?”

13 Yanvar 2026 13:48see132

Naxçıvanın sosial iqtisadi inkişafı haqda hesabat tədbiri keçirildi Fotolar

12 Yanvar 2026 20:51see131

Mehdiyev işi nə görə o da ifadəyə çağırıldı

12 Yanvar 2026 19:46see130

Bakıda 41 yaşlı kişi çörək pulu üstündə arvadını döydü TƏFƏRRÜAT

13 Yanvar 2026 18:46see128

“Real”ın baş məşqçisi Xabi Alonsonun müqaviləsinə xitam verilib

12 Yanvar 2026 21:43see125

İranın Gələcəyi Kimdən Keçir? Pəhləvi Nicatdır, Yoxsa Məhv Ssenarisi?

13 Yanvar 2026 16:19see125

La Liqa: “Sevilya” “Selta”ya məğlub olub

13 Yanvar 2026 02:11see124

“Liverpul” İngiltərə Kuboku matçında “Barnsli”ni darmadağın edib VİDEO

13 Yanvar 2026 01:56see124

ABB nin biznes kreditləri portfelində daha sürətli artım olub

13 Yanvar 2026 17:20see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri