Icma.az
close
up
RU
Bel ətrafındakı piylərin ən böyük düşməni İncəbelli olmaq üçün...

Bel ətrafındakı piylərin ən böyük düşməni İncəbelli olmaq üçün...

Icma.az, Saglamolun portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Arıqlamağın bir çox üsulu var. 10 gündə bir neçə kilo arıqlamaq müasir dövrdə elə də müşkül məsələ deyil.

Ancaq bel ətrafındakı yağlardan xilas olmaq və incəbelə qovuşmaq təəssüf ki, bir az çətindir. Hər pəhriz sizə arıqlamağı vəd etsə də, çox vaxt sadəcə bədəndəki artıq sudan və şişkinlikdən azad ola bilirsiniz. Bel və qarın bölgəsindəki yağlarınız isə yığılıb qalır.

Aparılan son araşdırmalar göstərib ki, bel ətrafındakı piylərin ən böyük düşməni kalsiumdur. Kalsium həm arıqlamağa, həm də daha incə və zərif bədən quruluşuna qovuşmağa kömək edir.

Publika.az xəbər verir ki, kalsium sümük və diş sağlamlığı üçün önəmli olduğu qədər mineral əzələlərin sıxlaşması, möhkəmlənməsi, üçün də eyni dərəcədə əhəmiyyətlidir. Çünki bədəndəki yağları parçalayır.

Danimarkada 7569 nəfərin iştirak etdiyi araşdırmanın nəticələri göstərib ki, gündə 600 mq-dan az kalsium qəbul edən insanlar daha kök olur, arıqlamaqda çətinlik çəkirlər. Başqa bir araşdırma zamanı isə 1 il ərzində hər gün 1000 mq. kalsium qəbul edənlərin bədənlərindəki yağ miqdarının 4.9 kq. azaldığı müşahidə edilib. Bu da onu göstərir ki, kalsium yağların bədəndə yığılmasının qarşısını alır. Üstəlik, toplanıb qalmış artıq yağları da parçalayır və bağırsaqlardan atılmasını təmin edir.

Kalsiumla zəngin qidalar insanı tox saxlayır. Bu da daha az kalori almağınıza səbəb olur.

Mütəxəssislər bildirirlər ki, yaşdan və bir sıra başqa faktorlardan asılı olaraq, insanların qəbul etməli olduqları gündəlik kalsium dozası dəyişir. 19-50 yaş arasındakı şəxslər gündə 1000 mq. kalsium qəbul etsələr, kifayət edər. 50 yaşdan sonra bu miqdarı 1200 mq-a çıxarmaq lazımdır. Hamilələr və ya əmizdirən analar isə gündə 1300 mq. kalsium qəbul etməlidirlər.

Ən yaxşı kalsium qaynaqları

Süd və süd məhsulları ən yaxşı kalsium mənbəyi hesab edilir. Həmçinin, doşab, susam, fındıq, fıstıq, bütün göyərtilər müəyyən qədər kalsium ehtiva edir.

Gün ərzində süd, qatıq, ayran, pendir, kefir kimi süd məhsullarından heç olmasa, birini mütləq için və ya yeyin. Az yağlı süd və süd məhsullarını seçin.

Bol-bol ispanaq yeyin. Cəfəri, nanə də kalsiumla zəngin göyərtilərdəndir.

Həftədə 2-3 dəfə quru paxla, noxud, mərci xörəyi yeyin.

Tərkibində kalsium olan meyvələrə üstünlük verin. Məsələn, qayısı, quru əncir kimi çərəzlər yeyə bilərsiniz. Ancaq çox şəkər ehtiva etdikləri üçün gündə 5 ədəddən artıq tövsiyə edilmir.

Badam da güclü kalsium qaynağıdır. Həm də insanı tez doyuzdurur. Qəlyənaltılarda 3-4 ədəd badam yeyə bilərsiniz.

Saglamolun.Az


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:70
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 16 Noyabr 2024 05:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see274

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see256

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see230

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see202

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see196

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see172

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see163

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see161

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see161

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see154

“iPhone”larda geri düyməsinin olmamasının səbəbi bu imiş

22 Yanvar 2026 06:18see147

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see147

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see147

Merz: “Yalnız gücün hökm sürdüyü dünya hamı üçün təhlükəli reallıqdır”

22 Yanvar 2026 16:08see143

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see142

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see140

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see138

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsi hesabat verib

22 Yanvar 2026 19:05see138

Qarnın çıxmasının səbəbi piy deyilmiş Açıqlama

23 Yanvar 2026 05:06see137

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri