Belə ola biləcəyini bilirdik Qvardiola
Icma.az, Fanat portalına istinadən məlumat verir.
"Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiola UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyununda "Real Madrid"ə məğlubiyyətdən (2:3) sonra fikirlərini bildirib.
Fanat.Az xəbər verir ki, BBC ispaniyalı mütəxəssisin dediklərini belə təqdim edib:
“Bu mövsüm ilk dəfə deyil ki, başımıza belə bir şey gəlir. “Real Madrid”in səviyyəsini bilirəm. İkinci hissədə təşəbbüsü ələ aldıq və sürətlə hücuma keçməyə çalışdıq. Bütün bunlar ona görə baş verdi ki, "Real Madrid" qeyri-adi komandadır.
Mövsüm ərzində bir neçə dəfə belə vəziyyətlərlə qarşılaşmışıq. Səbəb səhv qərarlardır. Söhbət fərdi səhvlərdən, konkret hansısa futbolçudan deyil, hər kəsdən, o cümlədən məndən gedir. Üstəlik mövsümboyu zədələrdən problem yaratdı. Amma biz belə ola biləcəyini bilirdik”.
Qeyd edək ki, İngiltərə nəhəngi oyunun gedişində hesabda 2:1 öndə olsa da, 86-cı və 90+2-ci dəqiqələrdə 2 qol buraxaraq uduzub.
Mirağa
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:57
Bu xəbər 12 Fevral 2025 13:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















