Icma.az
close
up
RU
Bərdədə dəhşətli qətl: 19 yaşlı oğlan atası ilə mübahisə edən qonşusunu öldürdü TƏFƏRRÜAT

Bərdədə dəhşətli qətl: 19 yaşlı oğlan atası ilə mübahisə edən qonşusunu öldürdü TƏFƏRRÜAT

Demokrat.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bərdə rayonunda 2006-cı il təvəllüdlü Zöhrab Əsgərov həmkəndlisi 1967-ci il təvəllüdlü Sahib Bayramovu bıçaqlayaraq öldürüb. 
Demokrat.az
-ın əldə etdiyi məlumata görə, hadisə 9 iyul 2023-cü ildə Bərdə rayonunun Qarağacı kəndində baş verib. Zöhrab kənddə yerləşən fərdi yaşayış evində yatarkən atasının ucadan səsini eşidib və nə baş verdiyini aydınlaşdırmaq üçün küçəyə çıxıb. 
Bu zaman o, atasının qonşuluqda yaşayan Rəvanla  sonuncunun idarə etdiyi “Ford” markalı avtomobili atasına məxsus və evlərinin qarşısında saxladığı “Vaz 2106” markalı avtomobilin yanından sağa çevirib keçə bilməməsi səbəbindən mübahisə etdiyini görüb.
Zöhrab yaranmış səs küyə gələn Sahibin həmin şəxsə qoşulub nalayiq ifadə işlədib. Buna görə də Sahib Bayramova söyüş söyməməsi barədə xəbərdarlıq edib, Daxili İşlər Nazirliyinin “102 zəng xidməti”nə zəng edərək  qonşuların onlarla münaqişə etməsi barədə məlumat verdikdən sonra da Sahib Bayramovun özü və ailə üzvləri haqqında nalayiq ifadələr işlətməyə davam etməsindən  hiddətlənib. 
Zöhrab qisas almaq üçün Sahibi öldürmək qərarına gəlib. Cinayətkar niyyətini həyata keçirmək üçün yaşadığı evdən mətbəx bıçağını götürüb və qolunda gizlədərək küçəyə qayıdıb. Sahib Bayramovun nalayiq ifadələr işlətməsindən daha da qəzəblənərək onu öldürmək niyyətini qətiləşdirib. O, Sahibə çoxsaylı zərbələr vurub. 
Sahibə iki gün xəstəxanada tibbi yardım göstərilsə də, onun həyatını xilas etmək mümkün olmayıb. O, xəstəxanada ölüb. 
Hadisəni törədən Zöhrab Əsgərovun barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla adam öldürmə) maddəsi ilə ittiham elan edilib. 
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Zöhrab ona elan olunmuş Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə təqsirli bilməyib. 
O, ifadəsində göstərib ki, hadisə baş verən gün bazardan gələrək yatıb: 
“Təxminən 1 saat sonra səs-küyə oyandım. Atamın şəxslə mübahisə etdiyini gördüm. Səs-küyə həyətə düşdüyüm zaman orada Rəşid, ölən şəxsin qardaşı oğlu Rəşad, Sahib, Rəvan, ölən şəxsin qızını gördüm. Atama mübahisəyə ehtiyac  olmadığını, evə getməyi deyəndə Sahib atama söyüş söydü. Rəvan atamı vurmaq istəyəndə qarşısına keçdim və Rəvan yumruqla başıma vurdu. Ona qarşılıq verməyərək atama təkrar “gəl evə gedək!” dedim. Sahib atama söyüş söydükdə və vurmaq istədikdə “102” xidmətinə zəng edərək yardım etmələrini istədim. Atama hücum edəndə evə getdim və bıçağı götürərək gəldim. Sahibə “sən kimə söyürsən?” soruşanda yaxşı etdiyini  dedi və söyüşə davam etdi. Sahibə kürək nahiyəsindən bıçaq zərbəsi vurdum. Yaralı vəziyyətdə mənə əl atmaq istəyəndə yenidən qarın nahiyyəsindən iki ədəd bıçaq zərbəsi vurdum. Üçüncü bıçaq zərbəsindən sonra bıçağı çıxartdım. 
Mərhum məndən təxminən yarım metr uzaqlaşdı. Mərhumun oğlu Rəvan mənə yaxınlaşaraq bıçağı əlimdən almaq istəsə də, bıçağı vermədim. Mərhum evlərinə tərəf yaralı vəziyyətdə getdi. Mərhuma əlavə bıçaq zərbəsi vurmaq imkanım olsa da, məqsədim ona xəsarət yetirmək, özümdən uzaqlaşdırmaq və mübahisəyə son qoymaq oduğundan bunu etməmişəm. Rəvan mənə  yaxınlaşanda heç bir xəsarət yetirməyib. Bıçağı məndən almaq istəsə də, ona bıçaq verməmişəm. Bu vaxt telefonuma zəng gəldi, əlaqə saxlayan şəxs nə baş verdiyini, harada yaşadığımı, ünvanı və ad, soyadımı soruşdu. Polis əməkdaşları hadisə yerinə gəldikdən sonra onlara baş verənləri danışdım və xəsarət yetirdiyim yeri polis əməkdaşlarına göstərdim”.
Təqsirləndirilən şəxs ifadəsində göstərib ki, əvvəl mərhumla ədavət, düşmənçilikləri olmasa da, bir dəfə quzuları qapısının ağzında otardığına görə Sahib buna icazə verməyib, başqa mübahisələri olmayıb: 
“Səs-küyə çölə çıxanda atam Rəvanla Sahib arasında mübahisə olub, Rəvan atama maşını çəkməsə vuraraq əzəcəklərini deyib. Keçməsi üçün yol olsa da, Rəvan atamdan maşını içəri salmağı tələb etdi. Mübahisə vaxtı hadisə yerində qarşı tərəfdən mərhum, mərhumun oğlu, mərhumun qardaşı və qardaşı oğlu, özüm və atam olmuşuq. Atam ilə mərhumun oğlu Rəvanı aralaşdırsam da, Rəvan ona zərbə vurub, lakin buna qarşılıq verməmişəm. Bıçağı götürməmişdən əvvəl “102” xidməti ilə əlaqə saxlamışam. Qarşı tərəf isə mübahisəni azaltmaq üçün heç nə etməyib. Uşaqlıqdan əsəbi olmuşam və azyaşlı olduğum üçün əlilliyim müəyyən olunmayıb”. 
Bu cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsində baxılıb. 
Məhkəmənin hökmü ilə Zöhrab Əsgərov 10 il müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib. 
Fariz Məlikli
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:58
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 30 Aprel 2025 11:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see201

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see184

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see170

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see168

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see162

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see150

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see148

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see147

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see146

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see144

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see142

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see142

Zelenski sabah Ukrayna nümayəndə heyətinin ABŞ da danışıqlarla bağlı tam hesabat təqdim edəcəyini bildirib

23 Dekabr 2025 00:22see140

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see139

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see136

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see135

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see134

Şəhid qızı olan məhkəmə hakimi yol qəzasında öldü

22 Dekabr 2025 20:56see133

Gürcüstanın Baş naziri İrakli Kobaxidze İlham Əliyevi təbrik edib

22 Dekabr 2025 21:55see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri