Icma.az
close
up
RU
Beynəlxalq təlimçi: Bir ideya dünyanı dəyişə bilər, əgər doğru plan varsa MÜSAHİBƏ

Beynəlxalq təlimçi: Bir ideya dünyanı dəyişə bilər, əgər doğru plan varsa MÜSAHİBƏ

Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bakı, 7 may, Təhminə Verdiyeva, AZƏRTAC

Gənclik hər bir millətin sabahı, inkişafının təməl dayağı və cəmiyyətin ruhudur. Bu səbəbdən də ölkəmizdə gənclərin potensialının üzə çıxarılması, onların intellektual və liderlik bacarıqlarının inkişaf etdirilməsi, eləcə də ictimai həyatda fəal iştirakının təmin olunması dövlət siyasətinin prioritet istiqamətlərindəndir. Müsahibimiz bu strategiyanın parlaq nümunəsidir – enerjisi, bilik və bacarığı ilə seçilən, həm yerli, həm də beynəlxalq səviyyədə uğur qazanmış nüfuzlu bir gənc. AZƏRTAC-ın müxbiri bu dəfə istedadlı gənc Cəsur Mədətzadə ilə həyat yolu, məqsədləri və gələcək planları barədə söhbətləşib.

-Özünüzü təqdim edin. Sizi layihə idarəçiliyinə gətirən əsas motivasiya nə olub və ilk təcrübənizi necə xatırlayırsınız?

– Mən ADA Universitetində dövlət idarəetməsi ixtisası üzrə magistr təhsili alıram. Son 5 ildə gənclərlə iş, qeyri-formal təhsil və layihə idarəçiliyi sahəsində həm ölkə daxilində, həm də beynəlxalq arenada fəal şəkildə çalışıram. Müxtəlif gənclər təşkilatlarında rəhbərlik və koordinatorluq vəzifələrində fəaliyyət göstərərək komanda idarəçiliyi, strateji planlaşdırma və layihələrin effektiv icrası sahəsində dəyərli təcrübə toplamışam. Hazırda Azərbaycan Respublikası Gənclər Fondunun Təlimçilər Bazasının üzvüyəm və bir sıra mövzularda təlimlər keçirirəm.

Məni layihə idarəçiliyinə gətirən əsas motivasiya bir ideyadan doğdu: “Bir ideyanın reallaşması üçün doğru plan və düzgün komanda vacibdir”. Könüllülük fəaliyyətim zamanı müşahidə etdim ki, yaxşı təşkil olunmuş bir layihə təkcə iştirakçıların bilik və bacarıqlarını artırmır, həm də cəmiyyətə təsir edərək real dəyişiklik yaradır. Bu dəyişikliklərin bir parçası olmaq arzusu mənim marağımı daha da artırdı.

İlk real təcrübəm NAYORA-da könüllü olduğum dövrdə oldu. Mentorumun dəstəyi ilə könüllülər üçün inkişaf proqramı təşkil etdim. Sadə bir ideya ilə başlanan bu təşəbbüs planlaşdırma, resursların bölüşdürülməsi, iştirakçıların cəlb olunması və nəticələrin qiymətləndirilməsi kimi mərhələlərlə mənə layihə idarəçiliyinin nə qədər çoxşaxəli və maraqlı bir proses olduğunu göstərdi.

-ADA Universitetində aldığınız təhsil beynəlxalq layihələrdəki rolunuzu necə formalaşdırdı?

– ADA Universitetində dövlət idarəetməsi üzrə magistr proqramı mənə layihələrə daha strateji və sistemli yanaşma imkanı verdi. Layihə idarəçiliyi, liderlik, qərarvermə və ictimai siyasət analizi kimi dərslər beynəlxalq mühitdə üzləşdiyim mürəkkəb situasiyalarda çevik və məntiqi qərarlar verməyə kömək etdi. Xüsusilə “stakeholder analysis” və “risk management” kimi alətlər beynəlxalq layihələrdə müxtəlif maraqlı tərəflərlə düzgün balans qurmaq baxımından çox faydalı oldu.

ADA-nın praktiki yönümlü tədris metodu (case study, simulasiya oyunları və layihə əsaslı öyrənmə) mənə real qərarları daha əsaslı şəkildə verməyi öyrətdi. Hazırda beynəlxalq layihələrdə sadəcə icraçı deyil, təşəbbüs göstərən və komandaları effektiv şəkildə yönəldən lider kimi çıxış edə bilirəmsə, bu, məhz ADA-da qazandığım akademik bilik və təcrübənin nəticəsidir.

-İştirak etdiyiniz beynəlxalq layihələr arasında sizin üçün ən transformativ olanı hansıdır və nə üçün?

– Mənim üçün ən transformativ beynəlxalq təcrübə “Youth Connect Africa Summit 2023” olub. 8-12 dekabr tarixlərində Keniyanın Nairobi şəhərində keçirilən bu tədbirdə Azərbaycan nümayəndə heyətinin üzvü olaraq NAYORA-nı təmsil etdim. Tədbir Keniya hökuməti, BMT-nin İnkişaf Proqramı və “YouthConnekt Africa Hub”ın birgə təşkilatçılığı ilə baş tutmuş və 20 mindən çox gənci, dövlət rəsmilərini və vətəndaş cəmiyyəti liderlərini bir araya gətirmişdi.

Tədbir mənə layihə idarəçiliyinə yeni baxış bucaqları qazandırdı. Müxtəlif ölkələrdən olan təşkilatlarla birbaşa fikir mübadiləsi aparmaq, qlobal əməkdaşlıq imkanları yaratmaq və daha inklüziv yanaşmaların vacibliyini anlamaq mənim layihə dizaynına sistemli yanaşmamı möhkəmləndirdi. Həmçinin tədbir zamanı Keniyadakı səfirliyimizlə əməkdaşlıq çərçivəsində səfirimiz Sultan Hacıyevlə görüşmək mənim üçün xüsusi önəm kəsb etdi.

-1000-dən çox gəncin inkişafına dəstək olmaq məsuliyyətli bir vəzifədir. Bu yolda qarşılaşdığınız əsas çətinliklər nələrdir və onlarla necə mübarizə aparırsınız?

– Ən çox rast gəlinən çətinliklərdən biri gənclərin komfort zonalarından çıxmaqda tərəddüd etməsidir. Bəzən təşəbbüs göstərməkdən və məsuliyyət götürməkdən çəkinirlər. Mən onlara kiçik, lakin məqsədyönlü tapşırıqlar həvalə etməklə bu qorxunu aşmağa kömək edirəm.

Digər çətinlik isə texnologiyanın və sosial medianın qeyri-məqsədli istifadəsidir. Araşdırmalara görə, insanlar sərbəst vaxtlarının əksəriyyətini ekran qarşısında keçirirlər. Bu isə “brain rot” – zehni diqqətin və yaradıcılığın zəifləməsi problemini doğurur. Bu səbəbdən, gənclərə rəqəmsal savadlılıq, vaxtın effektiv idarə olunması və texnologiyanın yaradıcı istifadə yolları barədə təlimlər keçirirəm.

-Gənclərə verdiyiniz ən vacib məsləhət nədir və onlar bugünkü dünyada uğur qazanmaq üçün nələrə fokuslanmalıdırlar?

– Gənclərə verdiyim əsas məsləhət budur: uğura gedən yolu sıfırdan kəşf etməyə ehtiyac yoxdur. Uğurlu insanların təcrübələrindən faydalanmaq və onları öz şəraitinə uyğun tətbiq etmək lazımdır. Amma bu zaman fərdilik qorunmalıdır – təqlid yox, öz yolunuzu həmin ruhla qurun.

Bundan əlavə, gənclər çoxsaylı təcrübələrdən keçməlidirlər. Könüllülük, layihələrdə iştirak və sosial şəbəkələrin yaradıcı istifadəsi onların həm fərdi, həm də peşəkar inkişafında mühüm rol oynayır. Gənclik sınaqlar dövrüdür. Səhv etməkdən qorxmadan cəhd etməli, öyrənməli və inkişaf etməlidirlər.

-Gələcək planlarınız və müəyyən etdiyiniz yeni hədəflər hansılardır?

– Əsas hədəfim təsir dairəmi genişləndirmək və daha çox gəncə dəstək olmaqdır. Mentorluq fəaliyyətimi genişləndirərək fərdi inkişaf və liderlik sahəsində daha çox gəncin potensialının üzə çıxarılmasına kömək etmək istəyirəm. Eyni zamanda, özümün təşəbbüs göstərəcəyim daha böyük və davamlı layihələr üzərində çalışmaq niyyətindəyəm.

Xüsusi hədəflərimdən biri də azərbaycanlı gənclərin beynəlxalq platformalarda daha fəal və görünən olmasına dəstək verməkdir. Uzunmüddətli vizyonum isə təhsil və gənclərlə iş sahəsində özümə məxsus bir mərkəz və ya platforma yaratmaqdır. Gənclərin həm intellektual, həm sosial baxımdan inkişaf etdiyi, cəmiyyətə təsir imkanları qazandığı bir məkan.

Bir sözlə, mənim üçün gələcək sadəcə bir gözlənti deyil, konkret addımlarla qurulan, ictimai fayda yönümlü fəaliyyətlər toplusudur. Ən böyük məqsədim isə insanların həyatında müsbət iz buraxmaqdır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:118
embedMənbə:https://azertag.az
archiveBu xəbər 07 May 2025 17:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see228

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see220

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see196

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see176

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see168

“Tam səmimi deyəcəm: o vaxtdan bəri yalnız bir dəfə zəngləşmişik” Elvin Cəfərquliyevin ilk məşqçisi

31 Dekabr 2025 16:17see161

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see159

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see158

2025 ci ildə dünyanın ən varlı insanlarının sərvəti 2,2 trilyon dollar artıb

31 Dekabr 2025 17:21see156

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see155

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see155

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see155

Rusiya və ABŞ arasında: Avropadakı investorlar qeyri sabitlik ilinə hazırlaşmalıdır FT

31 Dekabr 2025 17:38see151

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see148

Yuventus italiyalı ulduzunu geri qaytarmaq istəyir

31 Dekabr 2025 17:38see148

Azərbaycanlı qanuni oğru lar: 21 ci əsrdə... FOTO

01 Yanvar 2026 05:26see142

Azərbaycanlı trans: Əvvəl oğlumun atası, sonra anası olacağam VİDEO

02 Yanvar 2026 05:55see141

Nəzrinlə Mərdanın qızı olacaq

31 Dekabr 2025 15:52see141

Azərbaycanı belə fəth etmək istəyirdilər İfşa olundu

01 Yanvar 2026 01:47see140

Xarici borcun tənzimlənməsi: Azərbaycan üçün “təhlükəsizlik yastığı”

01 Yanvar 2026 10:27see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri