“Bəzən musiqiçilərə hörmətsiz ifadələrlə müraciət olunur”
Icma.az bildirir, Olay.az portalına istinadən.
Əməkdar artist Abbas Bağırov “Toyun səsi” mahnısı ilə bağlı müzakirələrə cavab verib.
OLAY yazır ki, Abbas sözlərinin Xalq şairi Zəlimxan Yaquba məxsus olan mahnıdakı “Toyçu” ifadəsinə aydınlıq gətirib:
“Bu mahnının sözləri ölməz şairimiz, Xalq şairi Zəlimxan Yaquba məxsusdur. Mahnının hər misrası dərin məna daşıyır və məni xüsusilə bir məqam çox təsirləndirdi. Şeirin adının “Toyçu qardaş” olması mənim üçün xüsusi əhəmiyyət kəsb edir. Bunun səbəbi odur ki, bu gün bəzən musiqiçilərə və toy məclislərini idarə edən sənət adamlarına yersiz, mənasız, hətta hörmətsiz ifadələrlə müraciət olunur. O sözləri nə təkrarlamaq, nə də dilə gətirmək istəyirəm. Halbuki, “Toyçu” sözü bizim qədim el-obamızda, babalarımızın dövründə böyük hörmətlə işlədilən bir ifadə idi. Xüsusilə kənd yerlərində qurulan çadırlarda toy məclislərini idarə edən, musiqisi və sözü ilə şənliyə rəng qatan xanəndələrə, sazəndələrə və aparıcılara “Toyçu” deyə müraciət edilirdi. Bu söz peşəkarlığın, etibarın və xalqın sənətkara bəslədiyi hörmətin ifadəsi idi. Zəlimxan Yaqub da bu şeirində həmin qədim dəyəri yaşadaraq “Toyçu” sözünü öz həqiqi mənasında təqdim edib və bu gözəl ənənəni poeziyasında əbədiləşdirib”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:153
Bu xəbər 07 İyul 2026 13:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















