Icma.az
close
up
RU
Biləcəri sakinlərinə ŞAD XƏBƏR VİDEO

Biləcəri sakinlərinə ŞAD XƏBƏR VİDEO

Icma.az, Bizim media portalına istinadən məlumat yayır.

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti fasiləsiz su təchizatına keçid məqsədilə mövcud su təchizatı sistemində bir sıra təkmilləşdirmələr və yeniliklər həyata keçirir.
Bu barədə Bizim.Media-ya ADSEA-dan bildirilib.
Su anbarlarının modernləşdirilməsi, tikintisi, bərpası, texniki qurğuların saz vəziyyətə gətirilməsi, primitiv şəbəkələrin ləğvi, mövcud nasos stansiyaların təkmilləşdirilməsi, yeni güclü nasosların qurulması suyun təzyiqinə və paylanmasına müsbət təsir edib.
Su təchizatı şəbəkəsinin avtomatik idarə edilməsi üçün yeni sistemlər də tənzimlənmənin effektivliyini artırıb.
Əvvəllər Binəqədi rayonu üzrə Biləcəri Yeni yaşayış massiv, 1 May qəsəbəsi, Qərb, İlqar Kərimov, Asəf Zeynallı, Tomris küçələri, Biləcəri şosesi ərazisində içməli su təchizatı qrafiklə həyata keçirilirdi.
 

Fasiləsiz su təminatına keçid məqsədilə mövcud sistemdə bir sıra təkmilləşdirmələr və yeniliklər həyata keçirilib. Biləcəri nasos stansiyasından keçən diametri 1420 mm olan Kür-3 magistral su kəmərinə Oğuz-Qəbələ-Bakı su kəmərindən 700 mm diametrli yeni birləşmə vasitəsilə əlavə su həcmləri ötürülür. Bu birləşmədə Kür-3 magistral kəmərində su həcminin tənzimlənməsindən sonra qeyd olunan ərazilərə 24 saat fasiləsiz suyun verilməsi həyata keçirilib.


Hazırda 24 saat verilən su keyfiyyət və təhlükəsizlik baxımından yüksək standartlara cavab verir. Filtrasiya və təmizləmə sistemləri vasitəsilə suyun keyfiyyəti daim nəzarətdə saxlanılır.
Yeni texnoloji avadanlıqlar və avtomatik idarəetmə sistemi su təchizatını fasiləsiz və etibarlı edib.
Fasiləsiz su təchizatına keçid nəticəsində Binəqədi rayonunun qeyd olunan ərazilərində 2600 abonent artıq 24 saat içməli su ilə təmin edilir.
Binəqədi rayonunun sakinləri arasında fasiləsiz su təminatı ilə bağlı sorğu da keçirilib.
Sorğunun nəticələrinə əsasən, sakinlərin böyük əksəriyyəti göstərilən xidmətin keyfiyyətindən razı olduqlarını bildiriblər.
Onların sözlərinə görə, indiki su təminatı gündəlik məişət şəraitini əhəmiyyətli dərəcədə yaxşılaşdırıb, əvvəlki dövrlərdə yaranan su qıtlığı və təzyiq problemi isə minimuma enib.
Sakinlər xüsusilə qeyd ediblər ki, fasiləsiz su təchizatı həm rahatlığın artmasına, həm də sanitariya və gigiyena şəraitinin daha da yaxşılaşmasına müsbət təsir göstərib.

Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:315
embedMənbə:https://bizim.media
archiveBu xəbər 15 May 2026 12:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see286

Çağla Bozun narkotik testi müsbət çıxdı: Saçında kokain aşkarlanıb

04 Oktyabr 2026 01:38see275

Girnə sahillərində batan gəminin daha bir sərnişinin meyiti tapılıb

04 Oktyabr 2026 05:27see253

Ən zərərli qida məhsulu müəyyən edildi

04 Oktyabr 2026 09:48see249

“Rusiya İran ABŞ münaqişəsində vasitəçilik etməyə hazırdır” Medvedev

03 Oktyabr 2026 23:33see242

Millətlər Liqası: İngiltərədən darmadağın, İspaniyadan növbəti qələbə

04 Oktyabr 2026 00:43see241

Tuxel Xorvatiya üzərindəki tarixi qələbədən sonra: “Oyun bir an belə səngimirdi”

04 Oktyabr 2026 00:45see236

Duru yağ zərərlidir? Mütəxəssis açıqladı

04 Oktyabr 2026 06:09see235

Tiffani Tramp süni intellektə görə çətin vəziyyətə düşdü FOTO

04 Oktyabr 2026 11:14see223

Qızıl və gümüş ucuzlaşıb

04 Oktyabr 2026 11:04see211

Prezident mükafatçısı olan gənc mühəndis evləndi FOTO/VİDEO

04 Oktyabr 2026 13:11see210

Bahar qəsəbəsində ev uçqunu: bir nəfər həyatını itirib

04 Oktyabr 2026 12:56see210

Azad Cəbrayıl 6 cı ilində

04 Oktyabr 2026 00:21see207

Buxarada Şərqin ruhu, Qərbin sənəti

04 Oktyabr 2026 00:29see206

Rusiyanın təxminən 700 ballistik raketi var Zelenski

04 Oktyabr 2026 16:54see205

2030 a qədər Azərbaycan iqtisadiyyatında nələr dəyişəcək? HƏDƏFLƏR

04 Oktyabr 2026 09:51see205

Gəncə terrorundan 6 il ötür

04 Oktyabr 2026 00:45see202

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

04 Oktyabr 2026 04:04see186

“Google” “Android Auto”dakı aylardır davam edən problemi həll edir

05 Oktyabr 2026 04:15see165

Almaniyada yüngülmotorlu təyyarə qəzaya uğrayıb 2 nəfər ölüb

04 Oktyabr 2026 17:33see162
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri