Icma.az
close
up
RU
Biləsuvarda qan davası cinayətlə bitdi Qisas məqsədilə dayısı oğlunu bıçaqladı

Biləsuvarda qan davası cinayətlə bitdi Qisas məqsədilə dayısı oğlunu bıçaqladı

Oxu.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Biləsuvar sakini dayısı oğlunu bıçaqlayıb.

Oxu.Az-ın məlumatına görə, hadisə Biləsuvar rayonunda sərnişin daşıyan mikroavtobusda baş verib. Rayon sakini, 2001-ci il təvəllüdlü Orxan Abdullayev mikroavtobusa minərkən orada əvvəlcədən ailə münaqişəsi olan dayısı oğlu Vadər Həmidli ilə rastlaşıb. O, V.Həmidlinin yanında oturub. Bir neçə dəqiqədən sonra Orxan Vadərə qəfil hücum edərək boğazından sıxıb, digər əli ilə cibindən bıçağı çıxararaq ona zərbələr endirməyə başlayıb. O, 3 bıçaq zərbəsi endirəndən sonra Vadər bıçağı onun əlindən alıb. Avtobusda olan sərnişinlərin köməyi ilə Orxan maşından düşürülüb.

V.Həmidov xəstəxanaya yerləşdirilib.

Faktla bağlı cinayət işi başlanıb və O.Abdullayev məsuliyyətə cəlb edilib.

Məhkəmənin hökmü ilə O.Abdullayev 2 il azadlıqdan məhrum olunub.

Məlumata görə, hadisə qisas məqsədilə baş verib. Belə ki, V.Həmidlinin atası Cavid Həmidov münaqişə nəticəsində bacısının əri, Orxan Abdullayevin atası Əsgər Abdullayevi qətlə yetirib. Məhkəmənin hökmü ilə C.Həmidov 18 il azadlıqdan məhrum edilib.

Hadisədən sonra C.Həmidovun ailəsi rayondan Bakıya köçüb və ailələr arasında əlaqə kəsilib. Həmin vaxtdan etibarən ailə arasında qan davası yaranıb.

O.Abdullayev kənddən Biləsuvar rayonuna getmək istəyərkən avtobusda dayısının oğlu Vadər Həmidlini görüb və ondan atasının qisasını almaq istəyib. Həmin vaxt V.Həmidli Bakıdan Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına xəstəliyi ilə əlaqədar arayış almağa gəlirmiş.

Samir Əli

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:130
embedMənbə:https://oxu.az
archiveBu xəbər 04 İyul 2025 18:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABŞ Venesueladan icazəsiz çıxan bütün tankerləri ələ keçirəcək

13 Yanvar 2026 00:04see216

Sınmış ventilyatora görə milyonlar qazandı

11 Yanvar 2026 23:17see202

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see198

İcra başçısının nümayəndəliyi möhürü itirdi

13 Yanvar 2026 02:27see187

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see172

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see169

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see169

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see162

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see154

İran çıxılmaz vəziyyətə düşüb? KONKRET

11 Yanvar 2026 20:10see152

İsraillə Almaniya arasında təhlükəsizlik sahəsində strateji əməkdaşlıq bəyannaməsi imzalandı

12 Yanvar 2026 03:43see146

Qızılın qiyməti BAHALAŞDI

12 Yanvar 2026 09:52see144

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see142

31 manat ödəyib, xidmət almırlar: Xətai rayonunda üç gündür sakinlər KATV dən internet ala bilmirlər

13 Yanvar 2026 11:16see140

ABŞ lı analitikdən diqqətçəkən paylaşım FOTO

11 Yanvar 2026 22:26see137

PUA ların dövriyyəsinə xüsusi icazə və dövlət qeydiyyatı artıq “mygov”da

12 Yanvar 2026 10:10see137

“Araz Naxçıvan”ın rəsmisi: “Hazırda transfer planlarımız yoxdur”

13 Yanvar 2026 14:11see136

Tramp İran nümayəndələri ilə görüşə bilər

12 Yanvar 2026 07:39see135

“Azərbaycan sülhdə möhkəmdir”

12 Yanvar 2026 21:45see134

Səhranın qumlu səthi üzərində gələcəyin enerjisi: Zafranın hekayəsi...

12 Yanvar 2026 20:53see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri