Bina sakinləri blokun girişini kəsən sürücüyə görün necə dərs verdilər FOTO
Icma.az, Avtosfer portalına istinadən məlumat verir.
Paytaxtın Binəqədi rayonu İbrahimpaşa Dadaşov küçəsində dayanma-durma qaydasını pozan sürücü kütləvi narazılığa səbəb olub.
Bu barədə izləyicilərdən biri Avtosfer.az-ın “Whatsapp” ünvanına fotoşəkillər göndərib. Belə ki, 99-LX-907 dövlət nömrə nişanlı “Mercedes” markalı maşının sürücüsü avtomobili 91 nömrəli binanın 1-ci blokunun girişində park edib. Şikayətçinin sözlərinə görə, o, nəqliyyat vasitəsini səhər saatlarından axşama qədər sözügedən yerdə saxlayıb. Nəticədə sürücü, bina sakinləri bloka daxil olmasına çətinlik yaradıb. Qayda pozan sürücü yaxınlıqda olmadığı üçün sakinlər “Xahiş edirik avtomobilinizi yaşayış blokunun qarşısında saxlamayın” yazaraq maşınının şüşəsinə yapışdırıblar.
Qeyd edək ki, qanunvericiliyə görə, avtomobili girişlərin, habelə darvazaların qarşısında park etmək qadağandır.
Nərmin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:68
Bu xəbər 28 Yanvar 2025 14:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















