Icma.az
close
up
RU
“Binokl diplomatiyası” sülh prosesinə mane olur: Aİ “missiyası” Ermənistanda qalsa...

“Binokl diplomatiyası” sülh prosesinə mane olur: Aİ “missiyası” Ermənistanda qalsa...

Icma.az bildirir, Bakivaxti portalına istinadən.

Avropa İttifaqının Azərbaycan sərhədində yerləşdirilmiş “müşahidəçiləri”inin kəşfiyyat fəaliyyətini ifşa edən videofaktlar yayılıb.

Bakıvaxtı.az-ın məlumatına görə, yayılan videolarda Aİ müşahidəçilərinin sərhədin müxtəlif istiqamətlərində kəşfiyyat xarakterli məlumatlar topladığı görünür. "Müşahidə missiyası"nın üzvləri Ermənistan ərazisindən Azərbaycan ərazilərini müahidə edir, foto və videoçəkilişlər həyata keçirir.

Azərbaycan tərəfi Aİ müşahidəçilərinin “mülki missiya” həyata keçirmədiyini, kəşfiyyat fəaliyyəti ilə məşğul olduğunu dəfələrlə bəyan edib.

Məlumat üçün bildirək ki, Avropa İttifaqının müşahidə missiyasının fəaliyyət müddəti gələn ilin fevralında başa çatır. Aİ-nin səfiri Vasilis Maraqos bildirib ki, Ermənistan-Azərbaycan sərhədinin Ermənistan tərəfində müşahidə missiyası həyata keçirən Avropa İttifaqı missiya başa çatdıqdan sonra 200-dən çox müşahidəçinin burada qalıb-qalmayacağına hələlik aydınlıq gətirməyib. Onun sözlərinə görə, hələlik yekun qərar yoxdur. Səfir rəsmi İrəvanın missiya müddətinin uzadılması üçün müraciət edib-etməməsinə də aydınlıq gətirməyib:

“Missiya müddətinin uzadılması ilə bağlı qərar hələ yekunlaşmayıb, lakin biz bu məsələ üzərində işləyirik. Bu, Ermənistan hakimiyyəti ilə müzakirə olunur”.

Siyasi şərhçi Tural İrfan Bakıvaxtı.az-a deyib ki, Avropa İttifaqının sərhədimizə yerləşdirilmiş "müşahidəçiləri", əslində isə Fransanın agentura şəbəkəsi regionu mütləq tərk etməlidir.

Ekspert vurğulayıb ki, müddətin uzadılması Ermənistan tərəfindən ona görə müsbət qarşılanmır ki, Azərbaycanın bu məsələdə ciddi narazılığı var:

"Aİ missiyası sülh prosesinə mənfi təsir göstərir. Təbii ki, Aİ müddəti uzatmaqda maraqlı ola bilər, amma bu baş verərsə, artıq ifşa edilmiş "müşahidəçilər" barədə daha sərt bəyanatlar və təsir vasitələri işə düşə bilər. Bu da Aİ-nın regionda sülhə mane olması anlamına gəlir”.

Tural İrfan: Regiona aid olmayan ölkə və təşkilatların bölgəyə müdaxiləsi qəbuledilməzdir

Müsahibimizin sözlərinə görə, dəfələrlə sübut olunub ki, "müşahidə missiyası" Aİ-yə daxil olan və olmayan ölkələrin xüsusi xidmət orqanlarının işçiləridir. Əsasən də Fransa Türkiyə və Azərbaycan əleyhinə iş aparmaq üçün bu prosesə köklənib:

“Ancaq Ermənistan hökuməti də görür ki, havadarları ancaq öz prinsip və maraqlarını düşünürlər. Çalışırlar ki, Ermənistanın qonşuları - Azərbaycan və Türkiyə ilə münasibətləri gərgin vəziyyətdə qalsın”.

“Əgər İrəvan iddia etdiyi kimi real sülhdə maraqlıdırsa,"müşahidə missiyası”nı ölkədən çıxartsın. Regiona aid olmayan ölkə və təşkilatların bölgəyə müdaxiləsi qəbuledilməzdir", - detə Tural İrfan əlavə edib.

Aydən Baxış

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:126
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 27 Noyabr 2024 14:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see263

İran rejimi legitimliyini itirir ŞƏRH

19 Yanvar 2026 19:40see230

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see210

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see205

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see197

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see189

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see182

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

19 Yanvar 2026 10:19see174

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

19 Yanvar 2026 20:18see171

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see162

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see159

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see147

Saça yapışan saqqızdan qurtulmağın yolları

19 Yanvar 2026 22:13see142

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see142

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see134

Suriya regional güc balansını Türkiyənin xeyrinə dəyişir

19 Yanvar 2026 22:17see134

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see132

Yeniləmədən sonra “Windows 11”iniz sönmür? Problemi belə həll edin

20 Yanvar 2026 04:30see129

ÇL: “Real” “Monako”ya, “İnter” “Arsenal”a qarşı

20 Yanvar 2026 08:04see127

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri