Icma.az
close
up
RU
Bir addım irəli, iki addım geri... İş günləri ilə bağlı son anda verilən qərar ölkə iqtisadiyyatı üçün zərərlidir

Bir addım irəli, iki addım geri... İş günləri ilə bağlı son anda verilən qərar ölkə iqtisadiyyatı üçün zərərlidir

Icma.az, Bizimyol saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

İş və istirahət günlərinin yerləri dəyişdirilib. Bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb. Qərarla iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 27 iyun iş günü ilə 21 iyun istirahət gününün yerləri dəyişdirilib. Bununla da ardıcıl dörd gün - iyunun 26-sı, 27-si, 28- və 29-u qeyri-iş günləri olacaq. Qeyd edək ki, Qurban bayramı ilə əlaqədar da 4 gün ardıcıl - 6,7,8 və 9 iyun tarixləri qeyri-iş günü hesab olunur.İş günlərinin yerinin dəyişdirilməsi iqtisadiyyat və yaxud vətəndaşlar üçün zərərlidirmi?

İqtisadçı Əkrəm Həsənov Bizimyol.info xəbər portalına açıqamasında bildirib ki, bu mövzuya dəfələrlə toxunub: “Qanunvericilik buna yol verir. Günlərin yerini dəyişmək Nazirlər Kabinetinin səlahiyyətidir. Faktiki iyunun 21-ni iş günü etdilər. Digər günləri dəyişdilər ki, insanlar 4 gün ardıcıl istirahət etsinlər. Bunun özündə iqtisadiyyat üçün problem yoxdur. Bəlkə doğrudan da bu yanaşma sərfəlidir ki, həm insanlar ardıcıl yaxşı istirahət etsin, həm də iş həftəsi birdən-birə bölünməsin. Yəni tam da bir gün işdə, sonra bir gün evdəsən, sonra yenə iş. Bu da iş ahəngini pozur”.

Əkrəm Həsənov

Əkrəm Həsənovun fikrincə, burada başqa bir problem də var.

“Hər ilin sonunda Nazirlər Kabineti növbəti il üçün bunu edir. Bayram günlərini müəyyənləşdirir. Normalda 2025-ci il üçün 2024-cü ilin dekbar ayında bu müəyyən edilməlidir. Çünki insanlar bunu öncədən bunu bilib, öz zamanını planlaşdırır. Məsələn; kimsə əvvəlcədən bilsəydi ki, 4 gün istirahət olacaq, bəlkə harasa gedəcəkdi, öncədən bilet alacaqdı.

Daha çox problem elə iş üçündür. Kimsə işlərini planlaşdırmış ola bilər, kimsə biznesini, görüşlərini planlaşdırmış ola bilər. Və birdən-birə Nazirlər Kabineti bir neçə gün qalmış deyir ki, “Yox, həmin günü iş günü deyil”. Bu, nə dərəcədə doğrudur? Yəni bu da əslində ondan xəbər verir ki, Azərbaycanda normal işgüzar şərait yoxdur”-deyə Əkrəm Həsənov vurğulayıb.

Əkrəm Həsənov qeyd edib ki, dünyanın inkişaf etmiş ölkələri Birləşmiş Ştatlarda, Avropada, Yaponiyada belə bir vəziyyət mümkün deyil və insanlar hökumətə irad bildirir, etiraz edirlər.

“Deyirlər ki, “biz iş adamlarıyıq, biz işimizi öncədən planlaşdırmışıq”. İş adamları işini bir neçə ay öncədən planlaşdırır, bizdə bu yoxdur. Bu da ondan xəbər verir ki, hətta dövlət orqanlarının özündə də bu yoxdur. Bunlar normal işləmirlər, normal işləyənlər öz işini əvvəlcədən planlaşdırır. Mən hər həftə vəkil kimi bir neçə dəfə məhkəmələrdəyəm. Məhkəmələr aylar əvvəl məhkəmənin iclasını təyin edir. Mən əminəm ki, həmin günlərə də kimsə gün təyin edib. İndi nə etmək lazımdır? İndi gərək təzədən bunu dəyişsinlər. Niyə? Bu baxımdan iş günləri ilə bağlı son anda verilən qərar iqtisadiyyatımız üçün zərərlidir”-deyə Əkrəm Həsənov vurğulayıb.

İradə Cəlil, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:103
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 07 İyun 2025 12:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see241

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

20 Yanvar 2026 11:56see228

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see216

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see210

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see201

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see197

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see182

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see174

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

20 Yanvar 2026 11:57see165

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see162

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see158

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see157

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see153

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see150

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see145

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see144

ÇL: “Real” “Monako”ya, “İnter” “Arsenal”a qarşı

20 Yanvar 2026 08:04see141

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see139

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see136

Azərbaycan nefti ucuzlaşıb

20 Yanvar 2026 09:48see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri