Icma.az
close
up
RU
Bir ayın kirayəsi bir günə Bağ evləri “od tutub yanır”

Bir ayın kirayəsi bir günə Bağ evləri “od tutub yanır”

Tribuna saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Mövsümə görə Bakı və rayonlarda hovuzlu villaların qiyməti “alışıb-yanır” – dövlət müdaxilə edə bilərmi?
Yay gəlişi ilə Bakı və ətraf kəndlərdə, rayonlarda bağ evlərinin qiymətləri yenə “alışıb-yanır”. Şəhərdən uzaqlaşıb sakitlik tapmaq istəyənlər hər il olduğu kimi bu yay da kirayə bağ evlərinə üz tuturlar. Amma qiymətlərə baxanda çoxlarının nəfəsi kəsilir: bir günlük kirayə bəzən şəhərdə bir ayın kirayəsinə bərabər olur.

Artıq paytaxt sakinləri ailəvi istirahət üçün Bakının Bilgəh, Şüvəlan, Mərdəkan, Buzovna kimi kəndlərində, eləcə də Quba, Qəbələ, Şəki və Lənkəran kimi rayonlarda qiymətlərlə maraqlanırlar. Əlverişli yer, təmiz hava və dənizə yaxınlıq istəyənlərin sayı artdıqca bağ evlərinin qiymətləri də “uçur”.

Araşdırmamız göstərir ki, bu mövsüm bağ evlərinin qiymətləri ötən illə müqayisədə yenə artıb. Bakı kəndlərində adi hovuzlu bağ evlərinin bir günlük kirayəsi hazırda 250-300 manat civarındadır. Villa tipli, daha böyük və zəngin imkanlı evlərdə isə qiymətlər 350-400 manatdan başlayır. Bu isə deməkdir ki, şəhərdə orta kirayə mənzil üçün ödədiyiniz pulu, bağ evində cəmi bir günə xərcləməlisiniz.

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc deyir ki, bağ evlərinin kirayəsi mövsümi xarakter daşıyır və bu səbəbdən qiymətləri ciddi şəkildə artan tələb müəyyən edir: “Hər yay əvvəlki ilə nisbətən qiymətlərdə 10-15 faiz artım müşahidə olunur. Çünki əhalinin bir qismi yay aylarını bağ evlərində keçirmək istəyir və bu da tələbatı artırır”. Onun sözlərinə görə, pandemiyadan əvvəl bağ evlərinin bir aylıq kirayəsi orta hesabla 1500-2000 manat idisə, sonrakı illərdə bu rəqəm 20-25 faiz yüksəlib.

Onun sözlərinə görə, kirayə təklif edilən daşınmaz əmlakın qiymətini inzibati yolla tənzimləmək  mümkün deyil: “Hər hansısa alət yoxdur ki, dövlət və ya hansısa qurum bunu tənzimləsin.  Bu yalnız bazar münasibətləri nəticəsində, tələb və təklif arasındakı asılılığa uyğun olaraq  qiymətlər tənzimlənir. Təklif qiymətlərinin yüksək olması onu göstərir ki, təklifə qarşı tələbat mövzudur. İnsanlarımız bir günə 250-300 manat ödəyib istirahət etməyi üstün hesab edirlər.  Bu onunla əlaqəlidir ki, hazırda quru sərhədlər bağlıdır və vətəndaşlar ölkə xaricində deyil, ölkə daxilində istirahət etməli olurlar. Əvvəllər insanlar daha çox Türkiyə və Gürcüstana gedirdilər. İndi isə əhalinin müəyyən qismi təyyarə ilə səyahət edir. Digər qismi isə ölkədə eyni istirahət şəraitini yaratmağa üstünlük verirlər. Bu da daşınmaz əmlakın ölkədə qiymətini yüksəldir”.

Əmlak məsələləri üzrə ekspert Elnur Azadov isə bildirir ki, hər il may və iyun ayının əvvəli iş adamları əmlaklarını bazara çıxarır və qiymətlərlə bağlı ilkin fikirləri öyrənirlər: “Qiymətləri müraciətlərin sayına uyğun olaraq tənzimləyirlər. Yəni qiymət tələbata uyğunlaşdırılır. Sahibkar artıq bilir ki, evini neçəyə kirayə verə bilər. Əmlak vətəndaşın şəxsi mülkiyyətidir, onun özü tərəfindən tənzimlənir. Qanunvericilikdə heç bir təsir mexanizmi ola bilməz.

Elə insanlar var ki, fantastik üslubda bağ evi tikdirirlər. Onlar bir neçə il qaldıqdan sonra yorulurlar və məcburən həmin evləri baha qiymətə kirayə verirlər. Elə şəxslər də var ki, məhz kirayə vermək məqsədi ilə bağ evi tikir. Çox da bahalı bağ evlərinə tələbat yüksək deyil. Günü 100-150 manata olan evlərə istər regionlarda, istərsə də Bakı və Abşeronda daha çox tələbat var”.

Azadov bildirir ki, Mərdəkan, Şüvəlan, Bilgəh və Naradaran kimi yerlərə tələbat həmişə yüksək olur. Onun sözlərinə görə, dənizə yaxınlıq, infrastrukturun yaxşılığı, hovuzun olması artıq üstünlük deməkdir.

İqtisadçılar deyirlər ki, qiymətlərin yüksək olması həm də təklifin məhdudluğu ilə bağlıdır. Çünki yaxşı vəziyyətdə olan bağ evlərinin sayı çox deyil və onların da sahibləri fürsətdən istifadə edib daha yüksək qiymət tələb edirlər.

Elə müştərilər də var ki, bir neçə ailə birləşib evi kirayələyirlər və xərcləri bölürlər. Qubada, Qəbələdə və digər bölgələrdə sadə bağ evləri üçün 80-150 manat, hovuzlu və orta səviyyəli evlər üçün isə 150-250 manat, lüks evlər üçün isə 300-400 manat tələb olunur. O deməkdir ki, şəhərdə bir ay üçün ödədiyiniz pulu bağ evində cəmi bir günə xərcləyə bilərsiniz.

“Yeni Müsavat”

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:327
embedMənbə:https://tribunainfo.az
archiveBu xəbər 05 İyul 2025 10:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see368

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see270

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see255

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see244

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see240

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see237

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see233

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see230

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see226

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see219

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see208

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see198

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see195

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see193

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see193

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see193

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see192

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see180

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see180

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri