Icma.az
close
up
RU
Bir çox media resurslarının səhifələri “tərcümə materialları” ilə doludur

Bir çox media resurslarının səhifələri “tərcümə materialları” ilə doludur

Sherg.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Ən pisi odur ki, bu tərcümlər adətən, texniki vasitələrlə həyata keçirilir

Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov bildirib ki, xəbər lentini jurnalist əməyinin minimuma endiyi tərcümə xəbərləri üzərində qurmaq peşəkarlıq prinsipləri ilə uzlaşmır. Əhməd İsmayılovun sözlərinə görə, Medianın İnkişafı Agentliyi tərəfindən həyata keçirilən onlayn media subyektlərinə dəstək layihələri üzrə müsabiqənin qaydalarına dəyişiklik edilərək maliyyələşəcək veb-saytların təqdim etdikləri unikal məzmunun yalnız 25 faizinin tərcümə materialı ola biləcəyi ilə bağlı tələb irəli sürülüb: "Düşünürük ki, bu addım medianın özünəməxsus məzmun istehsalında növbəti dönüş nöqtəsi olacaq".


Gündəmə gətirilən məsələni "Sherg.az"a dəyərləndirən Mətbuat Şurası İdarə Heyətinin üzvü, media eksperti Müşfiq Ələsgərli deyib ki, jurnalistika nəzəriyyələrinə görə, medianın əsas missiyası cəmiyyətin marağında olan informasiyaları tapıb ona çatdırmaqdan ibarətdir. Ekspert vurğulayıb ki, məlumatlandırma və maarifləndirmə medianın 3 mühüm funksiyasından biridir

"Əsas şərtlərdən biri də cəmiyyətə çatdırılan informasiyanın obyektiv və qərəzsiz olmasıdır. Jurnalist öz missiyasını həyata keçirərkən, müxtəlif mənbələrdən, üsul və vasitələrdən, texnoloji imkanlardan yararlana bilər. Bu kontekstdə yanaşsaq, jurnalistin, media subyektinin hər hansı bir xəbəri, yaxud  maarifləndirici material hazırlayarkən, istinad mənbəyi kimi xaricidilli informasiya resurslarından da yararlanması mümkündür. Amma bunun üçün müəyyən şərtlər mövcuddur. İlk növbədə müəllif hüquqlarına hörmətlə yanaşmalı, istinad etdiyi mənbəni təqdim etməlidir. Həmçinin, istənilən resursa istinadən götürülən fakt jurnalistin öz araşdırmasından keçməli, doğru-düzgün olduğu yoxlanılmalı, zənginləşdirilməli, sonra cəmiyyətə çatdırılmalıdır". 


M.Ələsgərli əlavə edib ki, “Media haqqında” qanun bu məsələni çox gözəl tənzimləyir:

"Təqribi təsvir belədir ki, başqasının xəbərinə istinadən hazırlanan xəbər, sənin hazırladığın xəbərin 30 faizinə qədərini təşkil edə bilər. Yəni jurnalist istənilən halda xəbəri hazırlayarkən, oraya öz əməyini qatmalı, dəqiqləşdirib, dolğunlaşdırıb yaymalıdır. Çox təəssüf ki, biz bəzən bunun əksini müşahidə edirik. Bir çox media resurslarının səhifələri “tərcümə materialları” ilə doludur. Ən pisi odur ki, bu tərcümlər adətən, texniki vasitələrlə həyata keçirilir, üslub, forma, terminoloji baxımdan qüsurlu olur. Bu, başqa məsələdir ki, həmin “tərcümə materiallarının” ictimai ehtiyaclıq ölçüsü nə qədərdir".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:130
embedMənbə:https://sherg.az
archiveBu xəbər 28 May 2025 10:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see251

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see199

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see184

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see178

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see175

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see170

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see165

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see162

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see155

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see151

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see151

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see146

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see146

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see144

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see143

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see143

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see141

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see140

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see138

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri