Icma.az
close
up
RU
Menu

ABB də pulu qalan müştərinin üsyanı

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

Məhəmməd Bədəlbəyliyə töhmət verildi

Adəm İsmayıl Bakuvi Prezidentə məktub yazıb

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

Yenidən məhkəmədə üz üzə gələcəklər

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

Bir Gəray vardı bu dünyada

Bir Gəray vardı bu dünyada

Turkstan.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.


Aynur Turan
“Göy Qurşağı” jurnalının redaktoru

İnsana dili anası öyrədir. Uşaq insana çevrilir. İnsan ömrünün ayrılmaz yol yoldaşı, yaddaş kitabı isə söz olur. İnsan böyük söz təşnəsi olur. Söz arayır, söz axtarır ki, onun ardınca getsin. Dünyanı dərk etsin, özünü tapsın, həyatın min bir sualına cavab versin. Bu böyük axtarışda hər bir azərbaycanlının qarşısına bayatı çıxır, atalar sözləri, nağıllar, qoşma və gəraylılar boylanır. Dədə Qorqud və Füzuli, Vaqif və M. F. Axundov, Mirzə Cəlil və Sabir... bu sözün əbədi yolu kimi onu dünyaya yönəldir. Bu adamların taleyi Azərbaycan dilinin taleyidir. Ömrü yaratdığı şeir, həyatı danışdığı dil qədər olan xoşbəxt sənətkarlardan biri də Gəray Fəzlidir... Gəray Fəzlinin ömrü elə poeziyasının ömrü qədərdir. Əbədiyaşar şair ədəbiyyata özünəməxsusluğu ilə iz qoymuş, öz dəstxətti ilə poeziyamıza öz naxışını vurmuşdur...

Hər bir sahədə olduğu kimi, ədəbiyyat da özünəməxsusluğu sevir. Əgər sənin düşüncə və ifadə tərzin yenidirsə, qələmə aldığın mövzu kimsənin yazdığına bənzəmirsə, sən şeir, hekayələrində öz fikirlərini təbii və ürəyəyatımlı bir dildə təqdim etməyi bacarmısansa, yazdıqların oxucu tərəfindən seviləcək...

Şair, nasir, publisist, radio-tele jurnalist G.Fəzli dünyaya payızda göz açsa da, ad gününü baharda qeyd edərdi. Səbəbi aydın idi. Şair 1941-1945-ci illərin bəşər tarixinin ən dəhşətli müharibəsinin iştirakçısı olmuş və bu savaşda dəfələrlə yaralansa da, salamat qalmışdı. Elə bu münasibətlə də qohum-əqrabası, yaxınları, qələm dostları hər il mayın 9-da onun yanında olur, dünyaya yenidən gəlməsini bayram edirdilər.

G.Fəzli 1925-ci il noyabrın 14-də Qax rayonunun İlisu kəndində anadan olmuşdur və İlisu kəndində boya-başa çatmışdır. II Dünya Savaşında dəfələrlə ağır yaralansa da, sağ qala bilmişdi. Müharibənin sonuna yaxın sağ qolundan və boğazından ağır yaralanır və bununla məktəb illərində məlahətli səsi ilə ürəkləri fəth edən gəncin təkcə bədəni yox, səsi də gülləbaran edilir.

Müharibədən sonra Azərbaycan Pedaqoji İnstitutuna daxil olur. Soyadı Alimov olan kənd müəllimi, atası Fəzli kişinin adını özünə təxəllüs götürür. 1956-cı ildə Azərbaycan Dövlət Nəşriyyatı cəbhəçi-şairin “Mənim səsim” şeirlər kitabını çap etdi. Çox keçməyir ki, sözügedən kitabdakı “Mənim səsim” şeiri şairin ömür payının ən ağrılı məqamları haqqında ballada kimi dillərə düşür. Sonralar Xalq şairi N.Həsənzadə G.Fəzli haqqında “İtirilmiş səs” adlı poema da yazır...

Onu 1950-ci illərin sonunda Azərbaycan Radio və Televiziya Komitəsinə işə dəvət edirlər. O, burada 40 ilə yaxın, yəni ömrünün sonuna kimi müxtəlif vəzifələrdə işləyir.

G.Fəzli Azərbaycanın dilbər guşələrindən olan Qax rayonunda boya-başa çatmışdı. Orta məktəbin sonuncu sinfində oxuyarkən dava başlayanda onun 17 yaşının tamamına bir neçə ay qalırdı. Gəncliyin romantik dünyası onu həddən artıq duyğulandırdığından müqəddəs yalan deməyə qərar vermişdi. O, rayonun hərbi komissarına yazdığı ərizədə yaşını bir il çoxaltmış və könüllü olaraq əsgərliyə getmək istədiyini bildirmişdi. Beləliklə, hələ gözaltı elədiyi laləyanaqlı bir qıza “sevirəm” kəlməsini deməyə macal tapmamış Gəray anası Nazlı xanımın xeyir-duası ilə birbaşa cəbhəyə gedir. O, hərbi sirlərə də, snayperlik bacarığına da düşmənlə üz-üzə, səngərlərdə yiyələnir. Dəfələrlə düşmən gülləsinə tuş gəlir. Müalicə üçün arxa cəbhəyə göndərilir. Yaraları sağalmamış yenidən döyüş meydanına qayıdır. Nəhayət, müharibənin sonuna yaxın sağ qolundan və boğazından ağır yaralanır. Beləliklə, məktəb illərində məlahətli səsi ilə ürəkləri fəth edən gəncin təkcə bədəni yox, səsi də gülləbaran edilir.

Gərayın bədənində salamat yer qalmadığından müharibə sona yetməmiş yarımcan halda ordudan buraxılır. O, anasının vəfat etdiyini, bacısının yadların himayəsində olduğunu görəndə düşmən qəlpələrinin sızıltılarını unudur və sanki cəbhədən cəbhəyə düşür. Bu “cəbhədən” də qalib çıxmaq üçün özünü səfərbər edir. Yaralı əsgər toparlanmağa özündə güc tapdı. Həyatda yeganə doğması olan bacısını özgə himayəsindən “azad” etdi. Orta təhsilini başa vuraraq Azərbaycan Pedaqoji İnstitutuna (indiki N.Tusi adına Universitet) daxil oldu. Oranı bitirib Qax rayonuna təyinat aldı. Rayonun Güllük orta məktəbində əvvəlcə dil-ədəbiyyat müəllimi işlədi. Bir qədər sonra həmin təhsil ocağına direktor təyin edildi. Soyadı Alimov olan kənd müəllimi atası Fəzli kişinin adını özünə təxəllüs götürdü. Elə həmin illərdə respublika mətbuatında dərc olunan Fəzli imzalı şeirləri oxucular tərəfindən rəğbətlə qarşılandı, ədəbi ictimaiyyətin diqqətini çəkdi.

Gərayın boğazını güllə dəlib keçəndə ona elə gəldi ki, düşmən bədənini yox, nəğmələrini hədəfə alıb. Hələ uşaqlıqdan onun ən böyük arzusu müğənni olmaq idi. Lakin cəbhəçi-şairin müharibədən sonra yaşadığı illər göstərdi ki, insanın səsi, bədəni yaralansa da, onun könül nəğmələri bu və ya başqa şəkildə üzə çıxmalıdır. Bəli, G.Fəzli zəngin iç dünyasından gələn şeirlərini, əsərlərini kürsülərdən ürəyi istədiyi kimi oxuya bilməsə də, onun sözlərinə yazılmış mahnıları R.Muradova, Ş.Ələkbərova, Z.Xanlarova,Y.Rzazadə kimi korifeylər, H.Hadıyev, T.Vəlizadə və başqa tanınmış sənətkarlar oxudular. Gəray hələ kənd həyatı yaşadığı illərdə nəğməkar şair kimi tanındı. Xalq artisti Z.Xanlarovanın ifasında səslənən bu misralar indi də sevən gənclərin qəlbini titrədir:

Baxıram arxanca hey gizli-gizli

Sən qəlbi kövrəksən, mən qəlbi sözlü

Sən ismi-pünhansan, mən Gəray Fəzli

Mən səni sevmişəm səndən xəbərsiz

Yaxından xəbərsiz, gendən xəbərsiz.

Həmin illərdə G.Fəzli nasir kimi də özünü sınadı. “İldırımlı dağlar” adlı kəskin süjetli romanı onun bu sahədə ilk uğuru oldu. Bundan sonra taleyin hökmü ilə Gərayın şəhər həyatı başladı. Onu ötən əsrin 50-ci illərinin sonunda Azərbaycan Radio və Televiziya Komitəsinə işə dəvət etdilər. O, burada nə az, nə çox 40 ilə yaxın, yəni ömrünün sonuna kimi müxtəlif vəzifələrdə işlədi. Bacarıqlı redaktor kimi tanındı. Sözügedən komitədə işlədiyi illər ərzində neçə-neçə telejurnalistin himayədarı oldu, onların püxtələşməsi üçün əlindən gələni əsirgəmədi. Bunun nəticəsi olaraq komitədə Gəraya artıq ustad deyə müraciət edirdilər.

G.Fəzli Radio və Televiziya Verilişləri Komitəsində gərgin iş qrafiki ilə yüklənməsinə, hər gün iki-üç verilişin efirə, yaxud teleekrana çıxmasına imza atmasına baxmayaraq, yeni-yeni bədii əsərlər ortaya qoymağa da vaxt tapırdı. “Mənim səsim” kitabından sonra “Yeni ünvan” və “Səadətin ünvanı” şeirlər toplularını çap etdirdi, “İldırımlı dağlar” romanından sonra 4 nəsr əsərinin müəllifi oldu, “portret cizgiləri” seriyasından sənədli povestlər, oçerklər yazdı. Deyilənlərlə yanaşı, cəbhəçi-yazıçı cəmiyyətdə gündəlik baş verən proseslərə biganə qala bilmirdi, günün ən aktual problemlərinə dair dövri mətbuatda publisist məqalələri ilə çıxış edirdi.

Şairi yaxından tanıyanlar yaxşı bilirlər ki, o, təmənnasız bir ömür yaşamışdır. Onun yeganə güvənc yeri şikəst barmaqlarını döyənək edən qələmi idi. O, gözütox adam idi. Həyatında baş verən irili-xırdalı problemləri təmkinlə həll etməyə çalışırdı.

G.Fəzli imzası orta və yaşlı nəslin yaxşı yadındadır. Böyük Vətən Müharibəsindən salamat çıxmış ziyalılar arasında onun da adı xüsusi çəkilir – nasir şair, publisist, televiziya və radio jurnalisti kimi. Gəray müəllim sağlam əqidəli, səmimi, qayğıkeş, prinsipial, mərd bir insan, vətəndaş idi. 70 illik ömründə Gəray müəllim çox məshuldar yaradıcılıq yolu keçmiş, şərəfli bir həyat sürmüşdür. 1952-ci ildən Azərbaycan Yazıçılar İttifaqının üzvü olan Onun əsərləri ədəbi ictimaiyyətin, məşhur söz adamlarının diqqətini çəkir, layiqli qiymətini alırdı. S.Vurğun, M.İbrahimov, R.Rza, S.Rüstəm, M.Rahim, B.Vahabzadə onun əsərləri haqqında ölkə mətbuatında müsbət rəylərini bildirmişdilər. G.Fəzlinin şair və yazıçı dostları arasında Qabilin, Ə.Kürçaylının, N.Həsənzadənin, N.Gəncəlinin, A.Zeynallının adlarını çəkmək istərdim.

Azərbaycan Televiziyası və Radiosunun fondunda qorunub saxlanan verilişlərdə tez-tez G.Fəzli poeziyasına müraciət olunur, onun sözlərinə yazılmış mahnılar səslənir...

(ardı var)

Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği

QEYD: Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunur

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:205
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 29 Aprel 2025 10:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see1452

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see722

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

07 Oktyabr 2026 18:19see510

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

07 Oktyabr 2026 18:12see496

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

07 Oktyabr 2026 18:17see485

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

07 Oktyabr 2026 18:13see458

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

07 Oktyabr 2026 18:21see421

Məhəmməd Bədəlbəyliyə töhmət verildi

06 Oktyabr 2026 16:23see413

Adəm İsmayıl Bakuvi Prezidentə məktub yazıb

06 Oktyabr 2026 19:04see357

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

07 Oktyabr 2026 15:59see335

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

07 Oktyabr 2026 13:22see314

Yenidən məhkəmədə üz üzə gələcəklər

07 Oktyabr 2026 18:13see307

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

07 Oktyabr 2026 18:17see306

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

07 Oktyabr 2026 18:20see297

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

07 Oktyabr 2026 16:36see295

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

07 Oktyabr 2026 18:17see282

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

07 Oktyabr 2026 18:13see282

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

07 Oktyabr 2026 14:39see282

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

07 Oktyabr 2026 14:27see280

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

07 Oktyabr 2026 16:34see268
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri