Icma.az
close
up
RU
Menu

Bu qurum vətəndaşa qanunsuz borc yazdı ŞİKAYƏT

BBC: Britaniya hərbi məqsədlərlə digər ölkələrin peyklərinin fəaliyyətinə mane olur

Türkiyədə autizm diaqnozu qoyuldu, müayinələr fərqli həqiqəti üzə çıxardı VİDEO

Gürcüstan XİN rəhbəri: Bakı və İrəvanın sülh prosesində irəliləyişləri bütövlükdə region üçün önəmlidir

Moldova NATO ya üzvlüklə bağlı qərarını AÇIQLADI

Prezident İlham Əliyev bu qanunu GERİ QAYTARDI

Bu sülh prosesi Cənubi Qafqaz üçün vacibdir Boçorişvili

London konsertinə hazırlıq başladı

Albaniyanın Qəzza ilə bağlı qərarı: Qanun layihəsi təsdiqləndi

Macarıstan parlamenti baş nazirin toxunulmazlığını ləğv etməyi planlaşdırır

Əraqçi Uitkofla görüş qərarını özbaşına verib, icazə almayıb?

Lənkəran Dövlət Dram Teatrı “Arşın mal alan” operettasını təqdim edib

BBC: “Trampın Arkası” silahlandırılacaq!

Bakıda ev almaq üçün 18 illik maaşınızı xərcləməməlisiniz

ABA kart sayına tətbiq olunan limitləri izah etdi

Payızda bağda görülən 6 iş

”Polisə Dəstək” İctimai Birliyi Sumqayıt Dövlət Universitetində maarifləndirici tədbir keçirib FOTO

Tanınmış kardioloqdan haqqında yayılan ittihamlara Açıqlama

Birliyin Gücü 2026 : Şərti terrorçuların ələ keçirdiyi gəminin azad edilməsi tapşırığı icra olunub

Sədr: Qarabağ və Şərqi Zəngəzurda qiymətli və əlvan metal yataqları Dövlət Proqramının əsas prioritetlərindəndir

Bir həyat hekayəti Əli­səf­dər Hüseynov yazır

Bir həyat hekayəti Əli­səf­dər Hüseynov yazır

525.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Əlisəfdər HÜSEYNOV

(Əvvəli 2 sentyabr 2025-ci il tarixli sayımızda)       

- Bəs indi neyləyək?

Əri yazıq-yazıq çiynini çəkdi.

Həyətin aşağı tərəfindən qəfil isaq- muşaq quşunun səsi eşidildi. Sonra hardansa xəfif meh gəldi. Eyvana yaxın ağacların yarpaqları xışıldadı.

Gün tamamlanırdı.

Durub uşaqların yerini salmalı, arvada da baş çəkməli idi. Bayaqdan səsi gəlmirdi.

Sabah təzə gün başlayacaqdı...

Görəsən, Bikə niyə gəlmədi?

- Papa, papa! Mama mənə o dediyim bantlı ayaqqabını alacaq! O qırmızı ayaqqabını! Bax, burasında remen var, burasında bant...

Əri təəccüblə gah gözləri sevincdən alışıb yanan qızına, gah da key-key durmuş arvadına baxdı.

- Papa... papa...

Uşaq bu dəfə sözünün ardını gətirə bilmədi. Çünki anasının hədəqəsindən çıxmış gözləri elə ağarırdı ki, o gözlər uşağın yuxusuna girsəydi, yəqin ki, qışqırıb yerindən dik atılardı.

Qorxudan qızın rəngi ağardı, ürkək nəzərlərlə anasına baxdı.

Əri arvadının xasiyyətinə bələd idi, bilirdi ki, yalandan söz verib uşaq aldatmağı xoşlamır və qızı o qırmızı ayaqqabı haqqında belə ürəklə danışırsa, deməli, o ayaqqabı doğrudan da alınacaq.

- Nədi? Yoxsa xəzinə tapmısınız?

- Tapsaydıq nə vardı ki? Tapmamışıq, ilan kimi oturmuşuq üstündə, keşiyini çəkirik. İş ki belə gedir, heç keşiyini də çəkə bilməyəcəyik. Bilmirəm, Allahın yanında nə günahımız var?

Söhbətin gəlib bu yerə çatmağı ərini haldan çıxartdı:

- Sən də bu şər vaxtı qanımızı it qanına döndərmə!

- Oy, vay! - yan otaqdan qalxan səs şər vaxtının darıxdırıcı ovqatını lap dözülməz elədi.

- Allah haqqı, sabah xəbər göndərəcəm qardaşınla bacına. Qoy o dalısallağı da yanlarına salıb gətirsinlər. Gəlib bu xarabanı uçursunlar. İstəmirəm heç nə! Bura yığılmışam day...

Neçə vaxtdan bəri gəlinin içini yeyib dağdan, hirs-hikkə axır ki, vulkan kimi püskürdü. Ləmbələm olmuş səbr kasası daşdı. Və sonra... şər vaxtının şər ovqatından xəbər verən acı bir hönkürtü həyətə yayıldı:

- Özümü öldürəcəm!.. Vallah, öldürəcəm!.. Belə də ömür olar?..

lll

Qəfil yaz yağışından sonra göy üzə açılır, təbiət yüngülləşir. Çoxdan bəri sinəsinə çökmüş nisgilin daş ağırlığı o hönkürtü ilə sovuşub gedəndən heç beş dəqiqə keçməmişdi ki, gəlinin öz ağırlığını yerə qoymuş ürəyindən özünü öldürmək yox, tamam başqa fikirlər keçirdi.

İçindəki asudəliyin, yüngüllüyün ləzzətini duya-duya qayınanasına bir fincan çay süzdü, yerini rahatladı, dibində azacıq su qalmış vedrəni iri ləyənlə bir yerdə eyvanın kəllə tərəfinə qoydu ki, böyük oğlu və əri dəstəmaz alıb namaz qılsınlar. Sonra eyvanda divarın dibindən uşaqlara yer saldı...

...İsaq-Musaq quşları yenidən bir-birlərini haraylayırdılar. Cırcıramaların ara verməyən cırıltısı qarşıdan gələn günün isti keçəcəyindən xəbər verirdi. Yatdıqları otaqda hava boğanaq idi. Gəlin hərdən ağ, nimdaş mələfənin ucunu qaldırıb üz-gözünü yelləyir, həm vızıltısı zəhlə tökən mığmığaları qovur, həm də özünü sərinlədirdi.

- Niyə yatmırsan? - havanın ağırlığından nəfəsi tıncıxan əri soruşdu.

- Əlini bura qoy...

- Hara?..

- Budey bura - ərinin əlindən tutub, sinəsindən döşlərinin arasına soxdu.

- Neynirsən, az? - əri əvvəlcə heç nə başa düşmədi Amma barmaqları girdə, soyuq metalın təmasını hiss edəndə diksindi.

- Bu nədir belə, hə?

Gəlin əhvalatı danışdı. Dedi, Allah bizi darda qoymadı. Bunu göndərdi ki, möhübümüzü düzəldək.

Əri - Allaha inanmayan cəhənnəmlik - dedi. Sonra onluğu iki barmağının arasında tutub, pəncərədən düşən zəif işıqda diqqətlə nəzərdən keçirdi.

- Bəlkə yiyəsi bildi, gəldi dalınca?

- Yiyəsi gəlsəydi, indiyəcən gələrdi. Qismətdir gəlib çıxıb qabağımıza. Qismətimizə təpik atmayacağıq ki...

- İndi neyiniyək deyirsən?

Ortaq qaranlıq idi, amma gəlin hiss edirdi ki, əri həyəcandan təntiyib.

- Sabah götür, apar şəhərə. Bunların da alıcıları olur. Sat, döndər pula. Deyilən qədər olmasa, paltonun da pulunu qoyarıq üstünə. Gələk, imkanı əldən verməyək.

Əri onluğu qaytardı. Zahirən özünü tox tuturdu, guya arvadının dediklərinə əhəmiyyət vermirdi. Əslində isə belə deyildi. Bu tapıntıya o, bəlkə də hamıdan çox sevinirdi.

- Qızı da apararsan, özünlə. Söz vermişəm. Dediyi ayaqqabıdan birini alarsan. Qoy sevinsin.

lll

Atası ilə ayaqqabı almağa gedəcəyini eşidəndə sevincdən az qaldı qızı ağlamaq tutsun. Çit donunun tayı ütülənənə qədər qızcığaz nə çəkdi, bir Allah bilir. Bu gün onun indiyə qədər yaşadığı ömrün ən sevincli, ən fərəhli günü idi. Bu gün o, nəhayət ki, öz qırmızı arzusuna qovuşacaq, tez-tez yuxusuna girən o bantlı ayaqqabını əlinə götürəcək, ayağına geyinəcəkdi. Yola düşənə qədər azı on dəfə həyətə düşüb, eyvana çıxdı. Gah anasının ətəyini dartışdırdı, gah atasının gözü qabağında o tərəfə-bu tərəfə keçdi ki, tez eləsinlər. Nəhayət, doqqazdan çıxdılar və bu vaxt çevrilib qardaşlarına yanıq vermək üçün dilini çıxarmağı da unutmadı

Gəlin çox istəyirdi ki, onluq elə bu gün satılsın. Təkcə ona görə yox ki, oğlunun işi üçün təcili lazım idi, həm də ona görə ki, o onluq - nə qədər gərəkli olsa da - gəlinin sinəsindən qara bir daş kimi asılmışdı. O bu ağırlıqdan mümkün qədər tez xilas olmaq istəyirdi.

lll

Günortaya qədər qayıtdılar. Ərinin üzündə ağrılı bir ifadə vardı. Adam adətən öz sadəlövhlüyü üzündən aldanıb pərt vəziyyətə düşəndə belə olur: gülmək istəyir, pərtliyinin ağrı-acısını o gülüşlə maskalamağa çalışır, amma alınmır, gülə-gülə az qalır ki, ağlasın.

İndi əri də belə vəziyyətdə idi. Üzündə təbəssüm vardı, şən görünürdü, amma...

- Nə olub? - Gəlin həyəcanlanmışdı. Səsi yenə də öz səsinə oxşamırdı.

- Əşi, biabır oldum camaatın yanında!

- Nə olub axı?

- Nə olacaq?! Elə birinci zərgər əlinə alan kimi, az qaldı gülməkdən ürəyi getsin. Demə, əldəqayırma, saxtaymış bu zəhrimar - dedi - Ay bədbəxtlər, gedin bunu sizə sırıyani tapın, pulunuzu geri alın  Yazıqsınız.

Güp-güp-güp-güp... - gəlinin ürəyi beyninin içində döyünürdü.

- Uşağın qəlbini qırmadım... Uşağın qəlbini qırsaydım, bunu heç vaxt özümə bağışlamazdım. Paltonun puluna o qırmızı ayaqqabıya verdim...

Gəlin elə bil yatmışdı, indi ayıldı. Yan-yörəsinə göz gəzdirdi, qızını axtardı. Uşaq artıq eyvanda idi. Qutudan çıxardığı ayaqqabılarını əlində tutub baxırdı:

- Mama... mama... aldı ee papa... axır ki, aldı!..

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:244
embedMənbə:https://525.az
archiveBu xəbər 09 Sentyabr 2025 17:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu qurum vətəndaşa qanunsuz borc yazdı ŞİKAYƏT

24 Sentyabr 2026 09:41see338

BBC: Britaniya hərbi məqsədlərlə digər ölkələrin peyklərinin fəaliyyətinə mane olur

24 Sentyabr 2026 03:56see224

Türkiyədə autizm diaqnozu qoyuldu, müayinələr fərqli həqiqəti üzə çıxardı VİDEO

24 Sentyabr 2026 07:01see224

Gürcüstan XİN rəhbəri: Bakı və İrəvanın sülh prosesində irəliləyişləri bütövlükdə region üçün önəmlidir

24 Sentyabr 2026 21:20see213

Moldova NATO ya üzvlüklə bağlı qərarını AÇIQLADI

24 Sentyabr 2026 21:46see210

Prezident İlham Əliyev bu qanunu GERİ QAYTARDI

24 Sentyabr 2026 18:12see208

Bu sülh prosesi Cənubi Qafqaz üçün vacibdir Boçorişvili

24 Sentyabr 2026 21:21see204

London konsertinə hazırlıq başladı

24 Sentyabr 2026 14:36see195

Albaniyanın Qəzza ilə bağlı qərarı: Qanun layihəsi təsdiqləndi

24 Sentyabr 2026 21:46see194

Macarıstan parlamenti baş nazirin toxunulmazlığını ləğv etməyi planlaşdırır

24 Sentyabr 2026 21:38see190

Əraqçi Uitkofla görüş qərarını özbaşına verib, icazə almayıb?

24 Sentyabr 2026 21:35see190

Lənkəran Dövlət Dram Teatrı “Arşın mal alan” operettasını təqdim edib

25 Sentyabr 2026 18:44see187

BBC: “Trampın Arkası” silahlandırılacaq!

24 Sentyabr 2026 20:07see172

Bakıda ev almaq üçün 18 illik maaşınızı xərcləməməlisiniz

24 Sentyabr 2026 20:01see169

ABA kart sayına tətbiq olunan limitləri izah etdi

24 Sentyabr 2026 20:33see168

Payızda bağda görülən 6 iş

24 Sentyabr 2026 21:37see164

”Polisə Dəstək” İctimai Birliyi Sumqayıt Dövlət Universitetində maarifləndirici tədbir keçirib FOTO

24 Sentyabr 2026 21:40see162

Tanınmış kardioloqdan haqqında yayılan ittihamlara Açıqlama

24 Sentyabr 2026 17:04see160

Birliyin Gücü 2026 : Şərti terrorçuların ələ keçirdiyi gəminin azad edilməsi tapşırığı icra olunub

24 Sentyabr 2026 20:14see159

Sədr: Qarabağ və Şərqi Zəngəzurda qiymətli və əlvan metal yataqları Dövlət Proqramının əsas prioritetlərindəndir

24 Sentyabr 2026 16:40see159
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri