Icma.az
close
up
RU
Menu

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

Məhəmməd Bədəlbəyliyə töhmət verildi

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

Adəm İsmayıl Bakuvi Prezidentə məktub yazıb

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

Yenidən məhkəmədə üz üzə gələcəklər

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

“Comelson Business Expo 2026”: biznesin rəqəmsal transformasiyası

Yükdaşımada yeni dövr: Ələt hava limanı Azərbaycan iqtisadiyyatına nə verəcək?

Bir ildə 1700ə yaxın medal!

Bir ildə 1700ə yaxın medal!

Icma.az, Yeniazerbaycan portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

İlham Əliyev: Gələn il və ondan sonrakı illərdə idmanın inkişafı üçün nə lazımdırsa, o da ediləcək

Müasir dövlət kimi inkişaf edən Azərbaycanda idman dövlət siyasətinin mühüm bir istiqaməti kimi müəyyənləşdirilib. Bu qayğının nöbəti təzahürü olaraq dekabrın 24-də Prezident İlham Əliyevin iştirakı ilə 2024-cü ilin idman yekunlarına həsr olunan mərasim keçirilib. Dövlətimizin başçısı mərasimdəki çıxışında məmnunluq hissi ilə vurğulayıb ki, 2024-cü il də Azərbaycan idmanı üçün uğurlu olmuşdur.

Azərbaycan özünü idman ölkəsi kimi təsdiqləyir

Dünyaya nümunəvi inkişaf modeli təqdim edən Azərbaycan son illərdə özünü həm də idman ölkəsi kimi təsdiqləyir. Getdikcə daha çox sayda idmançımız nüfuzlu beynəlxalq yarışlara, olimpiadalara lisenziyalar qazanırlar. Onlar həm ölkəmizdə yüksək populyarlığa malik sahələrdə, həm də ənənəvi olmayan idman növləri üzrə yüksək nəticələr əldə edirlər. Bu baxımdan artıq başa çatmaqda olan 2024-cü il də istisnalıq təşkil etməyib. Prezident İlham Əliyevin vurğuladığı kimi,  Azərbaycan idmançıları beynəlxalq yarışlarda ölkəmizi ləyaqətlə təmsil etmişlər. İl ərzində Azərbaycan bayrağı ilə yarışlara qatıla idmançılarımızın 1700-ə yaxın medal qazanmaları böyük uğurdur. “Bu, onu göstərir ki, idmanımız inkişaf edir, yeni nəsil idmançılar yetişir və beləliklə, Azərbaycan idman dövləti kimi öz gücünü müxtəlif beynəlxalq yarışlarda təsdiqləyir”, - deyə dövlətimizin başçısı bildirib.

Əlbəttə ki, ilin ən böyük yarışı cari ilin iyul-avqust aylarında Parisdə baş tutan Yay Olimpiya Oyunları idi. Olimpiya Oyunları dörd ildən bir keçirilən idman bayramıdır və hər bir idmançı, hər bir ölkə bu Oyunlara böyük məsuliyyətlə hazırlaşır. Azərbaycan müstəqil ölkə kimi 1996-cı ildən Olimpiya Oyunlarında iştirak edir. Ölkəmiz sonuncu Olimpiya Oyunlarında 30-cu pillədə qərarlaşmaqla yüksək nəticə qazanıb. Müqayisə üçün bildirək ki, 33-cü Yay Olimpiya Oyunlarına  iki yüzdən çox milli komanda qatılmışdı. Onların arasında 30-cu olmaq çox böyük nailiyyətdir. Müsəlman ölkələri arasında isə Azərbaycan üçüncü yeri tutub. Dünyada 60-a yaxın müsəlman ölkəsinin olduğunu nəzərə aldıqda idmançılarımızın uğurlarının miqyasının  nə qədər böyük olduğu barədə daha aydın təsəvvür formalaşır.

Qeyd edək ki, Azərbaycan “Paris-2024” Yay Olimpiya Oyunlarında 15 idman növü üzrə 48 idmançı ilə təmsil olunub. Bütövlükdə, idmançılarımız Parisdə 2 qızıl, 2 gümüş və 3 bürünc medal qazanıblar. Azərbaycan komandasının heyətində cüdoçular Hidayət Heydərov (73 kiloqram) və Zelim Kotsoyev (100 kiloqram) Olimpiya çempionu olublar, taekvondoçu Qaşım Maqomedov (58 kiloqram) və boksçu Alfonso Dominqes (92 kiloqram) gümüş, yunan-Roma güləşçisi Həsrət Cəfərov (67 kiloqram), sərbəst güləşçilər Maqomedxan Maqomedov (97 kiloqram) və Giorgi Meşvildişvili (125 kiloqram) isə bürünc medala sahib çıxıblar. Bununla da Azərbaycan medal əyarına görə Tokio Olimpiadasındakı nəticəsini yaxşılaşdırıb. Xatırladaq ki, idmançılarımız 2021-ci ildə Yaponiya paytaxtında keçirilmiş yarışda 3 gümüş və 4 bürünc mükafata sahib çıxmış, medal sıralamasında 67-ci olmuşdular. “Təbii ki, bu gözəl nəticədən sonra növbəti yarışlarda da idmançılarımızdan qələbələr, uğurlar gözləyirik. İdmançılarımız Azərbaycan xalqını öz qələbələri ilə daim sevindirirlər. Əlbəttə ki, gələn il və ondan sonrakı illərdə idmanın inkişafı üçün nə lazımdırsa, o da ediləcək. Çünki Azərbaycan dövlətinin siyasəti bu istiqamətdə çox açıqdır, birmənalıdır və uzun illər ərzində aparılır”, - deyə Prezident İlham Əliyev vurğulayıb.

Azərbaycan gənci necə olmalıdır?

Azərbaycanın müsbət reallıqlarından biri də ondan ibarətdir ki, ölkəmizdə idman cəmiyyətimizin ayrılmaz bir hissəsini təşkil edir. Bu da ilk növbədə onunla bağlıdır ki, nüfuzlu beynəlxalq yarışlarda qazanılan qələbələr yalnız idman hadisəsi kimi dəyərləndirilmir, bunlar həm ictimai önəm kəsb edir. Xüsusilə də vətənpərvərlik hisslərinin gənc nəslə aşılanması üçün idman amili çox böyük məna daşıyır. Yüksək idman nailiyyətləri aylarla, illərlə davam edən məşqlərin nəticəsi olaraq əldə edilir. Çəkilən fiziki zəhmət isə gənclərdə xarakter formalaşdırır. Fiziki zəhmət və vətənpərvərlik idmanda əsas amillər qismində çıxış edir. Bir tərəfdən minlərlə tamaşaçı önündə arenalara çıxan idmançılar bayrağımızın ucaldılması, himnimizin səsləndirilməsi naminə mübarizə aparırlar. Vətən sevgisi bu mübarizədə idmançılarımıza əlavə güc verir, onları yenilməz edir. Eyni zamanda, mötəbər turnirlərdə Azərbaycan adına qazanılan qələbələr tamaşaçı qismində çıxış edən yeniyetmələrdə, gənclərdə vətənpərvərlik hisslərini  daha da gücləndirir. Qeyd edək ki, indi idmançılarımız yarışlarda qalib ölkənin təmsilçiləri kimi mübarizə aparırlar. Bu gün Azərbaycan gənclərinin qürür hissi keçirməyə tam mənəvi haqları var. Onlar bu haqqı Vətən müharibəsində, lokal xarakterli antiterror tədbirərində göstərdikləri şücaətlərlə qazanıblar. Prezident İlham Əliyev çıxışında Azərbaycan gənclərinin nümunəvi obrazını göz önündə canlandırıb. Onun ifadə etdiyi aşağıdakı fikirlər həm də gənc nəslə ünvanlanan tövsiyələridir: “Fiziki güc mənəvi saflığa da yol açır və şadam ki, bizim idmançılarımızın mütləq əksəriyyəti idmanda da, məişətdə də, cəmiyyətdə də nümunədirlər, örnəkdirlər. Onların davranışı, cəmiyyətdəki fəaliyyəti məni və əminəm ki, bütün xalqımızı sevindirir. Azərbaycan gənci məhz belə olmalıdır - vətənpərvər, fiziki cəhətdən güclü, mənəvi cəhətdən saf, öz xalqına, dövlətinə bağlı, heç bir kənar təsirə boyun əyməyən və ləyaqətli Azərbaycan gənci. Yenə də deyirəm, əlbəttə ki, 1996-cı ildən bu yana bütün Olimpiya Oyunlarında iştirakımız, o cümlədən bu məqsədi daşıyırdı. Biz özümüzə də, dünyaya da sübut etməli idik və edirdik ki, biz güclü dövlətik. Hər dövlətin gücü isə onun xalqının gücünə söykənir”.

İdmanın inkişafı gələcəkdə də diqqət mərkəzində olacaq

Prezident İlham Əliyev çıxışında “Bizim bundan sonrakı fəaliyyətimiz təbii ki, idmanın inkişafı ilə bağlı olacaq” fikrini xüsusi bir əminliklə ifadə edib. Belə bir  əminlik isə ilk növbədə respublikamızda son illərdə idman sahəsində həyata keçirilən islahatlardan,  güclü və müasir  infrastrukturun yaradılmasından qaynaqlanır.

Bu sahədə konkret inkişaf hədəfləri müəyyənləşdirilib. Hazırda bütün müvafiq strukturlar, federasiyalar, klublar, idman cəmiyyətləri, Olimpiya Komitəsi, nazirlik vahid strategiya əsasında fəaliyyət göstərirlər. Azərbaycanın böyük uğurla ev sahibliyi etdiyi Birinci Avropa Oyunlarına və IV İslam Həmrəyliyi Oyunlarına hazırlıq çərçivəsində son dərəcə müasir idman qurğuları, o cümlədən də Olimpiya Stadionu inşa olunub. Hazırda bölgələrimizdə 44 Olimpiya İdman Kompleksi fəaliyyət göstərir. Bu idman obyektlərində həm idmançıların məşqlər etmələri, həm də mötəbər yarışların təşkili üçün hər cür şərait var. Yeri gəlmişkən, qeyd edək ki, gələn il Azərbaycan növbəti böyük idman yarışına ev sahibliyi edəcək. Bu, Üçüncü MDB Oyunlarıdır. Yarışların keçirilməsi üçün respublikamızın 14 şəhəri seçilib.

Ölkə ərazisində müasir idman infrastrukturunun yaradılması gələcəkdə də davam etdiriləcək. Hazırda belə obyektlər, həmçinin işğaldan azad edilən ərazilərimizdə yaradılır.

Mübariz ABDULLAYEV

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:197
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 27 Dekabr 2024 07:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

07 Oktyabr 2026 18:19see543

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

07 Oktyabr 2026 18:12see532

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

07 Oktyabr 2026 18:17see528

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

07 Oktyabr 2026 18:13see473

Məhəmməd Bədəlbəyliyə töhmət verildi

06 Oktyabr 2026 16:23see447

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

07 Oktyabr 2026 18:21see431

Adəm İsmayıl Bakuvi Prezidentə məktub yazıb

06 Oktyabr 2026 19:04see367

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

07 Oktyabr 2026 15:59see352

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

07 Oktyabr 2026 13:22see340

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

07 Oktyabr 2026 18:17see324

Yenidən məhkəmədə üz üzə gələcəklər

07 Oktyabr 2026 18:13see319

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

07 Oktyabr 2026 18:20see311

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

07 Oktyabr 2026 16:36see306

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

07 Oktyabr 2026 14:39see294

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

07 Oktyabr 2026 18:13see293

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

07 Oktyabr 2026 18:17see292

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

07 Oktyabr 2026 14:27see292

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

07 Oktyabr 2026 16:34see292

“Comelson Business Expo 2026”: biznesin rəqəmsal transformasiyası

07 Oktyabr 2026 17:49see278

Yükdaşımada yeni dövr: Ələt hava limanı Azərbaycan iqtisadiyyatına nə verəcək?

07 Oktyabr 2026 16:40see276
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri