Icma.az
close
up
RU
Menu

Lerikdə iki nəfər arasında pul davası cinayətlə nəticələndi TƏFƏRRÜAT

“Dövlət qurumlarında AI əsaslı səsli agentlərin tətbiqi doğru yanaşmadır” REAKSİYA

Qabon hökuməti Obameyanqa və milliyə qarşı sanksiyaları ləğv etdi

Ermənistan İrana düşmən qüvvələrin fəaliyyət mərkəzinə çevrilib İran səfiri

Azərbaycanda doğumlar kəskin azaldı rəqəmlər nə deyir?

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

Kadırov səhhəti ilə bağlı yayılan şayiələrə belə cavab verdi

Rostova dron hücumu edilib: Çoxmərtəbəli binalar və sənaye müəssisəsi yanğına məruz qalıb.

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

Xankəndi təcrübəli futbolçusu ilə yollarını ayırıb

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

İranda vəziyyət kritik həddə çatdı: İslam respublikası ölür

Bu BÜRCLƏR onları əbədi dəyişdirəcək sevgi ilə qarşılaşacaqlar

İspaniyada həkimlər etiraz aksiyasına başlayıb, Həmkarlar dəstək verdi Görəsən AHİK belə hallarda hansı addımı atar?

Mirzoyan və Rubio Tramp marşrutu ilə bağlı birgə bəyanatı təsdiqləyiblər

Borussiya dan qələbə, Ayntraxt uduzdu

İsrail bu aviabazadan personalı təxliyə edir

Üç ölkə Qəzzanın idarə olunması üzrə Fələstin Komitəsinin yaradılmasını ALQIŞLADI

Hərbi bazalar boşaldılır, uçuşlar dayandırılır İrana görə

Bir ölkəyə aşiq oldum Aynur Ədil yazır

Bir ölkəyə aşiq oldum Aynur Ədil yazır

525.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Aynur Ədil

Elə yer var ki, orada heç olmasan da, sanki daha öncə orada yaşamısan kimi hiss edirsən özünü. Sən o yerlərdə gəzəndə sanki ruhun sevincdən rəqs edir, beynində ən hüzurlu musiqilər bir-birini əvəzləyir. Özünü o qədər xoşbəxt sayırsan ki, bütün ömrünü orada başa vurmaq belə keçir içindən. Bəzən sənə elə gəlir ki, bir səs səni geri qayıtmağa icazə vermir. Artıq yolun yarısına çatıb öz vətəninə qayıdanda içindən bir parçanı geridə qoyub qayıtmış kimi hiss edirsən. Bir darıxmaq hakim olur sənin bədənində – həmçinin qəribə hisslərin içində boğulursan. Görəsən, kim, nə, hansı duyğular, yaşanan və yaşanmamış, nələrin izi sənin bütün ruhunu silkələyir?! Hətta bir müddət təsir altından çıxa bilmirsən deyə, yaşadığın şəhərdə oranı sənə xatırladacaq yerlərə gedir, harada olursan ol, oradan bir izi öz içində daşıyırsan.  

Hətta eşitdiyim bir fərziyyəyə görə, hansısa ölkəyə çox bağlı olmağın təsadüfi deyil – bəlkə də orada səni gözləyən bir tale var. Əgər orada məni bir tale gözləyirsə, mən dünyanın ən xoşbəxti olaram. Mənim üçün həmin o içimdə yaşayan ölkə unikal yurd Gürcüstandır. Bu ölkənin adını eşidəndə özümdən bixtiyar ürək ritmim dəyişir, ruhum sakitləşir, üzümdə adını qoya bilmədiyim qəribə təbəssüm yaranır. Oranın hər qarışı öz spesifikliyi ilə fərqlənir və məni özünə o qədər bağlayır ki, oradan ayrılmaqda çox çətinlik çəkirəm. Hətta o torpaqlarda gəzərkən gürcü xalqının mehribanlığından, səmimiyyətindən, multikulturallığından danışsam, gərək susmayım... İnsanlardan özümə qarşı gördüyüm isti münasibət, xoş rəftar onlara olan sevgimi birə-beş artırır. Tanımadığım insanlarla söhbət zamanı azərbaycanlı olduğumu dedikdə, onların baxışlarında qəribə bir doğmalıq yaranır – sanki illərin ayrılığından sonra qovuşmuş kimi aramızda duyğusal harmoniya daha da dərinləşir. Və ən nəhayət, o ölkədə aydın şəkildə sezdiyim diqqətə və hörmətə layiq saydığım bir şeyi qeyd etmək istədim – kilsələri, müqəddəs ocaqları hər zaman insanlarla dolub-daşırdı. Təhsillərini başa vurub məzun olanlar, ailə həyatı quranlardan tutmuş, Gürcüstanı turist kimi ziyarət edən bütün insanlar kilsəyə – səmanın yer üzündəki ilahi ünvanına üz tuturdular. Mən də həmçinin bu müqəddəs məkana daxil olduqda ruhum sükuta qərq oldu və ilahi bir rahatlıqla qucaqlaşdı, qəlbimdə hüzur və xoşbəxtlik çiçəkləndi. Özümü sanki göyün yeddinci qatında, təbiətin qoynunda, əbədi bir sakitlik və azadlıq içərisində hiss etdim. Mənə elə gəlirdi ki, orada olduğum hər saniyə Tanrı ürəyimdən keçən bütün arzu və diləklərimi daha yaxından hiss edir. Həmin müqəddəs evdə dinlədiyim dini ayinlərin musiqisi ana laylasıtək doğma və əziz gəlir, özümdən bixtiyar gözlərimdən səbəbsiz yaş axır, ürək ritmim fərqli şəkildə atırdı. Kilsənin hər küncündə tarix və inancın dərinliyi hiss olunurdu. Artıq o an çatmışdı – kilsəni tərk etməli idim. Kilsənin valehediciliyi məni özünə elə əsir almışdı ki, addımlarımı çox məyus halda oradan çölə atırdım. Və oradan uzaqlaşdığım andan etibarən sanki ruhumun yarısını kilsədə qoyub getmiş kimi özümü yarımçıq hiss etdim. Lakin bu məyusluqla gəzərkən Tiflisin sehrli küçələri məni yenidən ovsunladı, Kür sahilinin nəmli havası isə sərxoş etdi.

Ümumiyyətlə, aşiq olduğum Tiflis haqqında danışmaq lazımdırsa, bunları mütləq vurğulamalıyam – Tiflis çox qədim şəhərdir, burada V əsrdən bəri insanlar yaşayır. Bura çox imperiyaların kəsişdiyi bir mərkəz olub, buna görə də mədəniyyətləri qarışıq bir şəhər yaranıb. Tiflisə daxil olub könhə evləri görərkən sənə elə gəlir ki, hər künc bir hekayə danışır. Və məlumdur ki, bu sehrli şəhər əsrlərin sirlərini özündə daşıyır və hər qarışında geniş maraqlı tarix yatır. Burada insanların qonaqpərvərliyi, kiçik dar küçələrin və böyük prospektlərin harmoniyası, şəhərin keçmiş və indinin qarışığı obrazını daşımağı, məni özünə daha çox bağlayırdı. Tiflis tarix, mədəniyyət və həyat dolu bir şəhərdir. Orada olduğum anlar yaşadığım hər bir hadisə ömürlük qəlbimdə ən müqəddəs xatirələr olaraq yaşayacaq. Küçələrində şahid olduğum ən maraqlı hadisələr günün hər saatı şəhərin susqun yox, canlı olması idi. Canlı musiqilər səslənir, insanlar xoşbəxtlik və gülərüzlə rəqs edir, küçələrdə şərabın qoxusu insanı məst edirdi. Kür sahili boyunca gəzərkən mənə elə gəlirdi ki, sanki yüz ilin ən böyük şahidliyini məhz bu çay etmiş, öz gözəlliyi ilə insanları ətrafında sıx birləşdirmişdir. Ən böyük şahidliyini isə şübhəsiz ki, Kür çayının sakit suları XX əsrdə “Əli və Nino”nun dərin və sarsılmaz sevgisini izləyərkən etmişdir...

Mtatsminda dağından funikulyorla qalxarkən dağları, çayı, dar küçələri izlədim və Qafqazın tarix boyu niyə işğal hədəfi olduğunu bir daha dərk etdim... Dağa qalxdıqdan sonra isə gördüklərimi cümlələrə tam sığdırmaq qeyri-mümkündür. Gəzdiyimiz parkdakı sıx ağaclar, havanın təmizliyi eyni zamanda oralarda bişirilən Gürcüstanın milli yeməkləri: xinkali, xaçapurilərin əvəzolunmaz qoxusu, insanı sadecə valeh edirdi (çoxlu sayda insanlar qaynayıb-qarışırdılar – həm yerli sakinlər, həm də əcnəbilər). Mtatsminda parkı özündə kafeləri, gəzinti yollarını birləşdirir və orada Tiflisin mənzərələrini izləmək üçün baxış nöqtələri var idi. Və yüksəklikdən Tiflisin ürəkaçan mənzərəsini heyranlıqla izləyərkən əlində fotoaparat olan bir cənab təsadüfən şəklimi çəkmiş, şəkli isə mənə hədiyyə etmişdir. Bu hadisə də yadımda qalan maraqlı anlardan biri idi. Bir daha belə kiçik görünən, amma böyük məna daşıyan bu jestlər, Qafqaz xalqlarının bir-birilə səmimi münasibətinin olduğunu, gürcü xalqının qonaqpərvərliyinin sübutu idi.

Bir səhər də yuxudan oyanıb oteldə tanış olduğum çinli bir qadın ilə söhbətimi yekunlaşdırdıqdan sonra adəti üzrə gəzməyə çıxırdım. Yeri gəlmişkən, həmin çinli turist ilə maraqlı dialoqum olmuşdu. Həmin qadının Gürcüstan, Azərbaycan kimi səfərləri onun səyahət həyatındakı yeni erası imiş. Ona bu ölkələri gəzməklə nə qədər doğru qərar aldını söylədim. Mən onunla sağollaşdıqdan dərhal sonra oteli tərk etdim və təxmini səhər saatları idi. Küçədə gəzərkən əlində isti çörək ilə böyük ehtimal, evinə doğru gedən gənc və gülərüz gürcü qızı, əlindəki çörəkdən bir parça mənə uzadaraq əli ilə çörəyin bişirldiyi yeri tövsiyə etdi. Mən də həmçinin ona gülümsədim, diqqəti və qayğısına görə təşəkkür edib, yola davam etdim. Səhər açılıb yeni günə başlayandan gürcü xalqı tərəfindən xoş rəftarların şahidi olmaq, bütün günümün müsbət keçməsinə səbəb olurdu. Orada gəzdiyim günlər o qədər yaxşı hadisələrə şahidlik edir, insanlardan doğmalıq görürdüm ki, nəinki darıxmaq, yorulmaq hissim belə yaranmırdı. Sanki küçələrdəki itlər belə, əhliləşmişcəsinə insanlarla oynayır, yolda gəzən və ya restoranların terrasında əyləşən heç kəsə narahatlıq vermirdilər. Restoran demişkən, bunları da mütləq qeyd etməliyəm – Gürcüstanda kafe, restoranlarda əyləşərkən kiçikdən böyüyə gürcü xalqı o qədər isti, doğma münasibət göstərir, müsbət aura yaradır ki, insan özünü ən az evindəki kimi rahat edirdi. Təsadüfi yaradılan dialoqlardan dərin və mənalı söhbətlər yaranırdı. Hər zaman azərbaycanlı olduğumu vurğuladıqda isə iki səbəbdən məndə qürur hissi baş qaldırırdı – birincisi və ən başlıcası, azərbaycanlı olmağım, ikincisi isə gürcülərin bizə canayaxın münasibəti. Və onda anlamışdım ki, vətən təkcə mənsub olduğun yer yox, qürbəti hiss etmədiyin başqa diyar da ola bilər. Məhz Gürcüstan mənim üçün ikinci vətəndir, evdir...

Tiflisdə məni cəlb edən məkanlardan biri də qədim üslubda olan Meidan bazar idi. Həmin bazar da sanki özündə keçmişi və bugünü birləşdirir, Tiflisin ruhunu daha aydın göstərirdi. Bazarın içərisinə daxil olduqda qədim əşyalar, gürcü xalqının kiçik milli musiqi alətləri, əl işləri, suvenirlərlə bərabər, evdə hazırlanmış şərablar və digər qida məhsullarına rast gəlmək olur. Bir sözlə, Meidan bazar Tiflisin canlı muzeyidir və ayrılmaqda çətinlik çəkdiyim obyekt idi.

Tiflisdə hava qaralanda gün sanki bitmək yerinə yenidən başlayır. Şəhərin mərkəzində canlı musiqilər, çalıb-oynamaq, insanların tükənməz enerjisi, küçələrdə yolların kənarında yanan işıqlar göz oxşayır. İyun ayının yağışı orada mənə sevdiyim payız fəslini xatırladırdı və elə bil yer üzünə göydən nur saçılırdı. Yağış da ən çox o şəhərə yaraşırdı. Şəhərin mərkəzində faytonlarla birgə dəbdəbəli maşınlar bir daha Tiflisin keçmişlə bugün arasında bağ yaradan ünvan olduğunu göstərirdi. Yaşından, gördüyü işdən asılı olmayaraq, ölkə əhalisinin hər birinin simasında həyat eşqini, xoşbəxtliyi və eyni zamanda üz-üzə gələndə səmimi təbəssümü aydın sezmək olurdu. Bir sözlə, Gürcüstan, xüsusilə də, Tiflis şəhəri hər bir qarışı ilə məni özünə bağlamağı bacarmışdı. Bir ölkəyə aşiq olduğumu hiss etmişdim.

Gürcü musiqisindən isə danışmağa başlasam, gərək susmayım... Onların musiqi mədəniyyətinin mənim üçün əvəzolunmaz rolu var. “Musiqinin dili olmur” – cümləsinin təsdiqini məhz gürcü mahnılarına qulaq asarkən yaşayıram. Gürcü musiqisi ruhuma elə hopur ki, yaradıcılıq hissim daha da oyanır, keçmişim, bugünüm, hətta var olmayan gələcəyimlə belə üzləşir, qəribə duyğular içərisində itib batıram. Və Gürcüstanda olarkən dörd tərəfimdə içimdə sevgi daşıdığım həmin mahnıları eşidib, dinləmək məni nağıllar aləmində hiss etdirirdi. Bir gün həmişə olduğu kimi, gürcü mahnılarını axtaran zaman “Bravo Metexi” adlı gürcü musiqi qrupuna rast gəldim. İlk dinlədiyim mahnılarının adı isə belə idi – “Saqartvelos iavnana”. Mahnının musiqisi, qrup üzvlərinin valehedici səsləri, ruhumu sanki yerindən qoparmışdı. Mahnı və həmin musiqili qrupu tanıdıqdan sonra dayanmadan eyni mahnıya qulaq asırdım. Daha sonra Gürcüstanla bağlı məqaləmi qələmə alarkən “Bravo Metexi” qrupunun “Saqartvelos iavnana” mahnısı mənə xüsusi ilham verirdi. Bu mahnıya isə digərlərinə nisbətən daha çox bağlı olmağımın səbəbini sonradan öyrəndim. “Saqartvelos iavnana” mahnısı ilk notlardan qəlbimə toxunanda mahnının sözlərinin Gürcüstan ilə bağlı olduğunu hiss etmişdim. Mahnı yalnız melodiyası ilə deyil, sözlərinin daşıdığı dərin məna ilə də Gürcüstan sevgisini, yurd həsrətini və torpaqla insan arasındakı sarsılmaz bağları canlandırır. Bu mahnı həm qürurun səsi, həm də həsrətin nəğməsidir. Bundan əlavə, iftixarla qeyd etmək lazımdır ki, Azərbaycana məxsus “Ayrılıq” mahnısını da Gürcüstanın həmin istedadlı musiqi qrupu “Bravo Metexi” layiqincə həm Azərbaycan, həm də gürcü dillərində ifa etmişlər. Üstəlik, “Ayrılıq” mahnısına məhz “Bravo Metexi” qrupu yeni nəfəs, fərqlilik gətirmiş, mahnını daha çox dinləməyimə səbəb olmuşdular. 

Yekun olaraq deyə bilərəm ki, Gürcüstana, gürcü mədəniyyətinə və xalqına olan sevgimi, duyğularımı ifadə etməyə cümlələr hisslərimin qarşısında aciz qalar. Sonuncu dəfə Gürcüstandan vətənimə qayıdanda artıq təyyarə yerdən göyə qalxan kimi darıxmaq hissi məni bürümüş, bir daha o ölkəyə aşiq olduğumun şahidi olmuş, qucaq dolusu xatirə ilə kədərli halda geriyə baxmışdım. Bu ölkə ilə bağlı isə ən gözəl cümlələrim hələ yazılmamış olanlardır...

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:110
embedMənbə:https://525.az
archiveBu xəbər 01 Dekabr 2025 14:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lerikdə iki nəfər arasında pul davası cinayətlə nəticələndi TƏFƏRRÜAT

14 Yanvar 2026 11:17see271

“Dövlət qurumlarında AI əsaslı səsli agentlərin tətbiqi doğru yanaşmadır” REAKSİYA

14 Yanvar 2026 15:58see250

Qabon hökuməti Obameyanqa və milliyə qarşı sanksiyaları ləğv etdi

14 Yanvar 2026 08:24see247

Ermənistan İrana düşmən qüvvələrin fəaliyyət mərkəzinə çevrilib İran səfiri

14 Yanvar 2026 13:34see244

Azərbaycanda doğumlar kəskin azaldı rəqəmlər nə deyir?

14 Yanvar 2026 18:32see213

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see190

Kadırov səhhəti ilə bağlı yayılan şayiələrə belə cavab verdi

14 Yanvar 2026 19:33see180

Rostova dron hücumu edilib: Çoxmərtəbəli binalar və sənaye müəssisəsi yanğına məruz qalıb.

14 Yanvar 2026 08:10see177

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see173

Xankəndi təcrübəli futbolçusu ilə yollarını ayırıb

14 Yanvar 2026 09:41see164

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

15 Yanvar 2026 00:45see162

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see161

İranda vəziyyət kritik həddə çatdı: İslam respublikası ölür

14 Yanvar 2026 03:34see159

Bu BÜRCLƏR onları əbədi dəyişdirəcək sevgi ilə qarşılaşacaqlar

14 Yanvar 2026 19:11see154

İspaniyada həkimlər etiraz aksiyasına başlayıb, Həmkarlar dəstək verdi Görəsən AHİK belə hallarda hansı addımı atar?

14 Yanvar 2026 16:47see151

Mirzoyan və Rubio Tramp marşrutu ilə bağlı birgə bəyanatı təsdiqləyiblər

13 Yanvar 2026 23:31see149

Borussiya dan qələbə, Ayntraxt uduzdu

14 Yanvar 2026 03:20see140

İsrail bu aviabazadan personalı təxliyə edir

15 Yanvar 2026 04:22see138

Üç ölkə Qəzzanın idarə olunması üzrə Fələstin Komitəsinin yaradılmasını ALQIŞLADI

15 Yanvar 2026 00:28see136

Hərbi bazalar boşaldılır, uçuşlar dayandırılır İrana görə

15 Yanvar 2026 04:37see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri