Icma.az
close
up
RU
Menu

İsrail Rəfaha zərbə endirdi: Əbu Ubeyd öldürüldü

Prokurorluq toyda İlkinin qətli ilə bağlı verilən Cəzaya etiraz etdi

““Azərbaycana olan sevgim doğuşdan gəlir” Bəxtiyar Aslanla Azərbaycan sevgisi və ədəbiyyat haqqında

“Həkim məsləhəti” rubrikamızda

A Seriyası klubu 4 oyuna 1 xal toplayan baş məşqçi ilə yollarını ayırır

Bryus Uillisin ailəsi vidalaşmağa hazırlaşır Beyni alimlərə veriləcək

Hikmət Hacıyev: Azərbaycan və BƏƏ beynəlxalq münasibətlərdə konstruktiv rol oynayır

Beniz in işi ilə bağlı kuryoz məqam: Zərərçəkən də tiktokerin bəraətini istədi FOTO

Teymurləngin Səmərqəndə apardığı azərbaycanlıların aqibəti necə olub? Teymurilərin paytaxtından FOTOREPORTAJ

“Real Madrid” səfərdə “Elçe”ni məğlub edib

FİDE Şahmat Olimpiadasında komandaların xərclərini qarşılayacaq

Daşkənd şəhərində “TASANNO” Beynəlxalq Milli Mətbəx və Mədəniyyət Festivalı keçirilib

ABŞ NATO dan çıxarsa, ən güclü ölkələr hansılar olacaq?

Bakıda “Avtomobilsiz Gün” keçiriləcək Küçə 10 saat bağlanacaq

La Liqa: Barselona 9 qollu matçdan qalib ayrıldı

Alina Boz körpəsinin cinsiyyətini açıqladı: otağını artıq hazırlayırlar

Maks Douman “İpsviç”ə qarşı dubl edərək tarixə düşdü

Robotların robot hazırladığı ilk zavod fəaliyyətə başladı

“Ulduz” metro stansiyasının qarşısındakı yolda asfaltlanma işlərinin ilk mərhələsi yekunlaşıb

ABŞ Fələstin Milli Administrasiyasının üzvlərinə qarşı sanksiyaları genişləndirib

Bir şəhər, bir fakültə: Azərbaycan təhsildə Gürcüstan modelinə keçə bilər?

Bir şəhər, bir fakültə: Azərbaycan təhsildə Gürcüstan modelinə keçə bilər?

Modern.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Son illər ali təhsil sisteminin daha səmərəli təşkili ilə bağlı beynəlxalq aləmdə müxtəlif modellər müzakirə olunur. Dünyanın bir sıra ölkələrində, xüsusilə Gürcüstanda tətbiq edilən və “bir şəhər, bir fakültə” prinsipi kimi tanınan yanaşma da bu kontekstdə diqqət çəkir. Bu model əsasən dövlət universitetlərini əhatə edir və eyni ixtisaslar üzrə tədrisin ayrı-ayrı ali məktəblərdə parçalanmasının qarşısını almağı, resursları daha məqsədyönlü şəkildə cəmləşdirməyi hədəfləyir. Məsələn, texniki ixtisasların bir mərkəzdə, hüquq və ya digər istiqamətlərin isə müəyyən şəhər və ya universitetlərdə toplanması həm elmi potensialın gücləndirilməsi, eləcə də təhsil keyfiyyətinin artırılması baxımından effektiv hesab olunur.

Maraqlıdır, dünya praktikasında mövcud olan bu modelin Azərbaycanda da tətbiqi mümkündürmü?

Mövzu ilə əlaqədar Modern.az-a açıqlamasında Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Elnarə Akimova qeyd edib ki, ali təhsilin strukturlaşdırılması ilə bağlı son onilliklərdə dünyada müşahidə olunan əsas meyllərdən biri resursların səpələnməsinin qarşısını almaq, təkrarlanan proqramları birləşdirmək və akademik gücü mərkəzləşdirməkdir.

“Bu baxımdan bəzi ölkələrdə tətbiq olunan “bir şəhər, bir fakültə” yanaşması klassik inzibati optimallaşdırmadan daha çox, keyfiyyətin institusional konsentrasiyası kimi dəyərləndirilir. Xüsusilə postsovet məkanında təhsil sistemlərinin yenidən qurulması prosesində bu model tədricən diqqət mərkəzinə çıxıb. Bu təcrübənin regional nümunələrindən biri kimi Gürcüstanın son illərdə dövlət universitetləri arasında proqram konsolidasiyası istiqamətində atdığı addımlar göstərilə bilər; eyni ixtisasların paralel və bəzən zəif maddi-texniki baza ilə tədrisi əvəzinə, daha güclü akademik mərkəzlər formalaşdırmaq xətti üstün tutulur”.

Deputat nəzərə çatdırıb ki, dünya təcrübəsi göstərir ki, universitetlərin çoxluğu hər zaman keyfiyyətin göstəricisi deyil:

“Məsələn, Finlandiya ali təhsildə struktur islahatları zamanı bir sıra institutları birləşdirərək daha iri və tədqiqat yönümlü universitetlər yaradıb. Bu model nəticəsində həm elmi nəşrlərin sayı artıb, həm də universitetlərin beynəlxalq reytinqlərdə mövqeyi güclənib. Almaniya isə fərqli yanaşma tətbiq etsə də, eyni məntiqi izləyir: bəzi şəhərlərdə ixtisaslaşmış ali məktəblər müəyyən sahələr üzrə mərkəz rolunu oynayır və resursların bölüşdürülməsi bu ixtisaslaşma üzərindən qurulur. Fransada universitet konsorsiumlarının yaradılması da eyni məqsədə xidmət edir, akademik təkrarlanmanın azaldılması və elmi potensialın vahid məkanda cəmlənməsi”.

E.Akimova eyni zamanda modelin üstünlüklərinin bir neçə əsas istiqamətdə özünü göstərməsinə də diqqət çəkib:

“Birincisi, maddi-texniki baza və professor-müəllim heyətinin səpələnməsinin qarşısı alınır. Eyni sahə üzrə bir neçə zəif fakültə əvəzinə, daha güclü laboratoriyalara, tədqiqat qruplarına və beynəlxalq əməkdaşlıq imkanlarına malik bir mərkəz formalaşır. İkincisi, büdcə xərclərinin effektivliyi artır: paralel strukturların saxlanması üçün ayrılan vəsait inkişaf yönümlü investisiyalara çevrilir. Üçüncüsü, tələbə seçimi və akademik rəqabət güclənir; mərkəzləşmiş fakültə daha yüksək qəbul standartları və daha keyfiyyətli tədris mühiti yarada bilir. Nəhayət, bu model regionlararası balansı da stimullaşdıra bilər, çünki ixtisaslaşmış fakültələr müxtəlif şəhərlərdə yerləşdirilərək regional inkişafı dəstəkləyir”.

Deputat həmçinin vurğulayıb ki, Bununla yanaşı, modelin uğuru inzibati qərarın özündən daha çox onun tətbiq mexanizmindən də asılıdır:

“Tələsik və sosial təsirlər nəzərə alınmadan aparılan birləşmələr kadr axınına, tələbə seçim azadlığının məhdudlaşmasına və regionların təhsil imkanlarında disbalansa səbəb ola bilər. Ona görə də bu yanaşma mərhələli, şəffaf və akademik ictimaiyyətin iştirakı ilə həyata keçirilməlidir. Dünya təcrübəsində uğurlu nümunələr məhz geniş məsləhətləşmələr, performans göstəricilərinə əsaslanan qərarlar və keçid dövrü üçün sosial təminat mexanizmləri ilə müşayiət olunub”.

Elnarə Akimova modelin Azərbaycanda tətbiq edilməsi məsələsinə də aydınlıq gətirib:

“Bu modelin Azərbaycan üçün tətbiq perspektivinə gəldikdə, ölkədə ali təhsil şəbəkəsinin genişlənməsi ilə yanaşı, bəzi ixtisaslar üzrə proqramların təkrarlanması məsələsi vaxtaşırı müzakirə olunur. İqtisadiyyatın şaxələndirilməsi və elmi tədqiqatların nəticəyönümlü olması hədəfləri nəzərə alınsa, ixtisaslaşmış akademik mərkəzlərin formalaşdırılması rasional görünə bilər. Lakin bu proses yalnız struktur dəyişikliyi kimi deyil, keyfiyyət təminatı, akkreditasiya standartlarının sərtləşdirilməsi və universitetlərin tədqiqat missiyasının gücləndirilməsi ilə paralel aparılmalıdır.

Belə bir modelin qanunvericilik müstəvisində müzakirəyə çıxarılması da təbii görünür. Ali təhsilin idarəetmə mexanizmləri və universitetlərin statusu ilə bağlı məsələlər dövlət siyasətinin tərkib hissəsidir və bu kimi islahatların ictimai müzakirəsi legitimliyi gücləndirir. Bu baxımdan Milli Məclis səviyyəsində konseptual müzakirələrin aparılması həm beynəlxalq təcrübənin öyrənilməsi, həm də milli prioritetlərin dəqiqləşdirilməsi baxımından məqsədəuyğun ola bilər. Qlobal meyllər göstərir ki, ali təhsildə optimallaşdırma artıq seçim deyil, rəqabət qabiliyyətinin qorunması üçün zərurətə çevrilir; əsas məsələ bu zərurəti yerli reallıqlarla uzlaşdırmağın optimal yolunu tapmaqdır.”, - deyə o qeyd edib.

Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri Hikmət Əlizadə isə bildirib ki, bu yenilik xüsusən kiçik ölkələrdə həyata keçirilir və kadr hazırlığının keyfiyyətinin artırılması məqsədi daşıyır.

“Bilirsiniz, kadr hazırlığı mürəkkəb prosesdir. Hazırlanan kadrın keyfiyyəti bir çox amillərdən asılıdır. Bu amillər içərisində kadrı hazırlayan pedaqoji personal mühüm rol oynayır. Adətən regionlarda keyfiyyətli müəllim personalının sayı az olur. Keyfiyyətli mütəxəssislər adətən mərkəzi şəhərlərdə fəaliyyət göstərməyə üstünlük verirlər. Bu səbəbdən xüsusən regionlarda kadr hazırlığının keyfiyyəti aşağı olur. Buna görə də regionlarda kadr hazırlığı azaldılır və bu məsələ ilə mərkəzdə fəaliyyət göstərən ali məktəblər məşğul olur. Keyfiyyətin yüksəldilməsi baxımından bir çox ölkələrdə belə bir addım atılır”.

O eyni zamanda “bir şəhər, bir fakültə” modelinin tətbiqinin müsbət və mənfi tərəflərindən də bəhs edib:

“Lakin bu modelin tətbiqinin müsbət tərəfi ilə yanaşı mənfi çalarları da vardır. Hesab edirəm ki, belə bir modelin tətbiqi regionların inkişafına mənfi təsir edə bilər. Fikrimçə, regionlarda ali təhsil müəssisələrinin yaradılması və inkişaf etdirilməsi olduqca vacib məsələdir. Təsadüfi deyil ki, müxtəlif dövrlərdə ali məktəblərin regionlara köçürülməsi məsələsi ilə bağlı mətbuatda müzakirələr gedir. Bu müzakirələrdə ali məktəblərin regionlara köçürülməsi Bakı şəhərində həm əhali sıxlığının azaldılmasının, həm də regionların inkişafının əsas yolu kimi dəyərləndirilir. Təbii ki, belə bir addımın atılması zaman kateqoriyası müstəvisində həll ediləcək.

Gürcüstan kiçik ölkədir. Orada əhalinin sayı təxminən 3,5 milyon nəfərdir. Belə bir modelin tətbiqi orada ola bilər ki, uğurlu nəticə versin. Lakin düşünürəm ki, belə bir modelin ölkəmizdə də tətbiq edilməsi o qədər də fayda verməz. Belə ki, müxtəlif ali məktəblərdə eyni ixtisas üzrə kadr hazırlığı universitetlər arasında rəqabət yaradır. Əvvəllər hansı universitetin daha keyfiyyətli kadr hazırlaması məsələsi aktual deyildi, son illərdə bu məsələ aktuallaşıb və müxtəlif qurumların hesabatlarında öz əksini tapir. Bu məsələyə diqqəti daha da artırmaq faydalı olardı. Belə hesabatların nəticəsidir ki, indi hətta regionlarımızda olan ali məktəblərdə təhsilin keyfiyyətinin artırılması baxımından məqsədəmüvafiq yeniliklər həyata keçirilir”.

H.Əlizadə onu da diqqətə çatdırıb ki, Elm və təhsil nazirliyinin yanında İctima Şura olaraq biz son dövrlərdə müxtəlif təhsil müəssisələrində, o cümlədən regionlarımızda fəaliyyət göstərən ali məktəblərdə olarkən bunun şahidi olmuşuq:

“Lakin, əlbəttə ki, bu günkü inkişaf səviyyəsi bizi qane edə bilməz. Lakin inkişaf tendensiyası bizə yaxın gələcəkdə ail məktəblərində kadr hazırlığını keyfiyyətinin daha da artacağını düşümək üçün əsas verir. Sadəcə olaraq, hesab edirəm ki, rəqabət amilini daha da aktuallaşdırmaq lazımdır. Burada əsas meyar hazırlanan kadrın tələb olunan olmasıdır.

Onu da qeyd etməliyəm ki, bu gün elə ixtisaslar var ki, həmin ixtisaslar üzrə kadr hazırlığı həddən artıq çox ali məktəbdə həyata keçirilir. Məlum olduğu kimi, ölkəmizdə Təhsilin Keyfiyyətinin Təminatı Agentliyi fəaliyyət göstərir. Həmin agentlik bütün ali təhsil müəssisələrində təhsilin keyfiyyətinin və kadr hazırlığının dövlət standartlarına uyğunluq dərəcəsini müəyyən etmək üçün institusional akkreditasiyası ilə yanaşı proqram akkreditasiyası həyata keçirir. Agentlikhər bir proqram üzrə kadr hazırlığının keyfiyyətini müəyyən etmək üçün meyarlar və indikatorlar hazırlanmışdır. Məndə olan məlumata əsasən qeyd etməliyəm ki, agentlik akkreditasayanın keçirilməsinə çox ciddi yanaşır. Hesab edirəm ki, yaxın gələcəkdə hər hansı bir ixtisas üzrə keyfiyyətli kadr hazırlaya bilməyən ali məktəblərdə həmin ixtisaslar üzrə kadr hazırlığına sonqoyula bilər. Bu yolla hər hansı bir ixtisas üzrə kadr hazırlığı daha keyfiyyətli mütəxəssis hazırlayan universitetdə cəmləşə bilər”.

İctimai Şura sədri daha bir məsələyə də diqqət yönəltməyin lazım olduğuna da söyləyib:

“Regionlarda fəaliyyət göstərən ali məktəblərdə pedaqoji personalının keyfiyyətini artırmaq günün əsas tələblərində biri kimi qalır. Bunun üçün müxtəlif modellər tətbiq etmək olar.

Məsələn, ölkənin nüfuzlu ali məktəblərində dərs deyən müəllimlərin ayda bir və ya iki dəfə hər hansı bir region ali məktəblərində həm dərs deməsini, həm də pedaqoji personal üçün ustad dərsləri keçməsi bu baxımdan maraqlı ola bilər. Məqsədli doktorantura yolu ilə region ali məktəbləri üçün mütəxəssis hazırlamaq olar. Təbii ki, başqa modellərdə tətbiq oluna bilər. Hər halda bu gün regionda fəaliyyət göstərən ali məktəblərdə keyfiyyətin daha da artırılması zəruridir”.

H.Əlizadə onu da əlavə edib ki, ölkəmizdə tələbə sayı az olan universitetlər fəaliyyət göstərirlər:

“Hesab edirəm ki, həmin universitetlərin birləşdirilməsi kadr hazırlığının keyfiyyətinin artırılmasına təkan verə bilər. Zaman-zaman bu məsələ ilə bağlı mətbuatda da təkliflər səslənir. Dünya təcrübəsində də tələbə sayı çox olan universitetlər keyfiyyətli fəaliyyəti ilə fərqlənir. Universitetlərin birləşdirilməsi ali məktəblərdə fakültələrin və kafedraların böyüdülməsi, universitetin maliyyə resurslarından daha səmərəli istifadə etməsi, maddi-texniki bazanın və infrastrukturun daha da yaxşılaşdırılması, daha keyfiyyətli pedaqoji personalın seçilməsi, hazırlanan kadrların keyfiyyətinin artması üçün böyük imkanlar aça bilər. Düşünürəm ki, bu məsələ də zaman kontekstində öz həllimi tapa bilər”, - deyə o fikrini tamamlayıb. 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:182
embedMənbə:https://modern.az
archiveBu xəbər 02 Mart 2026 09:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail Rəfaha zərbə endirdi: Əbu Ubeyd öldürüldü

16 Sentyabr 2026 01:44see251

Prokurorluq toyda İlkinin qətli ilə bağlı verilən Cəzaya etiraz etdi

15 Sentyabr 2026 13:01see243

““Azərbaycana olan sevgim doğuşdan gəlir” Bəxtiyar Aslanla Azərbaycan sevgisi və ədəbiyyat haqqında

15 Sentyabr 2026 18:49see236

“Həkim məsləhəti” rubrikamızda

15 Sentyabr 2026 16:05see233

A Seriyası klubu 4 oyuna 1 xal toplayan baş məşqçi ilə yollarını ayırır

16 Sentyabr 2026 00:15see233

Bryus Uillisin ailəsi vidalaşmağa hazırlaşır Beyni alimlərə veriləcək

15 Sentyabr 2026 21:41see225

Hikmət Hacıyev: Azərbaycan və BƏƏ beynəlxalq münasibətlərdə konstruktiv rol oynayır

16 Sentyabr 2026 00:55see218

Beniz in işi ilə bağlı kuryoz məqam: Zərərçəkən də tiktokerin bəraətini istədi FOTO

15 Sentyabr 2026 21:59see218

Teymurləngin Səmərqəndə apardığı azərbaycanlıların aqibəti necə olub? Teymurilərin paytaxtından FOTOREPORTAJ

15 Sentyabr 2026 19:29see213

“Real Madrid” səfərdə “Elçe”ni məğlub edib

16 Sentyabr 2026 02:07see212

FİDE Şahmat Olimpiadasında komandaların xərclərini qarşılayacaq

16 Sentyabr 2026 21:55see210

Daşkənd şəhərində “TASANNO” Beynəlxalq Milli Mətbəx və Mədəniyyət Festivalı keçirilib

15 Sentyabr 2026 21:01see209

ABŞ NATO dan çıxarsa, ən güclü ölkələr hansılar olacaq?

15 Sentyabr 2026 18:10see208

Bakıda “Avtomobilsiz Gün” keçiriləcək Küçə 10 saat bağlanacaq

15 Sentyabr 2026 18:33see202

La Liqa: Barselona 9 qollu matçdan qalib ayrıldı

17 Sentyabr 2026 02:10see192

Alina Boz körpəsinin cinsiyyətini açıqladı: otağını artıq hazırlayırlar

15 Sentyabr 2026 21:30see191

Maks Douman “İpsviç”ə qarşı dubl edərək tarixə düşdü

16 Sentyabr 2026 02:19see186

Robotların robot hazırladığı ilk zavod fəaliyyətə başladı

17 Sentyabr 2026 03:02see181

“Ulduz” metro stansiyasının qarşısındakı yolda asfaltlanma işlərinin ilk mərhələsi yekunlaşıb

16 Sentyabr 2026 23:39see178

ABŞ Fələstin Milli Administrasiyasının üzvlərinə qarşı sanksiyaları genişləndirib

17 Sentyabr 2026 05:29see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri