Icma.az
close
up
RU
Birinci xanım olmaq tarixin və talenin müəyyən etdiyi missiya

Birinci xanım olmaq tarixin və talenin müəyyən etdiyi missiya

Icma.az, 525.az saytına istinadən bildirir.

“Həyatda hər kəsin yerini və taleyini tarix müəyyən edir. Kimsənsə, elə də olmalısan. Özgələrin rollarını və obrazlarını gərək üzərinə götürməyəsən”.

Mehriban Əliyevanın 2004-cü ildə, Azərbaycanın birinci xanımı kimi dediyi bu sözlər ötən müddətdə onun çoxşaxəli fəaliyyətinin ana xəttini təşkil edib.

Birinci xanım olmaq, əslində, tarix və talenin müəyyən etdiyi missiya idi və Mehriban Əliyeva bu yolun lap əvvəlindən özü, sözü, əməli ilə onu layiqincə yerinə yetirir. Onun Prezident İlham Əliyev ilə birlikdə müasir Azərbaycanın qurucusu, Ümummilli lider Heydər Əliyevin tarixi əmanəti olan müstəqil respublikamızın tərəqqisi naminə gördüyü bütün işlərdə, həyata keçirdiyi bütün layihələrdə yeni tariximizin, o cümlədən mədəniyyət salnaməmizin səhifələri yazılır.

“2004-cü ildə Heydər Əliyev Fondu fəaliyyətə başlayanda biz qarşımıza bir məqsəd qoymuşduq – doğma xalqımıza, vətənimizə xidmət etmək. Elə ilk günlərdən biz ölkəmizin ictimai-siyasi həyatının bütün sahələrinə dərindən nüfuz edərək genişmiqyaslı layihələr həyata keçirməyə başladıq. Fəaliyyətimizin çoxşaxəli olmasına baxmayaraq, prioritet istiqamətləri müəyyən etdik və daha çox diqqət tələb edən problemlərin həllində yaxından iştirak etməyə çalışdıq” – on il sonra o, müsahibələrinin birində bildirmişdi.

O vaxt Azərbaycanın ən böyük problemi hamımıza bəlli idi... Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun 2020-ci ilin Vətən müharibəsində qazandığı Zəfər nəticəsində ölkəmiz tarixinin ən böyük sınağından üzüağ çıxdı.

Bu gün azad olunmuş ərazilərdə dövlətimizin başçısının və birinci xanımın yüksək diqqət və qayğısı ilə geniş bərpa və yenidənqurma işləri həyata keçirilir. Böyük Qayıdış sayəsində Qarabağ və Şərqi Zəngəzurda həyat yenidən canlanmağa başlayıb. Azad yurd yerlərinə Azərbaycanın mədəniyyəti də qayıdır. Mədəniyyətimizin gerçək himayədarı kimi Mehriban xanımın təşəbbüs və səyləri ilə həmin ərazilərdə tarixi irsin, abidələrin təmir-bərpası, yenidən qurulması istiqamətində sistemli iş aparılır.

Ulu öndərin dövlətçilik ideyalarının gələcək nəsillərə ötürülməsi, zəngin irsinin təbliğ edilməsi məqsədilə yaradılan Heydər Əliyev Fondu Mehriban xanımın rəhbərliyi ilə ölkəmizin milli-mənəvi və mədəni dəyərlərinin dünyada tanıdılması istiqamətində müstəsna xidmətlər göstərir. Bu sahədə reallaşdırılan layihələr Azərbaycan mədəniyyətinin, tarixinin və dövlətçiliyinin bünövrələrini, xalqımızın özünə və ali dəyərlərə inamını möhkəmləndirir. Mehriban Əliyevanın təşəbbüsü və dəstəyi ilə ölkəmizdə reallaşan beynəlxalq muğam və klassik musiqi festivalları, yüksək sənətə xidmət məramı ilə yanaşı, mədəniyyətlərarası dialoqa da böyük töhfədir.

Azərbaycanın maddi və qeyri-maddi mədəni irs nümunələrinin UNESCO-nun siyahılarına daxil edilərək bəşəri status qazanmasında Mehriban xanımın müstəsna xidmətləri var.

“Tarixi-mədəni irs müntəzəm qayğı tələb edir. Mən dəfələrlə bunu söyləmişəm ki, itmiş hər hansı maddi dəyər əvəzedilməzdir. Ona görə də həm ölkəmizdə, həm də xaricdə mədəni irsin qorunması üçün əlimizdən gələni edirik” – Mehriban Əliyevanın bu fikri ümumilikdə mədəniyyət sahəsində fəaliyyət üçün istinad, yol xəritəsidir.

Heydər Əliyev Fondunun xeyriyyəçilik fəaliyyəti, xüsusilə də 44 günlük Vətən müharibəsində və daha sonra şəhid və qazilərlə, onların ailələri ilə bağlı həyata keçirdiyi layihələr isə onun humanitar missiyasının bariz nümunəsidir.

Avqustun 26-sı Mehriban Əliyevanın doğum günüdür. Bu münasibətlə onu təbrik edir, ən xoş diləklərimizi bildirir, Azərbaycan adına və Azərbaycan naminə bundan sonrakı fəaliyyətində də tarixin və talenin müəyyən etdiyi missiyanı uğurla davam etdirməsini arzulayırıq!

Vüqar Orxan 

medeniyyet.info.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:75
embedMənbə:https://525.az
archiveBu xəbər 26 Avqust 2025 11:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see266

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see237

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see183

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see162

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see156

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see151

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see147

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see145

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see144

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see141

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri