Icma.az
close
up
RU
Biz daha çox iş yerləri yaratmaq barədə düşünməliyik Komitə sədri

Biz daha çox iş yerləri yaratmaq barədə düşünməliyik Komitə sədri

Icma.az bildirir, Unikal.az portalına istinadən.

"Yaş insanın əmək fəaliyyəti üçün əngəl ola bilməz. İnsanın sağlamlığı, biliyi, bacarığı, vərdişləri imkan verdiyi təqdirdə o çalışmalıdır. Yaş məhdudiyyətini ona görə qoymuşuq ki, gənclərə daha çox yol açılsın. Biz daha çox iş yerləri yaratmaq barədə düşünməliyik, nəyin ki, yaşlı insanların məcburi istefaya göndərməklə gəncləri yol açmağı".

"Unikal" xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev bu gün keçirilən komitə iclasında Əmək Məcəlləsində, “Əhalinin sağlamlığının qorunması haqqında”, “Özəl tibb fəaliyyəti haqqında” və “Dərman vasitələri haqqında” qanunların müzakirəsi zamanı deyib.

O bildirib ki, bununal bağlı hesablamalar getməlidir: "Hər il əmək bazarına 120 min gənc gəlir. Bunları biz daha da yaxşı və yüksək maaşlı işlərə yerləşdirməliyik. Bu istiqamətdə daha çox düşünməliyik. Nəyin ki, məhdudiyyətlərə getməliyik ki, kimsə sertifikasiyadan keçməsin və s. Bunlar ciddi məsələlərdir. Parlamentdə bu məsələlərin qalxması sosial sifarişdən doğur. Ölkədə orta ömür artır. İnsanların sağlamlığı imkan verdiyi təqdirdə, onlar çalışmaq istəyirlər. Ona görə aktiv məşğulluq tədbirlərini genişləndirməliyik".

"Bu layihə ortaya çıxana qədər bizə professorlar yazılı və şifahi müraciətlər edirdilər. Deyirdilər ki, elmlər doktoru, professoru niyə 5 ildən bir yenidən imtahan verməlidir. Belə götürəndə imtahan götürənlər titul baxımından onlardan aşağı pillədə dayanan şəxslərdir. Beləliklə, mənəvi-psixoloji çətinliklər də yaranırdı. Bizim məqsədimiz o deyil ki, imtahanda həkimlərə çətinlik yaradan suallar qoyulsun. Əsas humanizm məqsədilə yanaşmaq lazımdır ki, təkcə həkimlər yox, orta tibb işçilərinə də nəzəri yox, praktik suallar vermək lazımdır. Biz anatomiya keçəndə yadımdadır, o qədər ağır suallar salırdılar, sonradan o sualların 80%-i heç bizə lazım olmurdu. Yəni, həm kredit ballarının toplanmasında, həm də sertifikasiyada praktik, həkimə nə lazım olacaqsa, onları suala salmaq lazımdır”, - deyə komitə sədri vurğulayıb.

Anar Kəlbiyev


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:57
embedMənbə:https://unikal.az
archiveBu xəbər 29 Aprel 2025 11:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

24 nömrəli onbirillik musiqi məktəbində Zəfər günü qeyd edilib FOTO

08 Noyabr 2025 09:02see210

Buxarest Rusiya təbliğatının artmasından narahatdır...

08 Noyabr 2025 18:48see202

Mərhum atasından danışan Röya KÖVRƏLDİ EKSKLÜZİV VİDEO

08 Noyabr 2025 23:07see192

“Vilyarreal” səfərdə “Espanyol”a qalib gəlib

09 Noyabr 2025 02:26see173

Almaniyada polis iki ağır insan qaçaqmalçılığı hadisəsinin qarşısını alıb

08 Noyabr 2025 03:36see161

Bu rayona yeni polis rəisi təyin edildi

08 Noyabr 2025 14:02see142

La Liqa: Turun ilk matçında qalib müəyyənləşmədi

08 Noyabr 2025 03:28see139

Liqa 1: Marsel darmadağına sevindi

09 Noyabr 2025 02:22see137

Qarabağ Neftçi ni daha çox yenib Bəs Neftçi köhlənlər ə neçə qol vurub?

08 Noyabr 2025 14:23see137

Türkmənistan Transxəzər Qaz Boru Kəməri Layihəsinin həyata keçirilməsi imkanlarını nəzərdən keçirmək niyyətindədir

08 Noyabr 2025 06:22see136

İsrail daha bir girovun qalıqlarının olduğu tabutu təhvil alıb

08 Noyabr 2025 04:23see134

Elmar Baxşıyev: Bizdə əsas heyət anlayışı yoxdur

08 Noyabr 2025 19:18see133

Tramp: Avropadakı ABŞ qoşunlarının ümumi sayı dəyişməz olaraq qalır

08 Noyabr 2025 02:58see133

Kadinin xəstəxanadan MESAJI: “Geri dönəcəm, sizi sevirəm” FOTO/VİDEO

08 Noyabr 2025 11:53see133

Noyabr bu bürclər üçün sakit və huzurlu keçəcək

08 Noyabr 2025 22:26see128

Qorxaq deputatlar: Rusiya ilə gərginliyi müzakirə etməkdən açıq şəkildə yayınırlar

09 Noyabr 2025 00:17see127

Zəfər turu nun qalibi bəlli oldu

09 Noyabr 2025 21:00see125

Ermənistanı revanşizmə həvəsləndirən Makrondur RƏY

09 Noyabr 2025 05:54see124

Vətən müharibəsi mövzulu filmlər açıqlandı Siyahı

09 Noyabr 2025 01:02see123

Zabitlərimiz paraddan öncə BELƏ sevindi VİDEO

09 Noyabr 2025 00:48see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri