Icma.az
close
up
RU
Biz dost olmağa hazır idik, onlar isə…

Biz dost olmağa hazır idik, onlar isə…

Icma.az bildirir, Qaynarinfo portalına istinadən.

Biz səninlə mehriban yaşamaq istəmişik, ay Rusiya!

Putin hakimiyyətə gəldiyi ilk illərdə Azərbaycan–Rusiya münasibətləri uzun müddət durğunluq dövrünü yaşadı. Lakin sonrakı mərhələdə bu münasibətlər canlanaraq strateji əməkdaşlıq səviyyəsinə yüksəldi.

Məşhur 44 günlük Vətən müharibəsi və antiterror əməliyyatında Rusiyanın neytral mövqe sərgiləməsi xalqlarımız arasında müəyyən yaxınlıq hissi yaratmağa başladı. Qarşılıqlı etimad formalaşır, yüzillərdən gələn tarixi bağlar, iqtisadi və mədəni əlaqələr iki ölkəni dost və mehriban qonşulara çevirirdi. 

Ancaq bu harmoniyanın möhkəmlənməsi gözlənildiyi anda, münasibətlərə ağır zərbə dəydi.

Təyyarəmiz qəsdən vuruldu, günahkarlar cəzalandırılmadı. Əvəzində isə məntiqsiz bəyanatlar və anlaşılmaz addımlar atıldı. Dünyadan təcrid olunan, Qərbin ağır sanksiyaları ilə küncə sıxışdırılan bir ölkə üçün bu addımlar nə qazandırırdı? Dost ölkələrdən biri ilə münasibətləri pozmaq nəyə lazım idi?

Tarixi zəfər qazanmış, illərlə işğalda qalmış torpaqlarını böyük fədakarlıqla azad etmiş bir xalqla dostluğu davam etdirmək varkən, nədən bu ritorika seçildi?

Və ardınca, Rusiyada yaşayan soydaşlarımıza qarşı yersiz təzyiq və zorakılıqlar başladı.

2025-ci ilin iyununda Yekaterinburqda baş verən hadisə vəziyyəti daha da gərginləşdirdi. Maskalı OMON-çularının gecə reydləri zamanı təxminən 50 azərbaycanlı saxlanıldı. Mənzil qapıları sındırıldı, ailələr döyüldü, elektroşok cihazlarından istifadə edildi. İki qardaş, Ziyəddin və Hüseyn Səfərov polislərin çoxsaylı xəsarətindən həyatlarını itirdilər. Rusiya istintaqı onların "ürək çatışmazlığı”ndan öldüyünü bildirsə də, Azərbaycan ekspertizası ölümün ağır işgəncə nəticəsində baş verdiyini açıqladı. Amnesty International bu hadisəni etnik motivli repressiya adlandıraraq, hər iki ölkəni müstəqil istintaqa çağırdı.

Bu, ilk hadisə deyildi. 2006-cı ildə Moskvadakı bazarlarda keçirilən reydlərdə saxlanılanların böyük hissəsi azərbaycanlı idi. 2013-cü ildə Biryulyovoda baş verən etnik qarşıdurma zamanı yüzlərlə insan həbs edildi, onlarla soydaşımız deportasiya olundu. 2019–2020-ci illərdə Moskva ətrafında aparılan kütləvi yoxlamalarda miqrantların əsas hədəfi yenə də azərbaycanlılar oldu. 2021–2025-ci illərdə isə azərbaycanlılara qarşı onlarla etnik motivli hücum qeydə alındı, bəziləri ölümlə nəticələndi.

Üstəlik, bəzi bölgələrdə miqrantların, o cümlədən azərbaycanlıların zorla Rusiya ordusuna cəlb edilməsi halları qeydə alındı. Siyasi ritorikada isə açıq-aşkar etnik stereotiplərdən istifadə edildi — bəzi deputatlar azərbaycanlıları "daxili təhlükə” kimi təqdim etdi.

Biz, həmişə Putin Rusiyası ilə mehriban qonşuluq münasibətləri yaratmağa çalışmışıq. Xalqlarımızın dostluğu üçün təkcə coğrafi deyil, həm də tarixi və mədəni zəmin var. Ancaq Rusiya hakimiyyətinin ardıcıl səhvləri, düşmənçilik ritorikası və soydaşlarımıza qarşı sistemli təzyiqləri bizi bu münasibətdən uzaqlaşdırmağa nail oldu. Biz dost olmağa hazır idik, onlar isə bizi düşmən etməyə çalışdılar. 

Murad Köhnəqala

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:105
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 14 Avqust 2025 19:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see330

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see320

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see312

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see304

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see299

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see290

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see282

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see271

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see266

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see262

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see248

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see228

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see226

Hicab savaşının pərdəarxası RAKURS

18 Oktyabr 2026 19:10see216

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see216

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see206

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see193

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see184

Rusiya atəşkəsə razı olsa Ukraynada seçki olacaq Zelenski

19 Oktyabr 2026 04:06see174

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri