Biz qalib xalqıq və bayrağımız suveren, qüdrətli dövlətimizin hər bir guşəsində şərəflə dalğalanır DEPUTAT
Icma.az bildirir, Sonxeber.az saytına əsaslanaraq.
"9 Noyabr Dövlət bayrağı gündür. Üç rəngli şanlı bayrağımız hər bir Azərbaycan vətəndaşı üçün azadlıq, qürur və iftixar mənbəyidir".
Bunu Sonxeber.az-a danışan Milli Məclisin deputatı Günay Ağamalı Günay Ağamalı bildirib.
Deputat qeyd edib ki, dövlət bayrağımızın şanlı tarixi Azərbaycan Xalq Cumhuriyyətinin adı ilə bağlıdır:
"Xalqımızın görkəmli mütəfəkkiri Əli bəy Hüseynzadənin müəllifi olduğu müzəffər bayrağımız istiqlal ideologiyamızın üç təməl prinsipini özündə ehtiva edərək milli kimliyimizin əsasını təşkil edir.
Azərbaycan xalqı taleyüklü məsələlərdə doğru seçim etməklə hər zaman öz müdrikliyini nümayiş etdirib. Cənab Prezident İlham Əliyevə olan yüksək etimad və inam bütün uğurlarımızın və qələbələrimizin məntiqidir.
Hər bir Azərbaycan vətəndaşı yaxşı bilirdi ki, müzəffər bayrağımızı dünya siyasi arenasında və işğal olunmuş torpaqlarımızda dalğalandırmaq potensialı yalnız dahi rəhbərimiz Ulu Öndər Heydər Əliyev irsinin layiqli davamçısı cənab Prezident İlham Əliyevdə cəmləşib. Ona görə də dövlət tariximizin ən qürurlu və ən əzəmətli anlarını yaşadığımız bu günlərdə hər bir Azərbaycanlı Ali Baş Komandanın ətrafında sıx birləşməklə növbəti uğurlara doğru inamla addımlayır.
Biz qalib xalqıq və bizim bayrağımız suveren, qüdrətli, məğlubedilməz Azərbaycanın hər bir guşəsində şərəflə dalğalanır.
Əziz soydaşlarım, Dövlət Bayrağı Günümüz mübarək!"
Sonxeber.az
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:77
Bu xəbər 09 Noyabr 2024 14:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















