Bizi Allah sevsin, sən saymasan, NƏ OLACAQ?
Milli.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Azərbaycanlı müğənni Damla maraqlı və düşündürücü açıqlamaları ilə diqqət çəkib.
Milli.Az xəbər verir ki, sənətçi insanların eqo və özünü ucaldatmaq istəyinə qarşı çıxaraq səmimi fikirlərini bölüşüb:
"Səni saymadım, hə nə olacaq? Sayma bizi, Allah sevsin. Yolumuzu açan Allah olsun. Kim olursansa ol - müəllim, həkim yaxud xadimə, əsas odur vicdanın olsun və insan ol".
Damla bildirib ki, insanın özünü həddindən artıq yüksəltməsi doğru deyil:
"Özünü dağın başına qoymaq olmaz. Hara qədər özünü yüksəldə bilərsən? Allah uca ola bilməzsən. Bilmirik nə qədər ömrümüz qalıb, hamımız torpağa qarışıb gedəcəyik. Bu qədər eqo nəyə lazımdır?".
Müğənni həyatın faniliyi və insanın aciz qaldığı məqamları da vurğulayıb:
"Ölümün qabağını ala bilmirik. Elə xəstəliklər var ki, insan qarşısında aciz qalır, milyonlar belə kömək olmur. Allah dərd verməsin, hamıya sağlam ömür versin".
İfaçının bu fikirləri sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Bəziləri onun səmimiyyətini yüksək qiymətləndirərkən, digərləri bu cür açıqlamaların cəmiyyət üçün düşündürücü mesajlar verdiyini qeyd ediblər.
Musa
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:118
Bu xəbər 06 Aprel 2026 10:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















