Icma.az
close
up
RU
BMU da Çinin universitet və şirkətləri ilə qurulan əlaqələrlə bağlı müzakirə aparılıb

BMU da Çinin universitet və şirkətləri ilə qurulan əlaqələrlə bağlı müzakirə aparılıb

Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Xırdalan, 30 yanvar, AZƏRTAC

Bakı Mühəndislik Universitetində (BMU) ali məktəbin nümayəndə heyətinin bu ilin yanvar ayında Çin Xalq Respublikasına səfərinin yekunları ilə bağlı məlumatlandırma tədbiri keçirilib.

BMU-dan AZƏRTAC-a bildirilib ki, tədbirdə paytaxt Pekində Çinin tanınmış universitetləri və şirkətləri ilə baş tutan əməkdaşlıq görüşləri, əldə edilən mühüm razılaşmalar müzakirə olunub.

Rektor Yaqub Piriyev tədbirdə son illər BMU-nun tanınmış xarici universitetlərlə bir sıra istiqamətlər üzrə yeni əməkdaşlığının yarandığını qeyd edib. Rektor Çinin nüfuzlu ali məktəbləri ilə münasibətlər qurmaqda əsas məqsədin də universitetin beynəlxalq əlaqələrinin genişlənməsinə, tədris və elmi təcrübənin ortaq öyrənilməsinə xidmət etdiyini bildirib. Yaqub Piriyev xüsusilə “Kimya mühəndisliyi” ixtisası üzrə Çində və dünyada qabaqcıl yeri tutan Pekin Kimya Texnologiyaları Universiteti ilə 2+2 şəklində ikili diplom proqramının həyata keçirilməsinə dair razılığın əldə edilməsini, həmçinin Pekin Politexnik Kolleci, Pekin Jıaotong və İnformasiya Texnologiyaları universitetlərində keçirilən görüşlərin nəticələrini müsbət qiymətləndirib. Çinin tanınmış şirkətləri ilə aparılan müzakirələri ayrıca vurğulayan rektor bütövlükdə qurulan əməkdaşlığın daha da inkişaf edəcəyinə inamını ifadə edib.

Sonra tədbirdə BMU-nun beynəlxalq əlaqələr üzrə prorektoru Ətrabə Gül Pekində keçirilən görüşlər, əldə olunan razılaşmalar haqqında ümumi məlumat verib.

Ardınca BMU-nun Elm və innovasiya şöbəsinin müdiri Mayis Əzizovun səfərlə bağlı geniş tədqimatı dinlənilib. Təqdimatda Pekin Kimya Texnologiyaları Universiteti ilə ikili diplom proqramının həyata keçirilməsinə dair razılaşmanın detalları, eləcə də Pekin Politexnik Kolleci, Pekin Jıaotong və İnformasiya Texnologiyaları universitetləri ilə əldə olunan razılaşmalar haqda dolğun informasiyalar nəzərə çatdırılıb. Bildirilib ki, adıçəkilən kollecdən BMU-ya tələbə göndərilməsi, habelə Pekin İnformasiya Texnologiyaları Universiteti ilə ikili diplom proqramına dair əməkdaşlıq məsələləri üzrə ilkin razılaşmalar əldə edilib. Bundan başqa, BEIFANG Avtomobil Təhsil Qrupu ilə keçirilən görüş, Qrupun BMU-da mərkəz (lab/hub) qura biləcəyi imkanı ilə bağlı aparılan müzakirələrdən bəhs olunub. Mühəndislik ixtisaslarında təhsil alanlar üçün master-klas və təlimlər verən BEIFANG ilə həm mərkəzin qurulması, həm də müəllimlərə təlimlərin verilməsi istiqamətində müsbət rəyə gəlindiyi vurğulanıb.

Təqdimat zamanı Çinin avtomobil sənayesinin aparıcı müəssisələrindən sayılan “BAlC”, eləcə də “XIMMERS” şirkətləri ilə əldə olunan razılşamalar da qeyd edilib.

Sonda rektor Yaqub Piriyev gələcək əməkdaşlığın əsas istiqamətləri ilə bağlı tövsiyə və tapşırıqlarını verib. Tədbir növbəti addımların müzakirəsi, sual doğuran bir sıra məqamlara aydınlıq gətirilməsi ilə başa çatıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:68
embedMənbə:https://azertag.az
archiveBu xəbər 30 Yanvar 2025 16:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see279

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see263

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see241

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see211

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see182

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see171

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see162

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see157

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see152

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see148

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see145

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see145

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see141

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see138

Yeni dünya nizamı: “Biz artıq gücün hüququna şahidlik etməkdəyik”

16 Yanvar 2026 15:00see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri