Icma.az
close
up
RU
Borçalıda görkəmli alimin xatirəsi anılıb

Borçalıda görkəmli alimin xatirəsi anılıb

Xalq qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Qardabani Təhsil və İnteqrasiya Mərkəzində, Azərbaycan dili dərsində Borçalı elinin dəyərli oğlu, Azərbaycan elminin və mədəniyyətinin inkişafında misilsiz xidmətləri olan görkəmli türkoloq alim, Nyu-York Elmlər Akademiyasının akademiki, Türk Dili Kurumunun üzvü, filologiya elmləri doktoru, professor Mədəd Çobanovun həyatı və elmi yaradıcılığı haqqında açıq dərs keçirilib. 

Mərkəzin Azərbaycan dili müəllimi Sevda Sahverdiyevanın rəhbərliyi ilə keçirilən dərsdə, Lali Zeynalova və Qiymət Zeynalova Mədəd Çobanovun həyatı və yaradıcılığı haqqında  geniş məlumat verərək Mədəd Çobanovun xalqımızın yaddaşında əbədi yaşayan görkəmli ziyalılarından olduğunu boldiriblər. O, təkcə sanballı elmi yaradıcılığı və məhsuldar pedaqoji fəaliyyəti ilə deyil, həmçinin yüksək insani keyfiyyətləri ilə qəlblərdə dərin iz qoyub.

Professor Mədəd Çobanovun mənalı həyat yolu onun Azərbaycan dilçiliyi və milli dəyərlərimizə olan sevgisinin, sədaqətinin və zəhmətkeşliyinin bariz nümunəsidir.  Sonra Səyalı Osmanova, Aynişan Məmmədova və Lalə İbrahimova akademik haqqında yazılmış xatirələrdən  seçmələr oxuyublar

Şagirdlərdən Həbibə Eyyubova,Dəniz İsayeva, Rüfət Həsənov, Narın Həsənova Mədəd Çobanova həsr olunmuş  şeirləri səsləndiriblər.

Sevda müəllimə Mədəd Çobanov haqqında xatirələrini bölüşüb. O qeyd edib  ki, Mədəd müəllim  tələbələrinə qarşı daim yaxın dost, qayğıkeş bir insan olub. S.Şahverdiyeva bidirib ki, professor Mədəd Çobanovun elmi irsi zəngin və çoxşaxəlidir. O, səksəndən çox kitabın, o cümlədən, on beş monoqrafiyanın, ondan çox dərslik və dərs vəsaitinin, altmışdan çox elmi əsərin müəllifidir ki, bunların arasında “Azərbaycan antroponimiyasının əsasları”, “Azərbaycan onomastikası”, “Borçalı toponimləri”, “Borçalı şivələrinin leksikası”, “Mətnin linqvistik təhlili”, “Pedaqoji məsələlər”, “Türk dillərinin ədəbi birliyinə doğru”, “Dədə Qorqud - Qəhrəmanlıq dastanı” kimi dəyərli əsərləri xüsusilə qeyd etmək lazımdır. Bu sanballı tədqiqatlar elmi ictimaiyyət tərəfindən yüksək qiymətləndirilmiş, Azərbaycan dilçiliyi sahəsində yeni istiqamətlər formalaşdırmışdır.

Qeyd edək ki, professor Mədəd Çobanovun “Azərbaycan şəxs adları - Azərbaycan antroponimiyasının əsasları” mövzusundakı tədqiqat əsəri müxtəlif illərdə və ölkələrdə səkkiz dəfə çap olunmuşdur.

Alimin “Kitabi-Dədə Qorqud”un 1300 illik yubileyinə həsr olunmuş “Dədə Qorqud - Qəhrəmanlıq dastanı” kitabında dastanın yaranma tarixi, Qalın Oğuz elinin dövlətçilik ənənələri, hərb sənəti və döyüş taktikası, xəfiyyəçilik və casusluq təcrübəsi ətraflı şəkildə təhlil olunmuşdur. Kitabın “Borçalıda Dədə Qorqud izləri” adlanan hissəsində isə Borçalıda ulu babalarımızın məskunlaşması tarixi, Dədə Qorqud izləri, Dədə Qorqud dünyası ilə səsləşən hadisələr geniş şəkildə işıqlandırılmışdır.

Mədəd Çobanovun “Görkəmli strategiyaçı” kitabı isə xalqımızın ümummilli lideri Heydər Əliyevə həsr olunmuşdur.Çıxışın sonunda Sevda müəllimə Mədəd müəllimin oğlu Müşfiq Çobanova Mərkəzə hədiyyə etdiyi kitablar üçün təşəkkür edib.

Mərkəzin direktoru Çiçək Nüseynova bildirib ki, Professor Mədəd Çobanovun məhsuldar elmi və pedaqoji fəaliyyəti onun Azərbaycan dilinə, xalqımıza, milli dəyərlərizə olan olan sevgisinin, bağlılığının ən gözəl təzahürüdür. Görkəmli alimin Azərbaycan dilçiliyi və mədəniyyətinin inkişafında silinməz izlər buraxan zəngin elmi-pedaqoji irsi gələcək nəsillər, dilimizin incəliklərini öyrənənlər üçün dəyərli qaynaq və ilham mənbəyi olacaq.

Nəriman ƏLİYEV, 

XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:156
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 15 Fevral 2025 12:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see331

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see322

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see312

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see305

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see304

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see276

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see274

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see267

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see267

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see264

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see252

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see249

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see247

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see246

Bitkoinin qiyməti 66 min dollardan aşağı düşdü

15 Noyabr 2026 01:34see215

Həftədə bir məşq fiziki formanı və sağlamlığı yaxşılaşdıra bilərmi?

14 Noyabr 2026 21:54see214

Məşhur model milyarderə ərə getdi

15 Noyabr 2026 00:26see206

Türkiyəli aktyor ev sahibi ilə məhkəməni uddu Kirayə qalmaqalı

14 Noyabr 2026 22:18see190

Bakını qoyub Ağstafaya köçdü 87 yaşlı Xalq artistinin həyatı necə keçir?

15 Noyabr 2026 15:50see190

Yuxusuzluq infarkt və insult riskini artırır Həkimdən xəbərdarlıq

15 Noyabr 2026 14:28see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri