Boyu uzun, çəkisi az olan hərbi çağırışçılarla bağlıRƏSMİ AÇIQLAMA
Icma.az, Bizim media saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
“Qidalanma çatışmazlığı olan vətəndaşların bədən çəkisi 45 kiloqramdan az olduqda, onlar hərbi xidmətə çağırılarkən 6 ay müddətinə müvəqqəti yararsız hesab edilirlər”.
Bizim.Media xəbər verir ki, bu barədə Plat.az-ın sorğusuna cavab olaraq Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İctimaiyyətlə İş və Beynəlxalq Əlaqələr şöbəsinin rəisi Pərviz Sədrəddinov bildirib:
Qurumun məlumatına görə, Boy və çəki göstəricilərinə görə hərbi xidmətə yararlılıq məsələsi ilə bağlı qaydalar “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin 12 və 13-cü maddələrinin I qrafasına əsasən müəyyən edilir:
“6 aydan sonra çağırışçının bədən çəkisinin azalmasına səbəb olan hər hansı xəstəlik aşkarlanmazsa, bədən kütlə indeksində mənfi dinamika müşahidə olunmazsa və fiziki iş qabiliyyəti saxlanılarsa, onun hərbi xidmətə yararlılığı yenidən qiymətləndirilir”,-qurumun rəsmisi əlavə edib.
Qeyd olunub ki, boyu 148–160 sm olan şəxslərdə bədən çəkisi 45 kiloqram və daha çox, boyu 161 sm-dən yuxarı olanlarda isə bədən kütlə indeksi 17,5 və daha yüksək olduqda şəhadətləndirilmə “d” bəndi üzrə aparılır. Belə ki, həmin şəxslər “A-3” təyinat göstəricisi ilə hərbi xidmətə yararlı hesab edilirlər.
Pərviz Sədrəddinov əlavə edib ki, çağırışçılar əvvəlcə qeydiyyatda olduqları rayon (şəhər) çağırış komissiyası tərəfindən tibbi baxışdan keçirilirlər:
“Ehtiyac yarandıqda onların ixtisaslaşmış tibb müəssisəsində müayinəsi təmin edilir. Müddətli həqiqi hərbi xidmətə yararlı olub-olmaması barədə yekun qərar isə Nazirlər Kabinetinin 29 fevral 2008-ci il tarixli, 59 nömrəli qərarı ilə təsdiq edilmiş ‘Hərbi-həkim ekspertizası haqqında Əsasnamə’nin ‘Xəstəliklər cədvəli’nin I qrafasının tələblərinə uyğun qəbul olunur”, – deyə sonda cavabda vurğulanıb.
Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:251
Bu xəbər 22 İyul 2026 09:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















