Böyük Britaniya Cənubi Qafqazda uzunmüddətli sülhə dəstəyini təsdiqləyib
Icma.az, Cebheinfo portalına istinadən məlumat verir.
Böyük Britaniya Cənubi Qafqazda möhkəm sülhün əldə edilməsi istiqamətində səylərə dəstəyini təsdiqləyib.
"Cebheinfo.az" xəbər verir ki, bu barədə Böyük Britaniyanın Azərbaycandakı səfirliyinin avqustun 8-də Vaşinqton sammitinin birinci ildönümü münasibətilə yaydığı bəyanatda bildirilib.
"Vaşinqton Sammitində əldə olunan razılaşmaların birinci ildönümündə sülhə doğru bu tarixi addımı atan liderlərin siyasi iradəsini yüksək qiymətləndiririk", - bəyanatda qeyd edilib.
Diplomatik nümayəndəlikdə davamlı dialoq və əməkdaşlığın gələcək nəsillər üçün təhlükəsiz və firavan regionun qurulması baxımından vacib olduğu vurğulanıb.
"Böyük Britaniya uzunmüddətli və davamlı sülhə nail olmaq üçün göstərilən səyləri dəstəkləməyə davam edəcək", - bəyanatda qeyd olunub.
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:111
Bu xəbər 08 Avqust 2026 11:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















