Böyük Britaniyanın aparıcı səyahət jurnalı Azərbaycanı ən yaxşı 25 turizm destinasiya siyahısına daxil edib
Icma.az, Report.az portalına istinadən məlumat yayır.
Böyük Britaniyanın aparıcı səyahət jurnalı “Wanderlust” Azərbaycanı 2025-ci ilin səyahət etmək üçün ən yaxşı 25 destinasiyanın siyahısına daxil edib.
“Report” bu barədə xarici mətbuata istinadən xəbər verir.
Məlumata görə, Azərbaycan turistlərə özünəməxsus mədəni təcrübələr təqdim edir.
Qeyd edilib ki, siyahı, ziyarətçiləri daha az tanınan, ancaq çətin yollardan və çoxlu turistlərin uğradığı qaynar nöqtələrdən uzaqlaşdırmaq qabiliyyətinə görə hazırlanıb.
“Wanderlust” 25 yerlik siyahısında Azərbaycandan başqa, BƏƏ (Əbu-Dabi), Kanada (Alberta), Bermuda, Kolumbiya, Kosta-Rika (Corcovado National Park), Xorvatiya (Dubrovnik), El Salvador, ABŞ (Florida, Tennessee və Şimali Karolina), Almaniya, Yaponiya, Malaziya, ABŞ (Mississippi), Namibia, ABŞ (Nyu York ştatı), Qətər, Braziliya (Rio de Janeiro), Səudiyyə Ərəbistanı (Riyad), Rvanda, Avstriya (Salzburg və Vyana), Sinqapur, Sloveniya (Small-town), Avstraliya (Uluṟu-Kata Tjuṯa National Park), Özbəkistan və Litva (Vilnus) yer alıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:116
Bu xəbər 04 Yanvar 2025 12:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















