Icma.az
close
up
RU
Böyük güclərin mübarizəsi: Azərbaycanın siyasi çəkisi və prestiji yüksək səviyyədədir MÜSAHİBƏ

Böyük güclərin mübarizəsi: Azərbaycanın siyasi çəkisi və prestiji yüksək səviyyədədir MÜSAHİBƏ

Icma.az, Sherg.az saytına istinadən bildirir.

Əziz Əlibəyli: Soyuq müharibə ritorikası geri qayıtsa da, bu, əvvəlki kimi mümkün deyil


Əsas yarış Şərq-Qərb baxışı üzərində gedir


 Hazırkı mərhələdə Qərb daha çox real imkanlara malikdir, lakin Şərqin böyük potensialı olacaq


İran ətrafında yeni savaşın baş verməsi mümkün görünür


Son illər dünyada baş verən geosiyasi proseslər təkcə böyük güclərin münasibətlərini deyil, kiçik dövlətlərin də taleyini müəyyənləşdirir. ABŞ və Rusiya arasındakı qarşıdurma, Çinin yüksəlişi, Avropa İttifaqının yeni siyasəti beynəlxalq gündəmi formalaşdırır. Bu fondda Cənubi Qafqaz regionu da diqqət mərkəzindədir. Azərbaycanın Zəngəzur dəhlizi ilə bağlı mövqeyi, Ermənistanla aparılan sülh danışıqları, regionda enerji və nəqliyyat layihələri ölkəmizin imicinə birbaşa təsir göstərir. Bütün bu proseslər fonunda sual yaranır: Azərbaycan yeni dünya düzənində hansı rolu oynayacaq, böyük güclərin mübarizəsi regiona necə təsir edəcək və sülh prosesi xalqlar arasında real barışa gətirib çıxaracaqmı?

Eyni zamanda, qlobal səviyyədə yeni qütblərin formalaşması, dövlətlərarası ittifaqların yenidən qurulması müşahidə olunur. Bu proseslər beynəlxalq münasibətlərdə balansı dəyişdirir və region ölkələri üçün həm çağırışlar, həm də yeni imkanlar yaradır.


Mövzu ilə bağlı "Sherg.az"ın bu dəfəki müsahibi beynəlxalq məsələlər üzrə ekspert, Sosial Tədqiqatlar mərkəzinin departament müdiri Əziz Əlibəylidir.



– Soyuq müharibə ritorikasının geri qayıtdığını düşünürsünüzmü?

- Prinsip etibarilə soyuq müharibə ritorikası var, mövcuddur. Amma onun parametrləri bir qədər fərqlidir. Çünki soyuq müharibənin ikinci sosialist sistemi olduqca qüdrətli idi və indiki Rusiyadan qat-qat güclü mövqedə dayanırdı. İndi əgər müəyyən mənada yeni bir soyuq müharibədən danışırıqsa, burada gərək Çin də iştirak etsin. Lakin həmin dövrlə indiki mərhələ arasındakı fərqlərə nəzər salsaq, soyuq müharibənin prinsipləri eyni ola bilməz. Çünki müasir dövrdə dünya daha çox vahid internet, inteqrasiya olunmuş iqtisadiyyatlara, informasiya məkanına və bir-birindən asılı sənaye sahələrinə malikdir. Xammal, enerji və istehsal zəncirləri baxımından bu qarşılıqlı asılılıq soyuq müharibə şəraitini çətinləşdirir. Ona görə də, soyuq müharibə ritorikası müəyyən mənada geri qayıtsa da, mahiyyət etibarilə bu, əvvəlki kimi mümkün deyil.


– Supergüc yarışında hansı qütblər daha güclü görünür?

- Hazırda iki əsas qütbdən danışmaq olar. COVID pandemiyası dövründə bir qədər çoxqütblülük müşahidə olunurdu. Lakin Şanxayda keçirilən son görüşə cavab olaraq ardınca BMT Baş Assambleyasının 80-ci sessiyasında Qərbin yeni güc dominasiya cəhdlərini gördük. Bir tərəfdə ABŞ-nin rəhbərliyi altındakı Avroatlantik məkan yenidən konsolidə olunmaq istəyir. Onun qarşısında isə Rusiya, Çin, İran və Şimali Koreyanın formalaşdırdığı yeni bloku görə bilərik. Əsas yarış Şərq-Qərb baxışı üzərində gedir.


- Bu yarış daha çox hərbi müstəvidə gedəcək, yoxsa iqtisadi və texnoloji üstünlüklərlə müəyyənləşəcək?

- Bu yarış həm hərbi, həm iqtisadi, həm də texnoloji müstəvilərdə davam edir. İqtisadi və texnoloji sahədə Şərq, xüsusilə Çin, artıq ciddi güc mərkəzinə çevrilib. Amma hərbi və siyasi baxımdan ABŞ-nin inanılmaz təsir imkanlarının hələ də üstün olduğu görünür. Hazırkı mərhələdə Qərb daha çox real imkanlara malikdir, lakin Şərqin böyük potensialı olacaq. Əgər perspektivə nəzər salsaq, gələcəkdə Çin modeli qlobal sistem üçün ciddi təhdidlər vəd edir. Ancaq bu gün üçün Qərb üstün vəziyyətdədir.


– Yeni regional müharibələr gözlənilirmi?

Bəli, təəssüf ki, bu ehtimal var. İran ətrafında yeni savaşın baş verməsi mümkün görünür. Əfqanıstan coğrafiyasında da yeni münaqişələrin yaranma ehtimalı qalır. Ümumiyyətlə, böyük dövlətlərin sərhədlərində yerləşən hər bir ölkə belə savaşlara cəlb oluna bilər. Nepaldan tutmuş Yaxın Şərqə, Orta Asiyaya, Balkanlara və Afrikaya qədər bir çox bölgələrdə vəziyyət gərgindir. Qafqaz regionu isə daimi narahat durumda yaşayır. Dünyanın bütün coğrafiyalarında sabitlik pozulub. Lakin ən həssas geostrateji nöqtələrdə risk daha yüksəkdir.


– Vaşinqton razılaşması, ABŞ ilə münasibətlərin yüksəlişi Azərbaycanın beynəlxalq imicini necə dəyişdirir?

- Azərbaycan artıq öz xarici siyasət istiqamətini tam müəyyən edib. Ölkəmizin “Nation branding” konsepsiyası üzərindən dövlət imicinin inşası əvvəllər də həyata keçirilirdi. Lakin sırf dövlətin siyasi simasının inkişafı istiqamətində hakimiyyət son illər böyük işlər görür. Azərbaycan bu gün enerji təhlükəsizliyinin təminatçısı, nəqliyyat-logistika mərkəzi və mədəni baxımdan multikultural dəyərlərin daşıyıcısı kimi tanınır. Xüsusilə Vaşinqton razılaşmasından sonra isə bu proses daha da gücləndi və yeni mərhələyə qədəm qoydu.


- Ölkəmizin siyasi çəkisi, prestiji hazırda hansı səviyyədədir?

- Hazırda Azərbaycanın siyasi çəkisi və prestiji yüksək səviyyədədir. Ölkə böyüdükcə regional maraqları da genişlənir və təbii ki, bu da müəyyən rəqiblər yaradır. Qarabağ müharibəsindən sonra Azərbaycan yeni regional çəki ilə oyunçu, o cümlədən bir güc mərkəzi kimi meydana çıxıb. Rusiya, İran, Ermənistanla münasibətlər dəyişdi,

hətta Türkiyəylə əlaqələr yeni sferaya qədəm qoyub. Azərbaycan əvvəl yalnız regional rol oynamağa çalışan dövlət idi. Çünki müəyyən işğal rejimi, Ermənistanın və bu dövlətin arxasında duran güclərin müdaxiləsi imkan vermirdi. 

Azərbaycan artıq yalnız regional deyil, həm də qlobal beynəlxalq münasibətlərə təsir göstərə biləcək gücə malikdir. Ölkəmizin imkanları qlobal oyunçular səviyyəsində olduğundan onun prestiji, təsir mexanizmi, imkanları, oynayacağı rol daha yüksəkdir.


- Son danışıqlardan sonra erməni cəmiyyətinin Azərbaycana baxışı dəyişib?

- Erməni cəmiyyətində Azərbaycana qarşı ikili baxış var. Ənənəvi erməni xalqının baxışı məlumdur, onlar "daşnaksütyun" təfəkküründədirlər. Amma Paşinyandan sonra yeni bir siyasi xəttin müşahidə olunduğu və dəstəkləndiyini də görürük. Çünki onun Azərbaycana məğlub olub, seçkilərdə qalib gəlməsi paradoksu var. 2026-cı il seçkilərdə qazanmaq Paşinyanın nöqteyi-nəzərindən mühümdür. Çünki axı, o yeni xətti Ermənistan cəmiyyətində Azərbaycanla bağlı yeni təfəkkürü dəyişdirən xəttin başlanğıcı da Paşinyandır. Onun düşüncələri imkan verir ki, erməni xalqı burada təklənmiş, "soyqırıma" məruz qalmış kimi travmalardan qurtulsun və inteqrasiya edə bilsin. Erməni cəmiyyətində maddi olaraq təminat yaxşılaşdırıldıqca, münasibətlərin dəyişmə ehtimalı da həmişə var. Bir az da məğlub cəmiyyət kimi qalib gəlmək üçün heç bir potensial imkanı olmayacağını bilməlidirlər.


- Azərbaycanın yaxın gələcəkdə qlobal rolu barədə proqnozunuz nədir?

- Ölkəmizin enerji resursları, nəqliyyat dəhlizləri və mədəni inteqrasiyaya açıq siyasəti onu regional sabitliyin əsas təminatçısına çevirir. "Bir kəmər, bir yol", Zəngəzur dəhlizi layihələri Orta Asiyanın böyük enerji resurslarının Avropaya çıxarılmasında böyük rol oynayır. Xəzər dənizi ölkəsi olduğu üçün böyük logistik imkanları var. Hazırda Şərqdən gələn, istehsal olunan məhsullar, dünyadakı müharibələrin baş verdiyi dönəmdə stabil bir yoldan - Azərbaycandan keçir. Bütün bunlar ölkəmiz üçün ciddi üstünlüklər verir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:50
embedMənbə:https://sherg.az
archiveBu xəbər 06 Oktyabr 2025 16:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bir neçə gün sonra Atletik i təhlil edəcəyik Qurbanov

04 Oktyabr 2025 22:22see161

Marketlərdən bu məhsulları almayın Ekspertdən xəbərdarlıq

04 Oktyabr 2025 19:00see154

Oktyabrda varlanmaq üçün 3 BÜRCƏ məsləhət: Bunları edin

05 Oktyabr 2025 09:11see148

“Hicab artıq məcburi deyil” − Bahoner

04 Oktyabr 2025 19:47see145

Bu kimi nailiyyətlər gələcək qələbələr üçün möhkəm zəmin yaradır Rövşən Nəcəf

04 Oktyabr 2025 20:35see137

DOĞULMAMIŞ UŞAQ ÜÇÜN KADDİŞ Etibar Əliyevin YAZISI

05 Oktyabr 2025 09:21see133

Mohave səhrasında naməlum təyyarə görənləri heyrətləndirdi

05 Oktyabr 2025 02:32see131

Tibbdə YENİLİK: Sümük snıqlarını 3 dəqiqəyə sağaldan gel hazırlandı

04 Oktyabr 2025 23:08see129

Teslanın robotu Optimusa kunq fu öyrətdilər VİDEO

05 Oktyabr 2025 05:12see128

90 cı illərin məşhur qrupu bu şəxsə görə dağılıb Çelik ŞOK ADI açıqladı

04 Oktyabr 2025 21:34see127

Azərbaycanda internet istifadəçilərinə VACİB XƏBƏR

05 Oktyabr 2025 17:40see127

Gürcüstanın ABŞ dakı səfiri Dövlət Departamentinə çağırılıb

04 Oktyabr 2025 21:13see126

ABŞ və İsrail İrana hücum edəcəklərini deməklə... Nəsirzadə

05 Oktyabr 2025 01:39see126

Tramp əmr verdi: Əsgərlər göndərilsin!

06 Oktyabr 2025 09:15see125

Azərbaycanın 5 güləşçisi medal qazanıb YENİLƏNİB 2

04 Oktyabr 2025 18:53see125

“Dünyada hələ belə bir festival olmayıb” Video

05 Oktyabr 2025 10:44see124

Kulevi terminalı genişləndirilir

05 Oktyabr 2025 10:39see124

“Yuventus” Kənan Yıldızla yeni müqavilə imzalayır

05 Oktyabr 2025 20:12see123

Qalatasaray Beşiktaş matçında iki qol vuruldu

05 Oktyabr 2025 00:28see122

U 17 nin Avropa çempionatının seçmə mərhələsi üçün HEYƏTİ

05 Oktyabr 2025 14:40see116
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri