Icma.az
close
up
RU
Böyük İskəndər: 32 yaşında öldü, üç qitəni fəth etdi, xəritəni yenidən çəkdi...

Böyük İskəndər: 32 yaşında öldü, üç qitəni fəth etdi, xəritəni yenidən çəkdi...

Qaynarinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Öldüyündə cəmi 32 yaşı var idi, lakin o, dünyanın xəritəsini yenidən çəkib, üç qitədə torpaqlar ələ keçirib və Misirdən indiki Hindistana qədər böyük ərazilərə hökmranlıq edib. Tarixin ən əfsanəvi sərkərdələrindən biri hesab olunan Böyük İskəndər Makedoniya krallığından çıxaraq o dövrün ən qüdrətli imperiyalarından biri olan Əhəmənilər dövlətini məğlub edib.

Qaynarinfo xəbər verir ki, Makedoniyalı İskəndər Miladdan əvvəl 336-cı ildə cəmi 20 yaşında taxta çıxıb, qısa müddət ərzində Yunanıstan və Balkanlardakı üsyanları yatıraraq gücünü möhkəmləndirib. Ardınca atasının - Makedoniya kralı II Filippin planını həyata keçirmək üçün 334-cü ildə Asiyaya yürüş edərək o dövrün ən böyük dövləti olan Əhəmənilər imperiyasını fəth edib.

Böyük İskəndərin fəthləri

İskəndər 10 il ərzində indiki Türkiyə, Yaxın Şərq, Orta Asiya və Pakistan ərazilərinə yürüş edərək Pers kralı III Daranı məğlub edib. Onun imperiyası Adriatik dənizindən Hind çayına qədər uzanıb.

Ordusunun tükənməsinə baxmayaraq, İskəndər daha da irəliləyərək Hindistanın bəzi hissələrinə daxil olub. Lakin əsgərləri yorğun düşdüyündən geri dönmək məcburiyyətində qalıb. Yolda Babilə çatanda naməlum bir xəstəliyə tutulub və cəmi iki həftə ərzində vəfat edib.


Eramızdan əvvəl 323-cü ildə Makedoniyalı İsgəndər imperiyasının xəritəsi

İskəndərin mirası və itmiş məzarı

İskəndərin cəsədinin Misirə aparıldığı və İsgəndəriyyədə dəfn edildiyi bildirilir. Lakin onun məzarı əsrlər boyu axtarılsa da, hələ də tapılmayıb.

O, heç bir döyüşdə məğlub olmadan ölüb və ölümündən sonra imperiyası parçalanıb. Buna baxmayaraq, onun yaratdığı siyasi və mədəni təsir uzun illər davam edib. Yunanca Orta Şərqin əsas dili olub, hətta xristianlığın müqəddəs kitabı İncil də bu dildə yazılıb.

Böyük İskəndər əfsanəsi

İskəndərin həyatı təkcə tarixçilərin deyil, həm də ədəbiyyat və mədəniyyət sahələrinin diqqət mərkəzində olub. Onun haqqında Arrian və Plutarx kimi Roma tarixçiləri bioqrafiyalar yazıb, üçüncü əsrdə Misirdə yazılmış "İskəndər Romanı" isə bir çox dillərə çevrilib.

Məşhur fars şairi Firidovsi "Şahnamə" əsərində İskəndəri bir fars hökmdarı kimi təsvir edib, onun Əhəmənilər imperiyasının varisi olduğunu yazıb. Bu təsvir İskəndərin Orta Asiya və Yaxın Şərqdə necə bir miras buraxdığını göstərir.


Pompeydə tapılan və eramızdan əvvəl III əsrə aid İsgəndər mozaikasında Dara qarşı İssus döyüşü təsvir edilib

İskəndərin izi dünyanın hər yerində

Bu gün İskəndərin adını daşıyan şəhərlər Misirdən Əfqanıstana qədər uzanır. Onun izi Yunanıstanda, Makedoniyada, Türkiyədə və Orta Asiyada açıq-aşkar görünür.

Məsələn, Yunanıstanda onun doğulduğu Pella şəhəri və Verginadakı (Aigai) kral məqbərələri turistlərin maraq göstərdiyi yerlər arasındadır. Türkiyədə isə onun adına iki heykəl var, İstanbul Arxeologiya Muzeyində isə məşhur "İskəndər Lahdi" saxlanılır.

Eyni zamanda, bəzi əfsanələrə görə, İskəndərin məzarının Venedikə aparıldığı iddia edilir.

İskəndər sadəcə bir fateh idimi?

Tarixçilər İskəndərin nə dərəcədə unikal bir şəxsiyyət olduğunu müzakirə edirlər. Bəziləri onun sadəcə Əhəməni imperiyasını fəth etdiyini və onu Avropalı tarixçilərin həddindən artıq şişirtdiyini iddia edir.

Professor Pyer Briant bildirir ki, İskəndər təkbaşına yeni torpaqlar fəth etmirdi, sadəcə mövcud olan bir imperiyanı ələ keçirirdi. O, Yunan tarixçilərinin İskəndəri çox təriflədiyini, lakin onu məğlub etdiyi III Daranın və ya Əhəməni imperiyasının qurucusu I Daranın eyni dərəcədə diqqətə layiq olduğunu qeyd edir.

Bununla belə, Böyük İskəndər təkcə fəthləri ilə deyil, həm də mədəniyyətlər arasında körpü yaratması ilə yadda qalıb. O, makedoniyalı və yunan əsgərlərlə farsları birləşdirməyə çalışıb, Şərq və Qərb mədəniyyətlərini qovuşdurub.

İskəndər əfsanəsi 2000 ildən artıqdır yaşayır

Böyük İskəndər 32 yaşında dünyasını dəyişsə də, onun mirası və təsiri günümüzə qədər gəlib çatıb. O, tarixdə qısa müddət ərzində ən böyük imperiyalardan birini yaradan və ən çox müzakirə edilən liderlərdən biri olaraq qalır.

Professor Pol Kartlec bu barədə belə deyir:

"İskəndər özünü qorumağa çalışmadı. O, uzunmüddətli plan qurmurdu. O, bacardığı qədər çox şey etməyə çalışdı. Bəlkə də erkən öləcəyini bilirdi. Ona görə də bu qədər sürətlə hərəkət etdi və tarixdə silinməz iz buraxdı".

Aydın

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:84
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 17 Fevral 2025 13:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see279

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see263

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see241

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see211

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see182

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see171

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see162

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see157

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see152

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see148

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see145

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see145

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see141

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see138

Yeni dünya nizamı: “Biz artıq gücün hüququna şahidlik etməkdəyik”

16 Yanvar 2026 15:00see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri