Böyüklərdə kəkələmə necə yaranır? Özünüzü bu vəziyyətdən qoruyun
Baku.ws saytına istinadən Icma.az xəbər verir.
Kəkələmə deyəndə çox vaxt uşaqlıq dövrü ağla gəlir. Amma bəzən insan böyüyəndən sonra, heç vaxt belə problemi olmamışkən də kəkələməyə başlaya bilər. Bunun ən çox rast gəlinən səbəblərindən biri stress və güclü psixoloji gərginlikdir.
Bu barədə defektoloq-loqoped Fatimə Məmmədova BAKU.WS-ə bildirib. Onun sözlərinə görə, uzun müddət yığılan stress, qorxu, əsəb, narahatlıq və ya ağır bir hadisə insanın danışığına da təsir göstərə bilər.
"İnsan daxildən gərgin olanda, beyin və danışıq arasında olan əlaqə zəifləyir. Nəticədə sözlər rahat çıxmır, danışıq tutulur, hecalar təkrarlanır.
Stressdən yaranan kəkələmə adətən birdən ortaya çıxır. İnsan danışmaq istədikcə daha çox həyəcanlanır və bu da vəziyyəti daha da ağırlaşdırır", - deyə mütəxəssis bildirib.
Qeyd edək ki, utanc hissi, "yenə kəkələyəcəm" qorxusu, qarşısındakının reaksiyasından çəkinmə danışığı daha da çətinləşdirir.
Fatimə Məmmədova deyir ki, bu tip kəkələmə çox vaxt insan sakit olanda azalır, tək qalanda və ya güvəndiyi insanlarla danışanda yüngülləşir:
"Kütlə içində, tanımadığı adamlarla danışarkən və ya gərgin situasiyalarda daha çox hiss olunur.
Stress mənşəli kəkələmə təkcə danışıq problemi deyil. O, insanın özünə inamını azalda, sosial münasibətlərdən qaçmasına səbəb ola, içindəki gərginliyi daha da artıra bilər.
Ən önəmlisi isə budur ki, bu vəziyyət düzələ biləndir. İnsan stressin mənbəyini tanıyıb onun üzərində işlədikdə, eyni zamanda danışıqla bağlı düzgün dəstək aldıqda, kəkələmə tədricən azalır. Erkən müdaxilə olarsa, problem qalıcı hala keçmədən aradan qalxa bilər.
Kəkələmə utanılacaq bir hal deyil. Çox vaxt bu, insanın içində daşıdığı gərginliyin səsidir və doğru yanaşma ilə həllini tapır".
Ziya SƏCCAD
Baxış sayı:96
Bu xəbər 05 Yanvar 2026 19:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















