Icma.az
close
up
RU
Brent bir barel üçün 74,42 dollara ticarət edilir

Brent bir barel üçün 74,42 dollara ticarət edilir

Banco.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Müəllif - Eldar Kərimov  - Banco.az

Neft qiymətləri sessiya ərzində əldə edilən mövqelərini itirib və cümə günü bağlanış səviyyələrindən bir qədər aşağı ticarət edilir. İnvestorlar İraq Kürdüstanından tədarükün mümkün bərpasının nəticələrini qiymətləndirir, eyni zamanda Ukraynadakı münaqişənin həlli perspektivlərinin aydınlaşmasını gözləyirlər.

Moskva vaxtı ilə saat 17:57-yə olan məlumata görə, aprel ayı üçün "Brent" fyuçersləri Londonun ICE Futures birjasında 0,01 dollar (0,01%) ucuzlaşaraq bir barel üçün 74,42 dollara düşüb. Aprel ayı üçün WTI fyuçersləri isə NYMEX birjasında 0,08 dollar (0,11%) ucuzlaşaraq bir barel üçün 70,32 dollar olub.

Həftə sonu məlum olub ki, İraq Türkiyə ərazisindən keçən boru kəməri vasitəsilə Kürdüstan yataqlarından gündə 185 min barel neft ixrac etməyə hazırdır.

İraqın energetika məsələləri üzrə vitse-prezidenti Hayyan Əbdül Qani fevralın 24-də bildirib ki, neft ixracı Türkiyə tərəfinin razılığı alındıqdan sonra bərpa olunacaq, hazırda bu ölkə ilə tədarükün bərpası üzrə texniki məsələlər müzakirə olunur. O, bunun yaxın bir neçə gün ərzində baş verəcəyinə ümid etdiyini ifadə edib.

İraqın Neft Nazirliyi bildirib ki, Kürdüstandan neft ixracının bərpası planları OPEC+ kvotasının icrası ilə bağlı addımlarda nəzərə alınacaq.

"İraq Neft Nazirliyi OPEC+ razılaşmasına, razılaşdırılmış əlavə ixtisarlara və artıq hasil edilmiş həcmlərin kompensasiyasına tam sadiqliyini təsdiqləyir. Nazirlik bu razılaşmaların icrasını təmin etmək üçün zəruri tədbirlər görəcək, o cümlədən əvvəlki dövrün artıq hasil edilmiş həcmlərinin kompensasiyası üzrə yenilənmiş plan təqdim edəcək," - deyə nazirlik bəyan edib.

Treyderlər həmçinin Rusiya-Ukrayna münaqişəsinin həlli ilə bağlı danışıqları izləməyə davam edirlər. Regionda vəziyyətin normallaşması Rusiyanın neft ixracına qarşı sanksiyaların yumşalmasına səbəb ola bilər.

Bununla yanaşı, bazar ertəsi Avropa İttifaqının Xarici İşlər Şurası Rusiyaya qarşı 16-cı məhdudiyyət tədbirləri paketini təsdiqləyib. Yeni sanksiyalar, xüsusilə, Rusiyada neft-qaz layihələrinin inkişafı ilə əlaqəli malların tədarükünə, eləcə də üçüncü ölkələrdən olan 74 tankerinə şamil olunacaq.

Qiymətlərə müəyyən dəstək aprel ayından planlaşdırılan OPEC+ neft hasilatının artırılması ilə bağlı qeyri-müəyyənliyin davam etməsi ilə təmin olunur. Daha əvvəl KİV-də ittifaqın könüllü hasilat məhdudiyyətlərinin ləğvini daha gec bir tarixə təxirə sala biləcəyi barədə xəbərlər yayılmışdı.

"Hər hansı bir gecikmə bazar balansında dəyişikliyə səbəb olacaq və nəticədə təklif gözlədiyimizdən daha məhdud ola bilər," - deyə ING analitiki Uorren Patterson qeyd edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:299
embedMənbə:https://banco.az
archiveBu xəbər 24 Fevral 2025 22:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see483

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see323

Rusiyanın təxminən 700 ballistik raketi var Zelenski

04 Oktyabr 2026 16:54see319

“Google” “Android Auto”dakı aylardır davam edən problemi həll edir

05 Oktyabr 2026 04:15see254

İti pəncərədən atan şəxs polis tərəfindən saxlanıldı VİDEO

04 Oktyabr 2026 19:03see254

Riçard Girin həyat yoldaşı nadir ailə fotosunu paylaşdı

04 Oktyabr 2026 22:13see238

Almaniyada yüngülmotorlu təyyarə qəzaya uğrayıb 2 nəfər ölüb

04 Oktyabr 2026 17:33see230

İkardidən Qalatasaray la bağlı sürpriz qərar

05 Oktyabr 2026 00:42see208

Pünhan Piriyevin 15 min manat iddiasına Alim Qasımovdan CAVAB VİDEO

05 Oktyabr 2026 16:18see206

Təkcə silahla yox, imanımız və canımızla... Cəbrayılı azad edən XTQ mayoru DANIŞDI

04 Oktyabr 2026 17:06see205

Bu toplanış bizi daha da birləşdirdi Rəşad Eyyubov

05 Oktyabr 2026 20:52see200

Hədəf 2028 ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir

05 Oktyabr 2026 21:26see192

“Əlimizdən gələni edəcəyik” Rəşad Eyyubov

05 Oktyabr 2026 21:20see189

5 oktyabr Beynəlxalq Müəllimlər Günüdür

05 Oktyabr 2026 00:22see181

Corciya ştatında atışma baş verib İki nəfər ölüb, 35 nəfər yaralanıb

04 Oktyabr 2026 22:34see179

Yeni mövsümü müzakirə yaratdı

05 Oktyabr 2026 01:05see175

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see174

Zidan: Ronaldo möhtəşəm karyera qurub

05 Oktyabr 2026 04:36see172

Prezidentin səlahiyyətli nümayəndəsi Naxçıvandakı iki əsas problemi AÇIQLADI

05 Oktyabr 2026 23:07see172

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri