Britaniya Kralı COP29la bağlı tədbir iştirakçılarının şərəfinə ziyafət verdi FOTO
Bizim media portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Azərbaycan Respublikasının maliyyə naziri Samir Şərifov Londonda Britaniya Kralı Üçüncü Çarlzın patronajı altında təşkil edilən COP29 qabağı beynəlxalq iqlim fəaliyyətinin gücləndirilməsinə həsr olunmuş konfransda ölkəmizi təmsil edib.
Bizim.Media xəbər verir ki, biznes və sənaye liderləri, səfirlər və COP Üçlüyünə daxil olan Azərbaycan, BƏƏ və Braziliyadan rəsmilərin qoşulduğu tədbirə Britaniyanın enerji təhlükəsizliyi və sıfır emissiya naziri Ed Miliband, Britaniyanın inkişaf məsələləri üzrə naziri Anneliese Dods və ətraf mühit naziri Steve Reed həmsədrlik ediblər.
Konfrans zamanı alternativ enerjiyə keçidin maliyyələşməsinə həsr olunmuş müzakirələrdə çıxış edən maliyyə naziri Samir Şərifov dünyada karbon emissiyalarının azaldılması üçün yaşıl enerji keçidinin vacibliyinə toxunaraq, Azərbaycanda keçiriləcək COP29 tədbirinin beynəlxalq iqlim maliyyələşməsi barədə razılığın əldə olunması və ümumilikdə iqlim fəaliyyətinin irəli aparılması baxımından olduqca vacib olduğunu deyib. Nazir bildirib ki Azərbaycan tədbirin uğurla nəticələnməsi üçün əlindən gələni etməkdədir.
Britaniyanın enerji təhlükəsizliyi və sıfır emissiya naziri Ed Milibend çıxışında COP29-un həlledici əhəmiyyətini vurğulayaraq ölkəsinin Bakıda keçiriləcək tədbirdə yüksək səviyyəli nümayəndə heyəti ilə təmsil olunacağını və iqlim maliyyəsinin razılaşdırılması istiqamətində aparıcı rol oynayacağını qeyd edib.
Daha sonra Britaniya Kralı III Çarlz tədbir iştirakçılarının şərəfinə Bukinqem Sarayında ziyafət verib. Həmin ziyafətə Britaniyanın xarici işlər naziri Devid Lemmi də qatılıb.
Ziyafət əsnasında maliyyə naziri Samir Şərifov beynəlxalq dayanıqlılıq və iqlim fəaliyyəti məsələsini hər zaman diqqətdə saxlayan Britaniya Kralı III Çarlz ilə də qısa söhbət aparıb. Nazir Samir Şərifov Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını Britaniya Kralına çatdırıb. Öz növbəsində Kral III Çarlz minnətdarlıq edərək onun da salamlarının Azərbaycan Prezidentinə çatdırılmasını xahiş edib. Söhbətin davamında Britaniya Kralı COP29-un vacib əhəmiyyətini vurğulayaraq tədbirin uğurla keçməsini arzu etdiyini deyib.
Tədbirin sonunda qəbul edilən yekun sənəddə qlobal biznes və sənaye liderləri ölkəmizdə keçiriləcək COP29-a dəstək ifadə edib.
Konfrans barədə Britaniya hökumətinin rəsmi internet səhifəsində məlumat yayılıb. Məlumatda Britaniya hökumətinin COP29-da aktiv iştirak etməsinə hazırlıqların getdiyi qeyd edilib.


Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:129
Bu xəbər 09 Noyabr 2024 22:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















