Icma.az
close
up
RU
Britaniyanın ən böyük bankı Rusiyadan ödənişləri qəbul etməyi dayandırıb Azərbaycanda özəl xəbərlər, araşdırmalar, təhlillər və müsahibələrin tək ünvanı

Britaniyanın ən böyük bankı Rusiyadan ödənişləri qəbul etməyi dayandırıb Azərbaycanda özəl xəbərlər, araşdırmalar, təhlillər və müsahibələrin tək ünvanı

Azxeber.com saytından alınan məlumata görə, Icma.az bildirir.

Rusiyanın, aktivlərinə görə ən böyük Britaniya bankı HSBC Rusiya və Belarusdan ödənişləri qəbul etməyi dayandırır.

AZXEBER.COM "Report”a istinadən xəbər verir ki, bank müştərilərə bildiriş göndərib və iki ölkədən olan fərdi müştərilərə bütün daxil olan əməliyyatlara qadağa qoyulacağı barədə xəbərdarlıq edib.

Ötən ilin yayından HSBC artıq Asiya ilə əməliyyatlar üçün bankın Honkonq filialından istifadə edən Rusiya şirkətləri üçün ödənişlərə xidməti dayandırıb. Məhdudiyyətlər Rusiyaya sanksiya tətbiq edilmiş malların tədarükünü dayandırmağı tələb edən Amerika rəsmilərinin Honkonqa səfərindən sonra tətbiq edilib.

HSBC ödənişlərə yeni qadağanın səbəbləri barədə məlumat verməyib. Lakin qərar ABŞ-nin Rusiyaya qarşı maliyyə sanksiyalarını sərtləşdirməsindən və dövlət Qazprombank da daxil olmaqla 50 Rusiya bankını "qara siyahı”ya daxil etməsindən bir gün sonra qəbul edilib.

Sanksiyalarla bağlı açıqlamada ABŞ Maliyyə Nazirliyi həmçinin dünya üzrə kredit təşkilatlarını Rusiyanın "SWIFT analoqu” olan Rusiya Mərkəzi Bankının Maliyyə Mesajları Ötürmə Sistemi (SPFS) ilə əməkdaşlığa görə mümkün cavab tədbirləri barədə xəbərdar edib. 2024-cü ilin yayından sistem Avropa sanksiyaları altındadır. ABŞ Maliyyə Nazirliyi vurğulayıb ki, 20 ölkənin banklarının qoşulduğu sistem sanksiya məhdudiyyətlərindən yan keçmək üçün istifadə olunur.

Müharibəyə qədər Rusiyada törəmə bank biznesinə malik olan HSBC-nin Amerika hakimiyyəti ilə uzun münaqişə tarixi var: əvvəllər bank Meksika törəməsi vasitəsilə pulların yuyulmasında ittiham edilərək 2 milyard dollar cərimələnib.

2022-ci ilin mayında HSBC Rusiya biznesini bağlayacağını elan edib. İki il sonra bank Rusiyadakı törəməsini Ekspobanka satıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:142
embedMənbə:https://azxeber.com
archiveBu xəbər 23 Noyabr 2024 02:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see278

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see258

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see232

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see207

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see199

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see177

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see174

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see169

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see162

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see162

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see156

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see148

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see148

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see145

Merz: “Yalnız gücün hökm sürdüyü dünya hamı üçün təhlükəli reallıqdır”

22 Yanvar 2026 16:08see145

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see144

İranda ŞOK hadisə Öldü bilinən ağır yaralı plastik torbada 3 gün sağ qaldı

22 Yanvar 2026 17:55see143

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see142

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see141

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsi hesabat verib

22 Yanvar 2026 19:05see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri