Britaniyanın ticarət elçisi: Qürur duyuram ki, Azərbaycanla əməkdaşlığımızı strateji tərəfdaşlıq səviyyəsinə yüksəldirik
Apa.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Azərbaycanın Orta Dəhlizin formalaşmasında rolu həyəcanverici fürsətlərə yol açır.
APA xəbər verir ki, bunu Azərbaycana səfərini tamamlayan Böyük Britaniyanın Azərbaycan və Mərkəzi Asiya üzrə ticarət üzrə elçisi Lord Con Alderdays bildirib.
Prezident İlham Əliyev, Azərbaycan hökumətindən olan həmkarlarımla görüşmək fürsətinin olduğunu bildirən ticarət elçisi bu görüşlərin çox məhsuldar keçdiyini diqqətə çatdırıb: “Bir şey məlum oldu ki, bizim hamımız iqtisadiyyatın əsas sektorları üzrə Böyük Britaniya-Azərbaycan əməkdaşlığını inkişaf etdirmək əzmindəyik. Mən qürur duyuram ki, əməkdaşlığımızı strateji tərəfdaşlıq səviyyəsinə yüksəldirik”.
Lord Alderdays qeyd edib ki, ki, Azərbaycan və Böyük Britaniya təmiz enerjidən Orta Dəhliz infrastrukturuna qədər bir çox sahədə - iqtisadi şaxələndirmə, təhsil və digər sahələrdə əməkdaşlıq edir: “Azərbaycanın Orta Dəhlizin formalaşmasında rolu xüsusi olaraq, həyəcanverici fürsətlər təqdim edir. Bu ölkəyə səfərim mənə göstərdi ki, strateji tərəfdaşlar kimi birlikdə nail ola biləcəyimiz daha çox şeylər var. Mən Azərbaycan Britaniya-Azərbaycan münasibətləri üçün böyük həvəs və optimizmlə tərk edirəm”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:73
Bu xəbər 16 Dekabr 2025 16:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















