“Brüssel uşaq bağçası səviyyəsində xarici siyasət aparır” Papuaşvili
525.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
“Avropa İttifaqı uşaq bağçası səviyyəsində xarici siyasət yürüdür və Gürcüstanın yerləşdiyi mühüm coğrafiyanı görmək istəmir”.
525.az xəbər verir ki, bunu Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvili deyib.
Bundan əvvəl Gürcüstan Xarici İşlər Nazirliyi bəyan edib ki, ölkə Avropa İtifaqı XİN başçılarının oktyabrın 20-də Lüksemburqda keçiriləcək görüşündə iştirak etməyəcək, çünki Tbilisi nazir səviyyəsində deyil, səfir səviyyəsində dəvət olunub. Gürcüstan XİN bu münasibəti qəbuledilməz adlandırıb.
"Təəssüf ki, Brüssel uşaq bağçası səviyyəsində xarici siyasət aparır. Bu qərar artıq onu göstərir ki, onlar təkcə Gürcüstanın iqtisadi, demokratik və institusional inkişafı ilə bağlı faktları deyil, həm də Aİ nöqteyi-nəzərindən inkişafını inkar edirlər. Onlar nəinki bunu görmürlər, hətta xəritəni də görmürlər və coğrafiyaya məhəl qoymurlar ", - Papuaşvili qeyd edib.
Onun sözlərinə görə, Gürcüstan Aİ ilə “strateji səbirli” vəziyyətdədir. Əlavə edib ki, səriştəsiz xarici siyasəti ilə Brüsselin özünə ziyan vurur.
Pərvanə Sultanova
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:85
Bu xəbər 24 Sentyabr 2025 14:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















