Icma.az
close
up
RU
Menu

Həkim: “İstəyirsən, gündə 5 dəfə cinsi əlaqədə ol”

İrana hücumu mətbuata kim sızdırıb?

“Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Verilişləri” QSC 380 minlik studiya avadanlıqları və dekorasiyalar alır

İranın yeni səfiri Azərbaycana gəlib, etimadnaməsinin surətini təqdim edib

Nazirlər və komitə sədrlərinin iyul ayı üçün qəbul günləri Cədvəl

Əhaliyə xəbərdarlıq: İyunun 26 28 də...

Daxili enerji infrastrukturuna investisiya yatırmaq xarici təhlükələrə qarşı dayanıqlığı artırır RƏY

Niyə deyirsən ki, sənə hörmət etmirdilər və səni klubdan qovublar?

25 ildən sonra görüşüb qucaqlaşdılar… Əslində hər şey bir yalandır?

İrandan İsrailin zərbələri ilə bağlı ilk ETİRAF

Çempiondan 24 xallıq fərq

“Yaşıl Teatr”da Azərbaycan və Qvadelupun mədəniyyət və incəsənət xadimlərinin iştirakı ilə konsert olub

Təyyarə sürmək istərdim demişdi 83 yaşlı Mürüvvət xanımın arzusu gerçəkləşdi

Bu ölkədən 15 buzqıran gəmi almaq istəyirəm Tramp

Zelenski geyim tərzini niyə dəyişib... FOTO

Jalə Əliyeva: “Dünya çempionatında əlimdən gələnin ən yaxşısını etməyə çalışacağam” MÜSAHİBƏ

Dünya futbolunda təhlükə: “FIFA məhəl qoymur, lakin təcili…”

Şərəf ordenli jurnalist vəfat edib FOTO

Tramp: Yük maşınları İranın nüvə obyektindən heç nə çıxara bilməyib

Twitch rəsmi olaraq Rusiya bazarını tamamilə tərk edə bilər...

Bu 7 pəhriz səhvindən uzaq durun!

Bu 7 pəhriz səhvindən uzaq durun!

Pravda.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Sağlam və balanslı həyat tərzi sürmək istəyən bir çox insan çəkiyə nəzarət etmək və ya ümumi sağlamlığını yaxşılaşdırmaq məqsədilə pəhrizə başlayır. Lakin pəhriz zamanı doğru məlumata sahib olmamaq və ya yanlış üsulları tətbiq etmək istənilən nəticəyə çatmağı çətinləşdirə bilər. Sürətli arıqlamaq üçün edilən səhvlər maddələr mübadiləsinin zəifləməsinə, əzələ itkilərinə, hormonal pozğunluqlara və digər sağlamlıq problemlərinə səbəb ola bilər. Uğurlu və davamlı pəhriz təkcə arıqlamağa yönəlməməli, həm də orqanizmə lazım olan qida maddələrini təmin edərək sağlam həyat tərzini dəstəkləməlidir.


Pravda.az xatırladır ki, bir çox insan populyar pəhrizlər, yanlış qidalanma vərdişləri və davam etdirilməsi çətin qaydalar səbəbindən sağlamlığa zərər verə biləcək nəticələrlə üzləşir.


Pəhriz nədir?


Pəhriz insanların müəyyən sağlamlıq hədəfinə çatmaq üçün tətbiq etdiyi qidalanma rejimidir. Əsasən arıqlamaq, xəstəliklərin qarşısını almaq və ya ümumi sağlamlığı qorumaq məqsədilə tətbiq olunur. Lakin pəhrizin yalnız arıqlama üçün olduğu düşüncəsi yanlışdır. Pəhriz proqramları aşağıdakı məqsədlərlə həyata keçirilə bilər:


Çəkiyə nəzarət etmək,


Əzələ kütləsini qoruyub artırmaq,


Xəstəliklərdən qorunmaq və sağlamlığı dəstəkləmək,


Həzm və immunitet sistemini gücləndirmək,


Enerji səviyyəsini yüksəltmək
Hər bir insanın yaşı, cinsi, maddələr mübadiləsinin sürəti, fiziki aktivlik səviyyəsi və sağlamlıq durumu fərqli olduğu üçün fərdi pəhriz proqramları hazırlanmalıdır. Yanlış və düşünülmədən tətbiq edilən üsullar nəticələrin alınmasına mane ola və sağlamlıq problemlərinə səbəb ola bilər.


Pəhriz niyə edilir?


Pəhriz etmə səbəbləri şəxsi hədəflərə və sağlamlıq vəziyyətinə görə dəyişə bilər. Ən çox rast gəlinən səbəblər bunlardır:


Artıq çəkidən xilas olmaq və ya ideal çəkiyə nəzarət etmək,


Sağlam olmayan çəki artımı piylənməyə səbəb ola bilər; bu isə ürək xəstəlikləri, şəkərli diabet və oynaq problemləri ilə nəticələnə bilər,


Balanslı qidalanma orqanizmin ehtiyac duyduğu vitamin və mineralları təmin edir,


Az və ya həddindən artıq qidalanma immuniteti zəiflədə və müxtəlif xəstəliklərə yol aça bilər,


Yüksək qan təzyiqi, şəkər xəstəliyi, ürək-damar xəstəlikləri, mədə problemləri və insulin dirənişi kimi vəziyyətlərə nəzarət üçün pəhriz tövsiyə edilir,


Sağlam qidalanma immuniteti gücləndirərək xroniki xəstəliklərin qarşısını ala bilər,


Liflə zəngin pəhriz qəbizlik və həzm problemlərinin qarşısını ala bilər,


Bağırsaq sağlamlığı ümumi bədən sağlamlığı üçün kritik əhəmiyyət daşıyır,


Nizamlı və balanslı qidalanma gündəlik enerji ehtiyacını ödəyərək yorğunluğu azaldır,


İdmanla məşğul olan şəxslər üçün əzələ inkişafını dəstəkləyən və bədən dözümlülüyünü artıran xüsusi pəhrizlər tətbiq edilə bilər.
Ancaq pəhrizin yanlış tətbiqi və edilən səhvlər sağlamlıq üzərində mənfi təsirlər yarada bilər.


Ən çox rast gəlinən pəhriz səhvləri bunlardır:


Ac qalmaq və ya həddindən artıq kalori azaldılması:
 

Gündəlik kalori ehtiyacından çox az qidalanmaq maddələr mübadiləsini zəiflədir və arıqlamağı dayandıra bilər. Kifayət qədər qida qəbul etməyən orqanizm əzələ itkisinə məruz qala və immunitet sistemi zəifləyə bilər. Uzunmüddətli aclıq nəticədə daha çox çəki artımına səbəb ola bilər.


Tək tip qidalanma:


Yalnız zülal və ya yalnız karbohidrat əsaslı qidalanma bədəndə tarazlığın pozulmasına səbəb ola bilər. Belə pəhrizlər qısa müddətdə çəki itkisinə səbəb olsa da, uzunmüddətli dövrdə əzələ itkisi və qida çatışmazlığına gətirib çıxarır. Bu cür qidalanma immunitet sistemini zəiflədə və hormonal pozğunluqlara yol aça bilər.


Nizamsız qidalanmaq:


Nizamsız qidalanmaq qan şəkərində dəyişkənliklərə səbəb olur və aclıq böhranlarını tətikləyə bilər. Uzun müddət ac qalan bədən növbəti yeməkdə daha çox qida qəbul edərək çəki artımına səbəb ola bilər.


Tez yemək yemək və kifayət qədər çeynəməmək:


Beyin toxluq siqnalını təxminən 20 dəqiqə ərzində qəbul edir. Tez yemək yeyən şəxslər fərqində olmadan daha çox kalori qəbul edə bilər. Kifayət qədər çeynəməmək həzm problemlərinə səbəb ola bilər.


Yetərsiz su qəbulu:


Su maddələr mübadiləsinin sürətlənməsini və toksinlərin bədəndən atılmasını dəstəkləyir. Kifayət qədər su içilməməsi həzm sistemində problemlərə və arıqlama prosesinin ləngiməsinə səbəb ola bilər.


Hazır və işlənmiş qidalara üstünlük vermək:


Pəhriz zamanı "light" və ya "diyeta" adı altında satılan işlənmiş məhsullar seçilməməlidir. Şəkər və əlavə maddə tərkibli bu məhsullar orqanizmə zərər verə və çəki itkisinin qarşısını ala bilər.


Zülal qəbulunun az olması:


Zülal əzələlərin qorunması və toxluq hissinin təmin olunması üçün vacibdir. Az zülal qəbulu əzələ itkisinə səbəb ola bilər.


Qeyd: Pəhriz zamanı edilən bu səhvlər hədəfə çatmağı çətinləşdirə və sağlamlıq üçün risk yarada bilər. Sağlam pəhriz proqramı şəxsin yaşı, maddələr mübadiləsi və sağlamlıq vəziyyətinə uyğun şəkildə hazırlanmalı, davamlı və şüurlu qidalanma vərdişləri formalaşdırılmalıdır.
Əminə Bayramova

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:68
embedMənbə:https://pravda.az
archiveBu xəbər 12 May 2025 08:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həkim: “İstəyirsən, gündə 5 dəfə cinsi əlaqədə ol”

26 İyun 2025 02:27see143

İrana hücumu mətbuata kim sızdırıb?

26 İyun 2025 12:21see130

“Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Verilişləri” QSC 380 minlik studiya avadanlıqları və dekorasiyalar alır

25 İyun 2025 08:52see128

İranın yeni səfiri Azərbaycana gəlib, etimadnaməsinin surətini təqdim edib

25 İyun 2025 18:10see125

Nazirlər və komitə sədrlərinin iyul ayı üçün qəbul günləri Cədvəl

25 İyun 2025 10:37see122

Əhaliyə xəbərdarlıq: İyunun 26 28 də...

25 İyun 2025 21:15see121

Daxili enerji infrastrukturuna investisiya yatırmaq xarici təhlükələrə qarşı dayanıqlığı artırır RƏY

25 İyun 2025 19:03see119

Niyə deyirsən ki, sənə hörmət etmirdilər və səni klubdan qovublar?

25 İyun 2025 19:14see119

25 ildən sonra görüşüb qucaqlaşdılar… Əslində hər şey bir yalandır?

25 İyun 2025 18:22see119

İrandan İsrailin zərbələri ilə bağlı ilk ETİRAF

25 İyun 2025 16:41see118

Çempiondan 24 xallıq fərq

26 İyun 2025 02:13see118

“Yaşıl Teatr”da Azərbaycan və Qvadelupun mədəniyyət və incəsənət xadimlərinin iştirakı ilə konsert olub

25 İyun 2025 21:21see118

Təyyarə sürmək istərdim demişdi 83 yaşlı Mürüvvət xanımın arzusu gerçəkləşdi

26 İyun 2025 23:12see118

Bu ölkədən 15 buzqıran gəmi almaq istəyirəm Tramp

25 İyun 2025 20:20see118

Zelenski geyim tərzini niyə dəyişib... FOTO

25 İyun 2025 23:38see117

Jalə Əliyeva: “Dünya çempionatında əlimdən gələnin ən yaxşısını etməyə çalışacağam” MÜSAHİBƏ

25 İyun 2025 12:45see115

Dünya futbolunda təhlükə: “FIFA məhəl qoymur, lakin təcili…”

25 İyun 2025 18:56see115

Şərəf ordenli jurnalist vəfat edib FOTO

25 İyun 2025 21:05see115

Tramp: Yük maşınları İranın nüvə obyektindən heç nə çıxara bilməyib

26 İyun 2025 20:37see115

Twitch rəsmi olaraq Rusiya bazarını tamamilə tərk edə bilər...

25 İyun 2025 22:44see114
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri