Bu aeroportun uçuş zolağı şəhərin əsas prospektindən keçir FOTO VİDEO
Avtosfer portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Cəbəllütariqin ərazisi cəmi 6,8 kvadrat kilometr olsa da, strateji əhəmiyyəti böyükdür. 30 min nəfər əhalisi olan ərazinin beynəlxalq aeroportu da mövcuddur.
Avtosfer.az xəbər verir ki, Cəbəllüttariqin yeganə aeroportunun uçuş zolağı şəhərin mərkəzi küçəsindən keçir. Əslində bu, seçimin olmamasından irəli gəlir. Lakin əhali bu vəziyyətdən narahat deyil.
Təyyarələrin qalxması və enməsi zamanı Uinston Çörçil prospektində hərəkət dayandırılır. Hava gəmisinin qalxışı və enişindən sonra yol açılır və hamı öz işinə davam edir.
2023-cü ildə uçuş zolağının altından tunel açılıb və avtomobillər bu yolla rahat hərəkət edə bilir. Piyada və velosipedçilər isə təyyarələrin enib-qalxmasını gözləməlidirlər.

Maraqlıdır ki, belə bir mürəkkəb vəziyyətə baxmayaraq, indiyədək aeroportda heç bir ciddi toqquşma qeydə alınmayıb.
Vüqar Yaşaroğlu
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:99
Bu xəbər 24 Fevral 2025 16:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















