Icma.az
close
up
RU
“Bu, Azərbaycanın işğalı idi” Tanınmış ukraynalı ekspertdən 20 yanvar paylaşımı AzPolitika onlayn siyasi ictimai qəzet

“Bu, Azərbaycanın işğalı idi” Tanınmış ukraynalı ekspertdən 20 yanvar paylaşımı AzPolitika onlayn siyasi ictimai qəzet

Icma.az bildirir, Azpolitika.az portalına istinadən.

Ukraynanın tanınmış hərbi-siyasi ekspertlərindən olan Aleksandr Kovalenko öz sosial şəbəkə səhifəsində 20 yanvar faciəsilə bağlı paylaşım edib.

“AzPolitika” xəbər verir ki, ukraynalı ekspert öz paylaşımında 20 yanvar hadisələrini “Azərbaycanın işğalı” adlandırıb: “Yanvarın 19-dan 20-nə keçən gecə - Azərbaycanın işğalı… Bu gün Azərbaycanda 20 Yanvar faciəsi qurbanlarının xatirəsi ehtiramla yad edilir. Ukraynada çoxlarının bilmədiyi bir faciə… Lakin 1990-1991-ci illər tarixi dövründə bizi məhz bu gözləyirdi.

SSRİ tam dağılmamışdan əvvəlki son çırpıntılarında süngülərlə parçalanmaqda olan imperiyanı saxlamağa çalışırdı.

1990-cı il yanvarın 20-nə keçən gecə sovet qoşunları fövqəladə vəziyyət haqqında fərmana uyğun olaraq Azərbaycanın paytaxtı Bakıya yeridilib.

Hücumda 25 mindən çox şəxsi heyəti olan biabırçı cəza qruplaşması iştirak edirdi. O cümlədən:

-106-cı Hava Desant Diviziyası;

-76-cı Hava Desant Diviziyası;

-56-cı Hava Hücum Briqadası;

-21-ci, 22-ci, 8-ci briqadalar.

Bakıya hücum təxribatla, Azərbaycan Dövlət Televizya və Radiosunda enerji blokunun partladılması ilə başlayıb və bu, ölkə sakinlərini real vaxt rejimində məlumat əldə etmək imkanından məhrum edib. Bakıda yuxarıda qeyd olunan birləşmələr Sumqayıt-Xırdalan istiqamətlərində Binəqədidən dolama yolu ilə irəlilədilər; Lökbatan-Patamdar, Türkan, Mərdəkan və Binə ilə Paytaxtın şərq tərəfinə çıxdılar.

Hücumun səbəbi o idi ki, Azərbaycan Xalq Cəbhəsinin Azərbaycan Kommunist Partiyası üçün ciddi rəqibə çevrilmişdi. Baxmayaraq ki, Sovet mediası manipulyasiya edərək Bakıda hərbi əməliyyatın səbəbini erməni əhalisinin müdafiəsilə əlaqələndirirdi. Hansı ki, illər keçdikcə bir sıra sənədlərin məxfiliyi götürüldükdən sonra məlum oldu ki, (Azərbaycana qarşı-red.)zorakılıq aksiyası çoxdan, 1989-cu ilin ikinci yarısından hazırlanıb. Yəni, qanlı terror sırf siyasi xarakterli idi, əvvəlcədən planlaşdırılmışdı...

Öz çürüməsinin üfunət iyini hiss edən bir imperiya onu həmişə günahsızların qanına səpərək aradan qaldırmağa çalışıb. Amma bu, heç vaxt kömək etməyib…”

“AzPolitika.info”

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:158
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 20 Yanvar 2025 17:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see222

ASCO 35 milyon manat kredit cəlb edib

06 Yanvar 2026 16:46see207

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see180

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see179

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see179

KİV: İsveçrədə yanğın baş verən barın sahibi Fransada insan alverində təqsirli bilinib

06 Yanvar 2026 20:17see168

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see167

Mərkəzi Bank məşhur sığorta şirkətinə müvəqqəti inzibatçı təyin edib

06 Yanvar 2026 17:25see159

Gənc həndbolçuların respublika birinciliyi keçirilib

06 Yanvar 2026 21:11see154

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see154

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see152

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see149

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see148

Bakı Slavyan Universitetinin tələbələri təmir səbəbilə KÖÇÜRÜLƏCƏK? RƏSMİ AÇIQLAMA

06 Yanvar 2026 16:32see145

Qarabağ Universitetinin beynəlxalq akkreditasiya sahəsində ilk uğuru Foto

06 Yanvar 2026 17:20see143

Ukraynada sülhməramlılar yerləşdiriləcək Bəyannamə

07 Yanvar 2026 00:01see142

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see138

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see135

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see134

Kollecə direktor müavini və icraçısı təyin olunub

07 Yanvar 2026 09:33see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri